Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5915/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmama maneə törətmək hərəkətlərinə qadağa edilməsi haqqında” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmama maneə törətmək hərəkətlərinə qadağa edilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yaranmış mübahisəyə hazırki mərhələdə məhkəmə qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, hazırki mübahisəyə Azərbaycan Respublikası MPM-nin 355-1 – 355-7-ci maddələrinə riayət edilməklə baxılmalıdır. Hesab edirəm ki, iddiaçının hazırki iddia ərizəsindəki tələbinə hazırki məqamda ümumi rayon (şəhər) məhkəməsində, yəni Nəsimi rayon məhkəməsində baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmama maneə törətmək hərəkətlərinə qadağa edilməsi haqqında” tələbinə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5915/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5915/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver