Məhkəmə qərarları › İş №2(006)-5818/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-5818/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5818/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4.200 manat 50 qəpik məbləğində dəymiş ziyan, ödənilmiş 30 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində haqq olmaqla, cəmi 4.530 manat 50 qəpik pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.03.2020-ci il tarixdə 04-38 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı mexaniki tipli **********5 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) və «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qeyri-qanuni istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 21.09.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı 1202AQ**********5 zavod nömrəli qaz sayğacı yoxlanması məqsədi ilə laboratoriyaya göndərilmişdir. MSK-29/1710-01472/2-50 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış G-4 markalı 1202AQ**********5 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədi ilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 1.944 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 1) 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 1.944 manat (müdaxilə); 2) 13.03.2019-cu il tarixli ******* saylı akt əsasında 778 manat 50 qəpik; 3) 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133 manat 20 qəpik; 4) 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 799 manat 20 qəpik; 5) 06.03.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat. İddiaçı İB-yə 3.713 manat 90 qəpik maddi zərərin dəymiş olduğu müəyyən edilmişdir. Həmin aktlar üzrə yaranmış borcun 1.944 manat hissəsi 2018-ci ilin X ayında GASREP proqramına keçirilmişdir. 3.713 manat 90 qəpik – 1.944 = 1.769, 90 və cavabdeh tərəfindən aparılan ödənişlər üzrə borca görə 204,40 manat məbləğində tutulmalar aparılmışdır. Həmçinin cavabdehin GASREP üzrə saldosuna diqqət yetirildikdə, onun əvvəlki illərdən də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi ilə əlaqədar yaranmış borcunun qaldığı müşahidə olunur (618,50 + 1944 = 2562,50 - 204,40 = 2358,10). Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bu günki gün üçün İddiaçı İB-yə cari borcu 72,50 manat, GASREP-dən AGİS bazasına qaytarılan borc 2.358 manat 10 manat və borca görə tutulmalar da nəzərə alınmaqla, ümumilikdə 4.200 manat 50 qəpik məbləğində borcu qalmaqdadır (AGİS aktları üzrə: 1769,90 + GASREPdən AGİS-ə keçən borc 2358,10 + cari borc 72,50 = 4.200 manat 50 qəpik). İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 4.200 manat 50 qəpik pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(006)-5818/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı İB ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli 04-38 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə» bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evinə təbii qazla təchiz edir. Cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı mexaniki tipli **********5 zavod nömrəli qaz sayğacı quraşdırılmış, istehlakçıya **********20000 nömrəli abonent kodu verilmişdir. İş materiallarına əlavə olunmuş aktlardan və fotoşəkillərdən göründüyü kimi, Cavabdeh 06.03.2020-ci il tarixli 04-38 saylı müqavilənin 2.3.2-ci yarımbəndinin və «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar, özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, qaz paylayıcı şəbəkəyə aid qaz boru xəttinə qoşulmaqla qazdan qaz sayğacından kənar istifadə edilməsi cavabdehin birbaşa təqsirli hərəkəti nəticəsində baş verən, düşünülmüş hərəkətdir və iddiaçının istinad etdiyi aktlar fakt üzrə, real olaraq tərtib edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlar tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş, tarixləri və nömrələri sadalanan aktlardan göründüyü kimi, 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 1.944 manat (müdaxilə); 13.03.2019-cu il tarixli ******* saylı akt əsasında 778 manat 50 qəpik; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133 manat 20 qəpik; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 799 manat 20 qəpik; 06.03.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat olmaqla, cəmi 3.713 manat 90 qəpik məbləğində itirilmiş təbii qazın bərpası aparılmış, bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3.713 manat 90 qəpik məbləğində dəymiş ziyan hesablanmışdır. Ümumilikdə iddiaçı cavabdehdən 4.200 manat 50 qəpik pul məbləğinin ödənilməsi tələb edir. Çünki, həmin aktlar üzrə yaranmış borcun 1.944 manat hissəsi 2018-ci ilin X ayında GASREP proqramına keçirilmişdir. 3.713 manat 90 qəpik – 1.944 = 1.769, 90 və cavabdeh tərəfindən aparılan ödənişlər üzrə borca görə 204,40 manat məbləğində tutulmalar aparılmışdır. Həmçinin cavabdehin GASREP üzrə saldosuna diqqət yetirildikdə, onun əvvəlki illərdən də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi ilə əlaqədar yaranmış borcunun qaldığı müşahidə olunur (618,50 + 1944 = 2562,50 - 204,40 = 2358,10). Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bu günki gün üçün İddiaçı İB-yə cari borcu 72,50 manat, GASREP-dən AGİS bazasına qaytarılan borc 2.358 manat 10 manat və borca görə tutulmalar da nəzərə alınmaqla, ümumilikdə 4.200 manat 50 qəpik məbləğində borcu qalmaqdadır (AGİS aktları üzrə: 1769,90 + GASREP-dən AGİS-ə keçən borc 2358,10 + cari borc 72,50 = 4.200 manat 50 qəpik). Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, itirilmiş qaz sərfiyyatına görə aktlar üzrə hesablanmış borc məbləğinin, həmçinin yığılmış ümumi borc məbləğinin ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 06.03.2020-ci il tarixli 04-38 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası DNŞ-nin kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeydşərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.200 manat 50 qəpik məbləğində dəymiş ziyan, ödənilmiş 30 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində haqq olmaqla, cəmi 4.530 manat 50 qəpik pul vəsaiti Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.200 manat 50 qəpik məbləğində dəymiş ziyan, ödənilmiş 30 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində haqq olmaqla, cəmi 4.530 manat 50 qəpik pul vəsaiti Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar