Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-589/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 518,40 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 548,40 manat pulun "İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AKX-01732xx/xx- 2019 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin mənzilə İddiaçı İB tərəfindən **********10030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X3 tələblərinə əməl etmək) və “X3 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, xx.xx.2019 -cu İl tarixində “İddiaçı" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi deşildiyi faktı aşkar olunmuşdur. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və X1 göndərilmiş. Labaratoriyada sayğac yoxlanılarkən sayğacların müdaxilə olunduğu təsdiq edilmişdir, İTRİ-nın MSK 29/1710-03275-1 sayh rəyi əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə ******* saylı “Təbii X3 pozulması haqqında” akt tərtib edilmiş cavabdeh İmzalamaqdan imtina etmişdir (akt işə əlavə edilir). Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdehə xx.xx.2019-cu il tarixində 518,40 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 518,40 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. İddiaçı İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla (Əlavə olunur) təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq ediiən X3 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 518,40 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 548,40 manat pulun "İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nəsimi rayonu Azadlıq prospekti 97A ünvanında yerləşən mənzili 2019-cu ilin avqust ayında almışdır (çıxarışın surəti əlavə olunur). Ondan öncəki ev yiyəsinin xahişi ilə ona evi təhvil verməsi üçün bir ay möhlət vermişdir. Sentyabr ayının sonunda evi təhvil aldıqdan sonra təmir işlərinə başlamışdır. 2019-cu ilin oktyabr ayının 11-də evə köçmüşdür. Çox qısa müddət, təxminən yarım ay yaşadıqdan sonra qaz sayğacının kartını tapa bilməyib əvvəlki ev yiyəsi Ağalar Hacıyevə zəng vurmuşdur. O ona sayğacın kartla işləmədiyini, köhnə olduğunu bildirmişdir. O da İddiaçıa müraciət edərək sayğacın dəyişdirilməsini istəmişdir. İddiaçı əməkdaşları oktyabr ayının 30-u mənzilinə gələrək köhnə sayğacı yenisi ilə əvəz etmiş və bununla bağlı akt tərtib edərək imzalamağını istəmişlər. Aktda köhnə sayğacın yenisi ilə əvvəlkinin istifadə müddətinin bitməsi səbəbindən əvəzləndiyi və yeni sayğaca görə onun məsuliyyət daşımağı qeyd olunmuşdur. Həmçinin aktın sonunda qeyd kimi köhnə sayğac üzərində deşiklərin olması vurğulanmışdır. Bunun onunla heç bir əlaqəsinin olmaması və mənzilə yeni köçməyini əməkdaşlara dərhal bildirmişdir. Akt ilə tanış olduqdan sonra burada yanlış heç bir məlumatın olmadığını görərək imza atmış və bundan sonra onunla İddiaçı İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır (surəti əlavə olunur). İddiaçıın əməkdaşları məsələ ilə bağlı ona heç bir izahat vermədən mənzilini tərk etmişlər. Məsələnin üzərindən bir il keçdikdən sonra heç bir bildiriş, xəbərdarlıq olmadan barəsində iddia irəli sürülmüşdür. Ondan öncəki ev yiyəsi ilə əlaqə saxlayaraq sayğacda mövcud olan problemlə bağlı xəbərinin olub-olmaması ilə maraqlanmışdır. Həmin şəxs bir müddətdir sayğacı dəyişmək istədiyini bildirsə də, bunu nə üçün etmədiyini izah etmək istəməmişdir. Bundan sonra yaşadığı binanın komendantına müraciət edərək qaz sayğaclarına nəzarət edən şəxslə danışıb məsələni aydınlaşdırmasını xahiş etmişdir. Binadakı bütün mənzillərə kart ilə çalışan sayğacların quraşdırıtmasına baxmayaraq Ağaların bundan imtina etdiyini öyrənmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, qaz sayğacının işlək vəziyyətdə olmağına görə Azeriqaz İB məsuliyyət daşıyır. Bildirir ki, o, bu mənzilin yeni mülkiyyətçisi kimi əvəz edilmiş qaz sayğacına heç bir müdaxilə etməmişdir və ümumiyyətlə müdaxilə etmək imkanı da olmayıb, çünki bundan əvvəl qeyd etdiyi kimi, yeni mənzilə faktiki məskunlaşdıqdan iki həftə sonra qaz sayğacının dəyişdirilməsini istəmişdir. Görünür ki, iddiaçı “Azəiqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı irəli sürülən iddia tələbi tam əsassızdır və bu səbəbdən iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı “Azəiqaz” İstehsalat Birliyinin ona qarşı iddia ərizəsinin tərnin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, məhəllə 990, ev 97, mənzil 3 (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, 159, M4, m3 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-01732xx/xx-2019 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh məxsus abonent kodu **********10030, zavod nömrəsi 05030983 olan sayğacın göstərici hissəsinin qayğısının ön hissəsi üç yerdən deşilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********10030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etdiyi, sayğacın hesablama mexanizminin qoruyucusu şüşəsinin deşildiyi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 5184 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. **********10030 saylı abonentin saldosundan görünür ki, sərf edilmiş təbii qaza görə həmin abonent koduna 518,40 manat cari borcu vardır. Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03275-1 saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasında zavod nömrəsi 05030983 olan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir və göstərici çarxlarının üzərində kənar təsir izləri var. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı əməkdaşları iddiaçının yaşadığı yaşayış sahəsində istifadə olunan İtron markalı G-4 nömrəli sayğaca baxış keçirərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyini müəyyən edərək xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmişlər. Daha sonra İddiaçı əməkdaşları tərəfindən qeyd edilən akta əsasən iddiaçıya dəymiş ziyanın hesablanması qərara alınmışdır. İddiaçı vurduğu ziyana görə iddiaçıdan tələb etdiyi məbləğ 518,40 manat təşkil edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə baş vermiş zərərin evin keçmiş sahibinin yox, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-589/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-589/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver