Məhkəmə qərarları › İş №2(006)-5754/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5754/2020

06.11.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5754/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Məmmədəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Nəsimi rayon şöbəsinə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilmsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Məmmədəli oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Nəsimi rayon şöbəsinə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilmsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı Məmmədəli oğlunun iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, verilmiş iddia ərizəsinin məzmunundan və xahiş etdi hissəsindən göründüyü kimi, iddiaçı ona təyin olunan pensiya ödənişinin qanunsuz, gizli olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Nəsimi rayon şöbəsinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin işçiləri tərəfindən ələ keçirilməsi, mənimsənilməsi, bununla da, cinayət əlaqəsinə girərək cinayət hadisəsinin törədilməsini qeyd edərək, həmin hadisə nəticəsində ona ödənilməli olan pensiya pulunun ona qaytarılmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Məmmədəli oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Nəsimi rayon şöbəsinə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilmsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar