Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5887/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı "müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı "müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binanın 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin satışı ilə bağlı 04.07.2012-ci il tarixdə PBR № 458 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı mənzili tikməyə və yaşayış məqsədləri üçün cavabdehə təqdim etməyə razılaşır və cavabdeh həmin mənzili yaşayış məqsədləri üçün qəbul etməyə razılıq verir. Müqavilələrin 1.4-cü bəndinə əsasən cavabdeh bununla binanın idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və iddiaçıya binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir. Müqavilənin 1.5-ci bəndinə əsasən cavabdeh üçün binanın zirzəmisinin 1-ci mərtəbəsində yerləşən (40, 41, 42 nömrəli) 3 avtomobil dayanacağı sahəsi ayrılmışdır. Müqavilənin 4.1 -ci bəndinə əsasən mənzil üçün ödəniləcək ümumi qiymət bu müqaviləyə əsasən 5.286.750 manat (Qiymət) təşkil edir. Müqavilənin 4.2 və 4.3-cü bəndlərinə əsasən tərəflər bununla razılaşırlar ki, mənzilin qiyməti əlavə 5-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödənilməlidir. Bu müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda, iddiaçı ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24 % cərimə ödəməlidir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, cavabdeh əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirdiyi halda və ya cavabdeh mənzili almaqdan imtina etdikdə iddiaçının hüququ var ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və qiymətin 20 %-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. 7.1-ci bənddə nəzərdə tutulmuş qiymətin 20 %-i çıxmaq şərtilə cavabdehə qaytarılması, iddiaçı tərəfindən əmlakı göstərilən qiymətə bərabər və daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və Qiymətin qaldırılması yalnız digər investor tərəfindən bu mülkiyyətlə bağlı ödənişi tam şəkildə iddiaçıya ödənildikdən sonra həyata keçiriləcək. Əmlak qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, iddiaçıya qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20 % tutulması şərtilə azaldılacaq. Əgər xitam tarixinədək cavabdeh tərəfindən ödənilmiş qiymət məbləği iddiaçının ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda cavabdeh çatışmayan məbləğin ödənilməsinə görə məsuliyyət daşımaqda davam edir və o, bu məbləği tələb əsasında iddiaçıya ödəməlidir. Hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün bu müqavilənin 4.4-cü bəndinə uyğun olaraq hesablanmış hər hansı cərimə cavabdeh tərəfindən ödənilməlidir və ödəniləcək. Müqavilənin 11.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Müqavilənin tərkib hissəsi olan 4 saylı əlavənin (Xidmətlər) 1-ci bəndində iddiaçının cavabdehə göstərilən xidmətlər sadalanmışdır. Həmin Xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salınması, 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə, binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv m landşaft bağlarına texniki xidmətin göstərilməsi və s. bu cür xidmətlər öz əksini tapmışdır. Bu əlavənin 2-ci bəndində qeyd edilir ki, burada nəzərdə tutulmuş heç bir müddəaya baxmayaraq, iddiaçı müqavilədə istinad olunan və cavabdeh tərəfindən iddiaçıya ödənilməli və ya kompensasiya edilməli hər hansı xidmət haqlarının, kommunal xidmətlərin və ya digər haqların ödənilməməsi halında xidmətlərin göstərilməsini təmin etməyə məcbur olmayacaq. Əlavənin 5-ci bəndində qeyd edilir ki, cavabdeh göstərilən xidmətlərin müqabilində Şirkətə əmlakın hər kvadrat metri üçün hər ay 2 manat məbləğində xidmət haqqı ödəyəcək. Əlavənin 7-ci bəndinə əsasən cavabdeh bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində iddiaçıya ödəməlidir. Müqavilənin tərkib hissəsi olan 5 saylı Əlavəyə (Ödəniş üsulu) əsasən cavabdeh 04.08.2012-ci il tarixdən başlayaraq aylıq 36.133 manat olmaqla, ödənişləri 120 ay müddətində 04.07.2022-ci il tarixədək iddiaçıya ödəməyi üzərinə götürmüşdür. İddiaçı 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və hazırda da icra etməkdə davam edir. Buna baxmayaraq, cavabdeh hal-hazıradək qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, mənzilə və 3 ədəd avtomobil qarajına görə onların dəyərini ödəməmiş, həmçinin iddiaçı tərəfindən həyata keçirilən əlavə 4-də nəzərdə tutulan xidmətlərə görə xidmət haqlarını hal- hazıradək ödəməmişdir. Cavabdehin PBR № 458 saylı müqavilə üzrə 04.07.2021-ci il tarixə mənzilə və 3 ədəd avtomobil qarajına görə 2.527.408 manat, mənzillə bağlı xidmət haqqı olaraq 68.474 manat, ümumilikdə 2.595.882 manat məbləğində iddiaçıya borcu vardır. Cavabdeh 04.10.2015-ci il tarixdən etibarən mənzillə bağlı iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Artıq 6 ilə yaxın müddətdir ki, cavabdeh iddiaçıya PBR № 458 saylı müqavilə üzrə mənzilin satış məbləğindən və xidmət haqqından hər hansı məbləğdə pul ödəmir. Qeyd edilən ümumi 2.595.882 manat borcun ödənilməsi və müqaviləyə xitam verilməsi barədə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmiş, həmçinin müqaviləyə xitam verilməsi məsələsinə hər hansı münasibətini bildirməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə müqaviləni imzalamış İddiaçı MMC 05.03.2015-ci il tarixdə hüquqi təşkilatı formasını dəyişərək İddiaçı MTK-yə çevrildiyindən, MTK hazırkı ərizə üzrə iddiaçı qismində məhkəmə qarşısında tələb irəli sürmüşdür. Göstərilənlərə əsasən İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binanın 18- ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin satışı barədə 04.07.2012-ci il tarixli PBR № 458 saylı müqaviləyə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binanın 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq İddiaçı MTK- ya geri qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binanın 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Cavabdeh qaytarılmasının 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılması, Cavabdeh mənzil üzrə xidmət haqqı olaraq 68.474 manat və dövlət rüsumu olaraq 30 manat, ümumilikdə 68.504 manat məbləğində pulun İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış PBR № 458 saylı, 04 iyul 2012-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binanın 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzili Cavabdeh təqdim edir, Cavabdeh həmin mənzili yaşayış məqsədləri üçün MTK-dan qəbul edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MTK-ya 2.527.408 manat borcu vardır. İş materiallarında olan İddiaçı MTK tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arayışdan görünür ki, 04 iyul 2012-ci il tarixindən 25 dekabr 2019-cu il tarixinədək 1804B saylı mənzil üçün 65.863,50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mənzil üçün ödənilən məbləğlər 2014-cü ilin sentyabr ayının 2017-ci ilin oktyabr ayları üzrə kommunal və xidmət haqlarına dair ödənilmişdir. Hal-hazırda 1804B saylı mənzil üzrə xidmət haqqına dair borc 68.474 manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 420.3.3-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi) etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilən Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqavilənin 1.1-ci bəndinə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binanın 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzili Cavabdeh təqdim edir, Cavabdeh həmin mənzili yaşayış məqsədləri üçün MTK-dan qəbul edir. Həmin müqavilənin 4.1 -ci bəndinə əsasən mənzil üçün ödəniləcək ümumi qiymət bu müqaviləyə əsasən 5.286.750 manat (Qiymət) təşkil edir. Eyni müqavilənin 4.2 və 4.3-cü bəndlərinə əsasən tərəflər bununla razılaşırlar ki, mənzilin qiyməti Əlavə 5-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödənilməlidir. Bu Müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda, iddiaçı ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24 % cərimə ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehin iddiaçının bu müqavilədən və ya qüvvədə olan qanunvericilikdən irəli gələn hər hansı digər öhdəliklərinə ziyan vurmadan aşağıdakı öhdəlikləri vardır: -5.2.1-ci maddəyə əsasən Qiyməti bu Müqavilənin Əlavə 5-də müəyyənləşdirilmiş qaydada hissə-hissə ödəmək; -5.2.7-ci maddəyə əsasən əmlak (mənzil) ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin gec başlanmasından asılı olaraq əsaslı tamamlama tarixindən və ya iddiaçı tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və/və ya servis şirkətlərinə və/və ya qurumlarına birbaşa ödənilməsinə görə məsuliyyət daşımaq. Kommunal xidmətlər və servislər cavabdehlərə iddiaçı vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müvafiq xərclər iddiaçı tərəfindən burada müəyyənləşdirilmiş xidmət haqları kimi tətbiq olunmalı və cavabdeh bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. -5.2.8. Əsaslı tamamlama tarixindən başlayaraq iddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərə (“Xidmətlər”) bağlı Xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə 4-də nəzərdə tutulduğu kimi aylıq əsasda iddiaçıya ödəmək və məsuliyyət daşımaq. Müqavilənin 7.1 və 7.3-cü bəndlərinə əsasən Müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, cavabdeh Əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirdiyi halda və ya cavabdeh mənzili almaqdan imtina etdikdə iddiaçının hüququ var ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və qiymətin 20 %nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Əgər xitam tarixinədək cavabdeh tərəfindən ödənilmiş qiymət məbləği iddiaçının ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda cavabdeh çatışmayan məbləğin ödənilməsinə görə məsuliyyət daşımaqda davam edir və o, bu məbləği tələb əsasında iddiaçıya ödəməlidir. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, hal-hazıradək qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, mənzilə və 3 ədəd avtomobil qarajına görə onların dəyərini ödəməmiş, həmçinin iddiaçı tərəfindən həyata keçirilən əlavə 4-də nəzərdə tutulan xidmətlərə görə xidmət haqlarını hal- hazıradək ödəməmişdir. Cavabdehin PBR № 458 saylı müqavilə üzrə 04.07.2021-ci il tarixə mənzilə və 3 ədəd avtomobil qarajına görə 2.527.408 manat, mənzillə bağlı xidmət haqqı olaraq 68.474 manat, ümumilikdə 2.595.882 manat məbləğində iddiaçıya borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan 4 saylı əlavənin (Xidmətlər) 1-ci bəndində iddiaçının cavabdehə göstərilən xidmətlər sadalanmışdır. Həmin Xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salınması, 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə, binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv.m landşaft bağlarına texniki xidmətin göstərilməsi və s. bu cür xidmətlər öz əksini tapmışdır. Bu əlavənin 2-ci bəndində qeyd edilir ki, burada nəzərdə tutulmuş heç bir müddəaya baxmayaraq, iddiaçı müqavilədə istinad olunan və cavabdeh tərəfindən iddiaçıya ödənilməli və ya kompensasiya edilməli hər hansı xidmət haqlarının, kommunal xidmətlərin və ya digər haqların ödənilməməsi halında xidmətlərin göstərilməsini təmin etməyə məcbur olmayacaq. Əlavənin 5-ci bəndində qeyd edilir ki, cavabdeh göstərilən xidmətlərin müqabilində Şirkətə əmlakın hər kvadrat metri üçün hər ay 2 manat məbləğində xidmət haqqı ödəyəcək. Əlavənin 7-ci bəndinə əsasən cavabdeh bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində iddiaçıya ödəməlidir. Müqavilənin tərkib hissəsi olan 5 saylı Əlavəyə (Ödəniş üsulu) əsasən cavabdeh 04.08.2012-ci il tarixdən başlayaraq aylıq 36.133 manat olmaqla, ödənişləri 120 ay müddətində 04.07.2022-ci il tarixədək iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binasının 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin satışı barədə 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqaviləyə vaxtından əvvəl xitam verilməli, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binasının 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzil və mənzilin giriş qapısının açarları Cavabdeh alınaraq İddiaçı MTK- ya geri qaytarılmalı, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binasının 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Cavabdeh qaytarılması 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılmalı, Cavabdeh mənzil üzrə xidmət haqqı olaraq 68.474 (altmış səkkiz min dörd yüz yetmiş dörd) manat və dövlət rüsumu olaraq 30 (otuz) manat, ümumilikdə 68.504 (altmış səkkiz min beş yüz dörd) manat məbləğində pul İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binasının 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin satışı barədə 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqaviləyə vaxtından əvvəl xitam verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanda yerləşən Tower B binasının 18-ci mərtəbəsində yerləşən 1804B saylı mənzil və mənzilin giriş qapısının açarları Cavabdeh alınaraq İddiaçı MTK- ya geri qaytarılsın. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binasının 18ci mərtəbəsində yerləşən 1804B saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Cavabdeh qaytarılması 04.07.2012-ci il tarixli, PBR № 458 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılsın. Cavabdeh mənzil üzrə xidmət haqqı olaraq 68.474 (altmış səkkiz min dörd yüz yetmiş dörd) manat və dövlət rüsumu olaraq 30 (otuz) manat, ümumilikdə 68.504 (altmış səkkiz min beş yüz dörd) manat məbləğində pul İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5887/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5887/2021
17.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver