Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-592/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi(vəkili)Vəkil, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi(vəkili) Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıCavabdehnə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçıqarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdehnə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən iddiaçıya dəymiş maddi ziyana görə 35.000 manat pul vəsaitinin, həmçinin müqavilə üzrə hər ay üçün iddiaçının bank hesabına köçürülməli olan 2000 manat pul vəsaitinin ödənilməmiş dövr ərzində toplanan məbləğin, yəni 62.000 manatın, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manatın, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 381 manatın, cəmi 97.601 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehİddiaçıqarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 may 2018-ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin ləğv edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" mənzil-tikinti koorperativi arasında 09 may 2018-ci il tarixdə "mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi" haqqında Müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən "Kooperativ" Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində yerləşən istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirməli idi. Bağlanmış müqavilənin şərtlərinə əsasən mülkiyyətçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv metr mənə, yəni İddiaçı qızma tam mülkiyyət hüququ ilə məxsus olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Koorperativ"ə təhvil verir. Koorperativ isə həmin qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan 5 Nq-İİ qeyri- yaşayış sahəsini Mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, 09 may 2018-ci il tarixli Müqavilənin 2.1.3-cü bəndində Kooperativdən yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 2000 manat kirayə haqqının mülkiyyətçinin hesabına köçürülməsini Koorperativdən tələb etmək hüququ öz əksini tapmışdır. Həmin Müqavilənin 2.2.4-cü maddəsində qeyd olunur ki, hal hazırki binanı 01 iyul 2018-ci il tarixədək sökməmək və yəni tikiləcək binanı 24-30 ay müddətində başa çatdırmaq və mülkiyyətçiyə yaşayış üçün yararlı vəziyyətdə qeyri-yaşayış sahəsini tam təmir edib təhvil vermək kooperativin vəzifəsidir. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Yeni yaşayış kompleksi tikilib ona təhvil verilmədiyi kimi, həmçinin müqavilə üzrə nəzərdə tutulmuş hər ay üçün kirayə haqqı (2000 manat) yalnız 2018-ci il sentyabr-2019-cu il yanvar ayları ərzində ödənilmişdir. Yəni müqavilə üzrə cəmi 5 ay ərzində ona ödəniş olunmuşdur. Digər aylar üçün heç bir ödəniş ödənilməmişdir. Həmçinin, həmin qeyri-yaşayış sahəsini cavabdeh tərəfə təhvil verdiyi üçün, həmin sahədə fəaliyyət göstərən turizm şirkətini fəaliyyətini davam etdirmək məqsədilə Kövkəb Səfərəliyev 16 H ünvanında yerləşən icarə haqqısı aylıq 2.500 manat olan qeyri-yaşayış sahəsi icarəyə götürmək məcburiyyətində qalmışdır. Çünki həmin şirkət qarşısında öhdəlikləri mövcu idi. Bu öhdəlikləri icra etməkdən və əlavə məhkəmə mübahisəsindən yayınmaqdan ötrü götürülmüş qeyriyaşayış sahəsinin təmiri ilə bağlı 35.000 manat xərc çəkmişdir. Hazırda cavabdehin əməlləri nəticəsində onun hüquq və mənafelərimin pozulması ilə nəticələnmiş və xeyli miqdarda maddi ziyan çəkmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkilməhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1979 saylı, 16.11.2017ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı arasında 09 may 2018-ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə imzalanmışdır. Müqavilənin müddəalarına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.m olan 30 saylı mənzili Kooperativə təhvil verməyi, Kooperativ isə qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verir. Həmçinin İddiaçı mənzili tam boşaldaraq, mənzilin yüklü olmaması haqqında Kooperativə arayış təqdim etməli, Kooperativ isə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 2000 manat məbləğində kirayə haqqını iddiaçının bank hesabına köçürməlidir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, mülkiyyətçi tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi tam şəkildə Cavabdeh MTK-ya təhvil verilməmişdir. Lakin Cavabdeh MTK tərəfindən buna baxmayaraq xoş niyyət olaraq İddiaçı xahişini nəzərə alaraq beş ay ərzində hər ay üçün kirayə haqqı - 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində tikilməli olan yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi müvafiq dövlət qurumları tərəfindən zəruri sənədlərin verilməsinin təmin edilməməsi səbəbindən mümkün olmamışdır. Bu zaman İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açarlarını götürmüşdür. İddiaçı 07 mart 2022-ci il tarixində keçirilən məhkəmə iclasında öz ifadəsi ilə etiraf etmişdir ki, 5 ay ərzində tikintinin aparılmadığını və ona aylıq ödənişin ödənilmədiyini gördükdə 6-cı aydan qeyri-yaşayış sahəsini cavabdehdən geri almışdır. Göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirilməsi onlardan asılı olmayan səbəblərdən imkansız olmuşdur. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh nümayəndəsi (vəkili) Nümayəndəməhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin (vəkilləri) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 09.05.2018-ci il tarixli Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilədən görünür ki, “Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.metr İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”-ə təhvil verir. “Kooperativ” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv\m( 2 mərtəbəli qeyriyaşayış sahəsi, 1-ci mərtəbədə 92.2 kv\m, 2-ci mərtəbədə 171.3 'kv.metr) yerləşən(qeyriyaşayış sahəsinin içində olan arakəsmələr, ikinci mərtəbəyə olan piləkən, su, elektrik sayğacları quraşdırılmış vəziyyətdə) 5 nömrəli qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verir. “Mülkiyyətçi”, mülkiyyətində olan mənzili söküntü üçün "Kooperativ"ə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən "Kooperativ"dən yeni qeyri-yaşayış sahəsini təhvil verilənədək, aylıq 2000.00 manat kirayə haqqının “Mülkiyyətçi”nin bank hesabına köçürülməsini tələb etməkİddiaçı hüququ kimi müəyyən edilmişdir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.12.2021-ci il tarixli 093/21 saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunan vəsaitin ümumi miqdarı 39000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə təqddqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 09.05.2018-ci il tarixli Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləsi bağlanmış və müqavilə ilə şərtləşdirilmişdir ki, “Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.metr olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”-ə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi, “Kooperativ” isə həmin qeyriyaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv\m( 2 mərtəbəli qeyri-yaşayış sahəsi, 1-ci mərtəbədə 92.2 kv\m, 2-ci mərtəbədə 171.3 'kv.metr) yerləşən(qeyri-yaşayış sahəsinin içində olan arakəsmələr, ikinci mərtəbəyə olan piləkən, su, elektrik sayğacları quraşdırılmış vəziyyətdə) 5 nömrəli qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi Cavabdehnə təhvil verilmişdir. Cavabdeh tərəfindən aylıq kirayə haqqı üzrə İddiaçı 5 dəfə ödəniş edilmiş, sonra ödənilməmişdir.İddiaçı5 aydan sonra aylıq kirayə haqqının ödənilməməsini və söküntü və tikinti işlərinin aparılmamasını görərək qeyri-yaşayış sahəsinin açarını və reyestrdən çıxarışı geri almışdır. Qeyri-yaşayış sahəsi hazırda İddiaçı istifadəsindədir. Cavabdeh tərəfindən söküntü və tikinti işləri müvafiq icazələrin alınması ilə bağlı dövlət orqanlarının hərəkətləri nəticəsində həyata keçirilməmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlansa da, sonradan Cavabdehndən asılı olmayan səbəblərdən söküntü və tikinti işləri həyata keçirilməmiş, müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən isə qeyri-yaşayış sahəsi geri alınmışdır. Yəni tərəflər müqavilənin icrasından könüllü surətdə imtina etmişlər ki, bu halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasənmüvafiq surətdə ləğv edilmiş sayılır. Bu halda isə müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. İlkin iddiaya münasibətdə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən (İddiaçı müqavilənin icrasından imtina etməsi) ilkin iddia təmin oluna bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilmiş sayıldığındanqarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-592/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-592/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver