Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5817/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 26.09.2018-ci il tarixdə AKX-0029753/09-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təöbii qazla təchiz edən qaz xəttinin üzərində 26.09.2018-ci il tarixdə Smart markalı, G-4 İtron Diafraqma tipli, 1802AZ**********81 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoyulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməklaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Biriliyin əməkdaşları tərəfindən «Təbii X2nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməyi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 799,20 manat, 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, İddiaçı İB-yə 3628,80 manat zərərin dəymiş olduğu müəyyən olunmuşdur.Cavabdehin saldosundan görünür ki, aktlar üzrə hesablanmış 1944 manat məbləğində qalıq borcu 2018-ci ilin X ayında Gasper proqramına keçirilmişdir (3628,80-1944=1684,80). Abonentin etdiyi ödənişlər üzrə 27,90 manat məbləğində borca görə tutqu aparılmışdır. Həmçinin saldodan cavabdehin əvvəlki tarixlərə aid istehlak edilmiş qazın dəyərinin tam ödənilməməsinə görə 23.90 manat məbləğində borcunun olduğu da müəyyən olunur (1944+23,90=1967,90-27,90=1940). Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bugünki gün üçün İddiaçı İB-yə, Gasper üzrə borcu 1940 manat da nəzərə alınmaqla ümumilikdə 3624,80 manat məbləğində borcu qalmaqdadır (AGİS aktları üzrə: 1684,80+1940=3624,80). İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 3624,80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3624,80 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 3954,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ**********0000002944, SWİFT İBAZAZ2X,Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh İddiaçınə qarşı « əsassız hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 17 sayldı bağ evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev bağ evidir və onlar həmin evə yalnız yay fəslində köçüb yaşayırlar. Həmin evə dair onunla qarşılıqlı iddia üzrə İddiaçı İB arasında 13.10.2016-cı ildə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ona Smart kart tipli İtron markalı, zavod nömrəsi 1002AQ**********1 oln sayğac quraşdırılmışdır. O, bağ fəslində həmin evə köçüb yaşayan günlərdə smart karta yüklədiyi pul vəsaiti həcmində qazdan istifadə edir, qısa isə həmin evdə yaşamadıqlarına görə qazdan istifadə etmir. Bu vaxta qədər cavabdeh tərəfindən ona heç bir pretenziya bildirilməmiş, onun sayğacında hər hansı bir nasazlığın, kənar qoşulmanın olması ona bildirilməmişdir. Lakin 2018-ci ilin sentyabr ayında cavabdehin əməkdaşları onun oğlu Elçin Abasova zəng edərək bağda qaz sayğaclarının dəyişdirilməsi ilə əlaqədar bağa gəlməsini xahiş etdiklərinə görə oğlu bağa getmiş və orada bütün məhlənin sayğaclarının sökülərək yerə yığılmasını görmüşdür. Ona qaz sayğaclarının dəyişdirilməsi bildirilmiş, həmin gün 26.09.2018-ci il tarixdə yeni Smart G-4 İtron markalı 1802AZ**********81 zavod nömrəli sayğac quraşdırılmışdır. Həmin gün onlara sayğacda hər hansı bir nöqsanın olması bildirilməmiş, həmin tarixdən onlara borc hesablanması barədə məlumat verilməmişdir. İddiaçı Smart G-4 İtron markalı 1802AZ**********81 zavod nömrəli sayğacdan 2021-ci ilin yay aylarına qədər istifadə etmiş, bu ilin yay aylarında isə sayğac dəyişdirilərək **********7 zavod nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. İddiaçı hələ o vaxta qədər onun barəsində əsassız olaraq akt tərtib edilməsini bilməmiş, mexaniki sayğacın göstəriciləri barədə ona bildiriş-xəbərdarlıq verilən zaman həmin bildirişlə yekun borcun 1983,70 manat göstərilməsini görmüşdür. Bu barədə İddiaçı İB-nin qaz sayğaclarına nəzarət edən sahə nəzarətçisindən soruşduqda, o iddiaçıya 2018-ci il tarixdə onun barəsində akt tərtib edilməsini bildirmiş və bununla əlaqədar İddiaçı İB-nə müraciət etməsini tövsiyə etmişdir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdehdən əsaslı bir cavab ala bilməmiş, o zaman artıq ona məhkəməyə çağırılması barədə bildiriş gəldikdən sonra, işin əsli ona məlum olmuşdur. Cavabdehin iddia ərizəsinin əsassız olması elə onun məhkəməyə təqdim etdiyi sənədlərin tərtib edilməsi ardıcılığından da müəyyən edilir. Belə ki, cavabdeh öz iddia ərizəsində qeyd etmişdir ki, 21.09.2018-ci il tarixli ******* saylı aktda G-4 markalı, 1802AZ**********81 zavod nömrəli sayğaca baxış keçirilməsi göstərilmişdir. Halbuki, həmin sayğac onun üçün 26.09.2018-ci il tarixdə quraşdırılmışdır. Yəni hələ 21.09.2018-ci il tarixdə, G-4 markalı, 1802AZ**********81 zavod nömrəli sayğac onun üçün quraşdırılmamış, lakin cavabdeh həmin sayğaca kənar müdaxilə etməsini artıq 21.09.2018-ci il tarixdə göstərmişdir. Cavabdehin 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlarına münasibətdə isə bildirir ki, həmin aktlarda da mənzilə qaz qayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinin aşkarlanmasının göstərilməsi özü də tam əsassızdır. Belə ki, iddiaçının 76 yaşı var və o, heç bir zaman sayğacdan kənar qazdan istifadə etməmişdir və praktiki olaraq ona məxsus bağ evində sayğacdan kənar qazdan istifadə edilməsi mümkün deyildir. Çünki, İddiaçı İB tərəfindən bütün qaz boruları küçədə aydın şəkildə çəkilmiş, sayğaclar küçədə qoyulmuşdur. Bütün bu hallar İddiaçı İB tərəfindən tərtib edilən aktların əsassız olmasının göstəricisidir. Göstərilənləri nəzərə alaraq İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktların əsassız hesağ edilərək ləğv edilməsi, iddiaçıya heablanmış 3624,8 (üç min altı yüz iyirmi dörd manat səksən qəpik) manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 ilkin iddia ərizəsini müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsini müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, ilkin iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək, ilkin iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Məhkəmə ilkin iddianın mahiyyətinin qarşılıqlı iddia ərizəsinin nəticəsi ilə bağlı olduğundan ilk öncə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 26.09.2018-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-0029753/09-2018 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,17 saylı bağ evi Cavabdeh və X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 18.12.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06.07.2018-ci il tarixli ******* saylı akta əsasən istehlakçı Nahidə Abbasovanın yaşadığı ünvana aid olan sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İş üzrə təbii X2nın pozulması haqqında 21.09.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, 29/1710-01648/4-1 nömrəli rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən verilmiş 21.09.2018-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı 21.09.2018-ci il tarixli akt əsasında İTRİ «Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyası»nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticə qaz itkisinin yaranması, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 9720 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında 29.03.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən verilmiş 29.03.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı 29.03.2019-cu il tarixli akt əsasında fərdi evdə «X2»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 7992 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən verilmiş 30.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı 30.04.2020-ci il tarixli akt əsasında fərdi evdə «X2»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8856 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********00000 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 3624,80 manat borcu yaranmışdır. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən istehlakçı Cavabdeh aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və digər bir sayğacla əvəz edilmiş, həmçinin sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmiş, bu barədə 21.09.2018-ci il tarixli, ******* №-li akt tərtib olunmuşdur. Növbəti dəfə Cavabdeh aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə edilməsi aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Cavabdeh abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın (vurulmuş ziyanın) bərpası ilə bağlı 3624,80 manat borc yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərtib olunan 21.09.2018-ci il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlar qüsurlu olmaqla, İddiaçı İB-nin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilənin edilməsi, edildiyi təqdirdə kimin tərəfindən və hansı tarixdə edilməsini və qeyri qanuni olaraq kənar xəttin hansı tarixdən çəkilməsi barədə isə ( video görüntü və s.) İddiaçı İB tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh məxsus ünvanda İddiaçı İB-nin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, aktlardan görünür ki, iddiaçıya aid olan sayğacın yoxlanlması zamanı qazdan qeyri-qanuni istifadə olunmasının aşkar edilmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Aktların tərtib edilməsi zamanı hal şahidlərin iştirakı təmin olunmamış, eyni zamanda qazdan qeyri-qanuni istifadənin hansı yolla həyata keçirilməsi konkret olaraq göstərilməmişdir. Həmin aktlar isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən aktlar ləğv edilməklə onlar əsasında hesablanmış borclar da silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, mübahisələndirilən aktlarda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan aktlar hazırki iş üzrə Cavabdeh hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin aktlar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunmaqla, cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlar ləğv edilməli və həmin aktlar əsasında Cavabdeh hesablanmış 3624,80 (üç min altı yüz iyirmi dörd manat, səksən qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı İB-yə qarşı aktların ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verdiyinə görə və ilkin iddia tələbi qarşılıqlı iddia tələbindən asılı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan İddiaçı İB-nin ilkin iddia tələbi də əsassız hesab edilərək təmin edilməməlidir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin olunmalı, cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlar ləğv edilməli və həmin aktlar əsasında Cavabdeh hesablanmış 3624,8 (üç min altı yüz iyirmi dörd manat, səksən qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2020-ci il tarixli ******* saylı aktlar ləğv edilsin və həmin aktlar əsasında iddiaçı Cavabdeh məxsus **********00000 saylı abonent hesabına hesablanmış 3624,80 (üç min altı yüz iyirmi dörd manat, səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5817/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5817/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver