Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5892/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 3500 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 izahatında bildirmişdir ki, "xxxx" ASC-də 3500 manat depozit pul vəsaiti mövcuddur və həmin pul vəsaitinin ödənilməsi ilə əlaqədar banka müraciət olunmuşdur. Etdiyi müraciətə baxmayaraq "xxxx" AtaBank ASC-nin ləğvedicisi kimi təyin olunmuş Əmanətlərin Sığortalanması Fondu 30.06.2021-ci il tarixli **********300 saylı məktubu ilə pul kompensasiyasını ödəməkdən faktiki imtina etmişdir. Məktub məzmununda qeyd olunmuşdur ki, “Kompensasiya məbləğinin ödənilməsinə dair müraciətinizə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2(103)-129/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilir ki, “Əmanətlərin Sığortalanması Haqqında“ Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda bildiririk ki. “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cii maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə görə uzadıla bilər. Qeyd etmək istəyir ki, həmin pul məbləği bankın öz təşəbbüsü ilə depozit qismində yerləşdirilmiş, ona bu barədə sonradan məlumat verilmişdir. Bank depozit barədə sənəd belə təqdim etməmişdir. Bank filialı ilə aralarında olan icarə-öhdəlik münasibətlərindən irəli gələn məbləğ vaxtında özümə verilməyərək hesaba yatırılmışdır. Bu günədək olan müddətdə cavabdeh Bankla aralarında bağlanmış razılaşma üzrə ödənilməli olan pul məbləğini ala bilməmiş və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və məbləğin verilməməsi qanunsuz və haqsız olaraq qeyrimümkün hesab edilmişdir. Bu səbəbdəndə məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Pul Kompensasiyalarının verilməsi qaydalarını müəyyən edən "Əmanətlərin Sığortalanması Haqqında" Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinin məzmununa görə Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməli qaydası himayəçilik şurası tərəfindən müəyyən edilir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbuı edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 ərizə təqdim edərək, hazırkı iş üzrə müddətin ötürülməsi məsələsi üzrlü hesab olunmaqla vətəndaşın hüquqları bərpa edilərək, iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçı «Əmanətlərin Sıcortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.1 maddəsinə əsasən müvafiq olaraq təqdim edilmiş Sənədlər Mülki Məcəllənin 964-cü maddəsində müəyyən olunmuş qaydada tərtib edilmədiyi üçün kompensasiya ödənişinin edilməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Əmanətlərin sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin 30.06.2021-ci il tarixli məktubundan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda bildiririk ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır; 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 16 sentyabr 2016-cı il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, əmanətçi İddiaçı ilə "xxxx" ASC arasında qısamüddətli əmanət müqaviləsi bağlanılmışdır. İddiaçı "xxxx" ASC-də 3500 manat depozit pul vəsaiti mövcuddur və həmin pul vəsaitinin ödənilməsi ilə əlaqədar banka müraciət olunmuşdur. Etdiyi müraciətə baxmayaraq "xxxx" AtaBank ASC-nin ləğvedicisi kimi təyin olunmuş Əmanətlərin Sığortalanması Fondu 30.06.2021-ci il tarixli **********300 saylı məktubu ilə pul kompensasiyasını ödəməkdən faktiki imtina etmişdir. Qeyd olunmuşdur ki, “Kompensasiya məbləğinin ödənilməsinə dair müraciətə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdı. Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2(103)- 129/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilir ki, “Əmanətlərin Sığortalanması Haqqında“ Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda bildiririk ki. “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cii maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə görə uzadıla bilər. Göründüyü kimi, müqavilə üzrə qoyulmuş əmanət məbləği üçün kompensasiya ödənişinin verilməsindən imtina edilməsi əsassızdır və həmin əmanət məbləğinə görə kompensasiya məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 3500 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 3500 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5892/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5892/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver