Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-587/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı "01/358/19-V saylı xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə malın qaytarılması və dəbbə pulunun ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı "01/358/19-V saylı xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə malın qaytarılması və dəbbə pulunun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixdə 01/358/19-V saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.437,93 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Comfort” markalı divardan asılan məişət qaz qazanı (kombi), 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintil, 48 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 20 ədəd boru 20, 72 ədəd boru 25, 20 ədəd dirsək 90*20 mm, 25 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 8 ədəd mufta 25 mm, 12 ədəd rekor 25 mm duz, 8 ədəd troynik 25 mm, 15 ədəd xamut cüt 20 mm. 40 ədəd xamut cüt 25 mm, 60 ədəd izolyasiya 25, 6 ədəd troynik 25-20 mm, 1 ədəd suşilka (bundan sonra «Əmlak») cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən xx.xx.2020-ci il tarixinədək, ödənişlər üzrə 1 289,25 manat, cərimə üzrə 145,48 manat olmaqla, cəmi 1.434,73 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 257 gün müddətində gecikdirilmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 01/358/19-V-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Göstərilənlərə əsasən 01/358/19-V saylı, xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəyəri 3.437,93 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Comfort” markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintil, 48 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 20 ədəd boru 20, 72 ədəd boru 25, 20 ədəd dirsək 90*20 mm, 25 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 8 ədəd mufta 25 mm, 12 ədəd rekor 25 mm duz, 8 ədəd troynik 25 mm, 15 ədəd xamut cüt 20 mm, 40 ədəd xamut cüt 25 mm, 60 ədəd izyolasiya 25, 6 ədəd troynik 25-20 mm, 1 ədəd suşilka, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 alınaraq iddiaçıya geri qaytarılması, 145,48 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № NAS-01/358/19-V saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "İddiaçı" MMC dəyəri 3437,93 manat olan əşyaları ((bir) ədəd 2018-ci il buraxılışlı “Comfort” markalı divardan asılan məişət qaz qazanı (kombi), 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintil, 48 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 20 ədəd boru 20, 72 ədəd boru 25, 20 ədəd dirsək 90*20 mm, 25 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 8 ədəd mufta 25 mm, 12 ədəd rekor 25 mm duz, 8 ədəd troynik 25 mm, 15 ədəd xamut cüt 20 mm. 40 ədəd xamut cüt 25 mm, 60 ədəd izolyasiya 25, 6 ədəd troynik 25-20 mm, 1 ədəd suşilka) Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13.1.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim günündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdiribsə, satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. İş materiallarında olan "İddiaçı" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/358/19-V-Z2 zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 alıcı Cavabdeh1 satıcı "İddiaçı" MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "İddiaçı" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1289,25 manat ödənişlər üzrə borc qalığı, 2148,68 manat əsas borc, 850,99 manat cərimə borcu olmaqla, cəmi 4288,92 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № NAS-01/358/19-V saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "İddiaçı" MMC dəyəri 3437,93 manat olan əşyaları Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, zamin Cavabdeh2 alıcı Cavabdeh1 satıcı "İddiaçı" MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, lakin cavabdehlər tərəfindən müqavilə üzrə üzərinə götürdükləri öhdəliklər tam icra edilməmiş və nəticədə cavabdehlərin iddiaçıya ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № NAS-01/358/19-V saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, "İddiaçı" MMC-yə məxsus olan dəyəri 3.437,93 (üç min dörd yüz otuz yeddi manat, doxsan üç qəpik) manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Comfort” markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintil, 48 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 20 ədəd boru 20, 72 ədəd boru 25, 20 ədəd dirsək 90*20 mm, 25 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 8 ədəd mufta 25 mm, 12 ədəd rekor 25 mm duz, 8 ədəd troynik 25 mm, 15 ədəd xamut cüt 20 mm, 40 ədəd xamut cüt 25 mm, 60 ədəd izyolasiya 25, 6 ədəd troynik 25-20 mm, 1 ədəd suşilka, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 alınaraq iddiaçı "İddiaçı" MMC-yə geri qaytarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada 145,48 (bir yüz qırx beş manat, qırx səkkiz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 175,48 (bir yüz yetmiş beş manat, qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq "İddiaçı" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № NAS- 01/358/19-V saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. "İddiaçı" MMC-yə məxsus olan dəyəri 3.437,93 (üç min dörd yüz otuz yeddi manat, doxsan üç qəpik) manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Comfort” markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintil, 48 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 20 ədəd boru 20, 72 ədəd boru 25, 20 ədəd dirsək 90*20 mm, 25 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 8 ədəd mufta 25 mm, 12 ədəd rekor 25 mm duz, 8 ədəd troynik 25 mm, 15 ədəd xamut cüt 20 mm, 40 ədəd xamut cüt 25 mm, 60 ədəd izyolasiya 25, 6 ədəd troynik 25-20 mm, 1 ədəd suşilka, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 alınaraq iddiaçı "İddiaçı" MMC-yə geri qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada 145,48 (bir yüz qırx beş manat, qırx səkkiz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 175,48 (bir yüz yetmiş beş manat, qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq "İddiaçı" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-587/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-587/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver