Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-582/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1.706 manat 40 qəpik məbləğində zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.736 manat 40 qəpik məbləğində pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına (iddia ərizəsində qeyd edilmiş) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AKX-00614xx/xx-2019 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 1) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat; 2) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 3) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 4) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 5) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 194 manat 40 qəpik olmaqla, cəmi 1.706 manat 40 qəpik məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» xx.xx.2020-ci il tarixli 356 nömrəli Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. İddiaçı nümayəndəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, pandemiya, həmçinin iş həcminin çoxluğu ilə bağlı nümayəndələrinin məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə AKX-00614xx/xx- 2019 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı Cavabdeh arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Müqavilənin predmetini – paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir. Müqavilədə tərəflərin vəzifələri və hüquqları, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri, qaz qurğularına dair tələblər, xüsusi müddəalar və mübahisələrin həlli qaydası, fors-major hallar, müqavilənin qüvvədə olma müddəti və tərəflərin hüquqi ünvanları və rekvizitləri təsbit olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə: 1) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat; 2) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 3) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 4) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 5) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 194 manat 40 qəpik olmaqla, cəmi 1.706 manat 40 qəpik məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır). Aktlarla yanaşı dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilmiş, hər bir hal üzrə cavabdehə rəsmi xəbərdarlıq ünvanlanmış, lakin cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmamış və hər dəfə təbii qazdan sayğacdan kənar istifadə etmə halı təkrarlanmışdır. İddiaçı hazırda qeyd olunan 1.706 manat 40 qəpik pulun cavabdehdən tutulmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (fərdi yaşayış evində) sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Görünür ki, aktlarda və digər sənədlərdə qeyd edilən itirilmiş təbii qaz həcmləri hesablanarkən cavabdehin sayğacdan istifadə etməklə təbii qazdan istifadə etdiyi dövrlərdəki real həcmlər nəzərə alınmamış, sərf edilməsi qeyd olunan qaz həcmləri real sərf edilə biləcək həcmlərdən çox göstərilmişdir. Digər tərəfdən, mövsümdən asılı olaraq təbii qaz sərfiyyatının qış aylarında daha çox, yay aylarında minimum səviyyədə olması da nəzərə alınmamışdır. Bu hal, tərtib olunmuş hesablamalarda özünü qabarıq biruzə verir. Belə ki, birinci akt ötən ilin fevral ayında, digər üç akt yaz ayları olan mart, aprel, may aylarında, sonuncu akt isə yay fəslində – iyun ayında tərtib olunmuşdur. Adətən, istehlakçılar ilin soyuq vaxtlarında təbii qazdan istifadəni artırır, yaz və yay aylarında isə qazdan istifadəni minimuma endirirlər. Təbii qazdan ən az istifadə olunan dörv yay aylarına təsadüf edir. Lakin aktlarda qeyd edilən məbləğlər və sərfiyyat həcmləri bu tendensiyanı özündə göstərmir. Beləliklə, aşkar görünür ki, aktlarda qeyd olunan rəqəmlər reallığı əks etdirmir. Abonentin saldosundan da görünür ki, hesabat aparılan dövrlər ərzində cavabdeh tərəfindən heç vaxt real olaraq qeyd edilən həcmdə təbii qaz sərf edilməmişdir. Göründüyü kimi, aktlar aşkar edilmiş faktlar üzrə tərtib olunsa da, aktlarda qeyd edilən məbləğlər real deyildir. Belə olduğu təqdirdə, təsbit olunur ki, aktlar baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunsa da, aktlarda qeyd edilən rəqəmlər reallığa uyğun deyil. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «X1»nın 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həm paylayıcının (iddiaçının), həm də istehlakçının (cavabdehin) qanunla qorunan mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə hesablamalarda iddiaçının təqdim etdiyi abonent saldosunda öncəki dövrlərdə göstərilən məbləğləri əsas götürərək, hesab edir ki, birinci akt üzrə tutulmalı məbləğ 150 manat, ikinci, üçüncü, dördüncü aktların hər biri üzrə tutulmalı məbləğ 50 manat, sonuncu akt üzrə tutulmalı məbləğ 20 manat olmaqla, cavabdehdən tutulmalı olan ümumi məbləğ müəyyən edilməlidir. Beləliklə, cavabdehdən tutulmalı məbləğ – 1) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 150 manat; 2) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 50 manat; 3) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 50 manat; 4) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 50 manat; 5) xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 20 manat olmaqla, cəmi 320 manat təşkil edir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 320 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış 320 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-582/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-582/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver