Məhkəmə qərarları › İş №2(006)-593/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-593/2022

25.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-593/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı «mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması» tələbinə dair ilk iddiası; Cavabdeh Firmasının İddiaçı1 və İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı «mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması tərəfindən onların Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 «a» saylı evin 90, 91 və 96 saylı mənzilləri üzərində mülkiyyət, istifdə və sahiblik hüquqlarını həyata keçirmələrinə mane olan hərəkətlərə – həmin mənzillərdən və mənzillərə xidmət edən ümumi otaqlardan, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlardan istifadə etməyə, bəzək tamamlama işləri aparmağa, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla – mənzilləri olan mərtəbələrdə liftin açılmasının yalnız onlara aid olan kartlar vasitəsi ilə istifadə etməyə, qarajdan istifadə etməyə mane olan, onlardan lift və digər kommunal xidmətlərə görə haqq tələb etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Firması İddiaçı1 və İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, ilk iddiaçılar tərəfindən özlərinə məxsus mənzillərin arasındakı boş sahəni qanunsuz zəbt edərək orada apardıqları əlavə qanunsuz tikililərin sökülməsi; blokda icazəsiz aparılmış bəzəktamamlama işlərinin onların öz hesabına aradan qaldırılması və blokun əvvəlki vəziyyətinə qaytarılması; indiyə qədər ödənilməyən 30 aylıq yığılmış kommunal xərcin (24.000 manatın) ilk iddia üzrə iddiaçılar tərəfindən ilk iddia üzrə cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 90 saylı və 91 saylı mənzillər İddiaçı1, ünvan 1 ünvanda yerləşən 96 saylı mənzil isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdeh Firması uzun müddətdir ki, müxtəlif üsullarla onların yaşayış binasının tərkib hissəsi olan göstərilən mənzillərindən və yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən ümumi sahələrdən mexaniki, elektrik və digər avadanlıqlardan istifadələrinə maneələr törədərək bu istifadəni çətinləşdirir. Məlum edirlər ki, sözügedən binanın onların mənzilləri yerləşən mərtəbələrindəki ümumi dəhliz yalnız bir mülkiyyətçiyə, yəni hər mərtəbədəki ümumi dəhliz birisinə xidmət edir. Daha dəqiq dedikdə, İddiaçı2 mənzili binanın bir mərtəbəsində İddiaçı1 mənzilləri isə binanın digər mərtəbəsində yerləşməklə, həmin mərtəbələrdə başqa mənzillər yerləşmir və mərtəbələrin ümumi otaqları yalnız ayrı-ayrılıqda bu şəxslərə xidmət edir. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Onlar mənzillərinin yerləşdiyi mərtəbələrdən mənzillərinə xidmət edən ümumi dəhlizdən istifadə etməklə bəzək tamamlama işləri aparmışlar, İddiaçı1 isə kondisioner aqreqatı quraşdırmışdır. Həmin sahələrdə apardıqları bəzək-tamamlama işləri heç bir digər mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirmir və ümumi tikinti elementlərini, qurğuları zədələmir və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirmir. Mülki Məcəllənin 226.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzəktamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Cavabdeh Firması buna heç bir səlahiyyəti olmadığı halda onların mülkiyyətçi hüquqlarına müdaxilə edir, dəfələrlə şifahi və yazılı formada apardıqları bəzək tamamlama işlərini aradan qaldırmalarını, kondisioner aqreqatını götürmələrini tələb edir, binada bir şəxsə aid olan mənzillərin yerləşdiyi mərtəbələr üzrə liftin qapısının həmin mərtəbədə açılması yalnız həmin mərtəbədə yerləşən mənzil sahibinə verilən xüsusi kartla həyata keçirildiyi halda, baxmayaraq ki, onların mənzillərinin yerləşdiyi və ancaq onların mənzillərə aid olan 9 və 12-ci mərtəbələrdə başqa şəxslərə aid mənzillər yoxdur, onlara digər mənzil sahibləri ilə bərabər imkanlar yaradılmır, belə ki, onların mərtəbədə liftin qapılan istənilən adama açılır. Yəni, mərtəbə onlara aid olduğu halda lift ancaq onlara xidmət etməlidir, lakin istənilən adam liftlə onlara aid olan mərtəbələrə də çıxışa malikdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırlar ki, faktiki olaraq 2020-ci ilin iyun ayına qədər onlar da 7, 8, 10, 13, 14cü mərtəbələrdə bir şəxsə aid olan mənzillərin sahibləri kimi öz mərtəbələrində liftin çıxışının müstəsna hüququna malik idilər, lakin 2020-ci ilin iyun ayından onlarda olan xüsusi karta cavabdeh tərəfindən müdaxilə olunmuş və onlar bu hüquqdan məhrum edilmişlər. Göründüyü kimi, onlara digər sakinlərlə bərabər imkanlar yaradılmır. Mülki Məcəllənin 229, 235, 236, 237-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı təşkil edir. Həmin yığıncaq idarəçi təyin edir və onun fəaliyyətinə nəzarət edir; hər il xərclər smetasına, mülkiyyətçilər arasında xərclərin hesablanmasına və bölgüsünə icazə verir və s. səlahiyyətləri həyata keçirir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən İdarəçi qanunun göstərişlərinə və mülkiyyətçilər yığıncağının qərarlarına uyğun olaraq birgə mülkiyyətin idarə edilməsi üzrə bütün hərəkətləri yerinə yetirir, mümkün zərərin qarşısının alınması və ya aradan qaldırılması üçün özü tədbirlər görür. O, birgə xərcləri və yaşayış binasının tərkib hissələrinin ayn-ayn mülkiyyətçilərinin yüklülüklərini bölüşdürür, onlara hesab təqdim edir, haqlar alır, nağd pul vəsaitini idarə edir və ondan təyinatı üzrə istifadə edir. O, xüsusi hüquqların həyata keçirilməsi, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrindən, habelə birgə qurğulardan istifadə zamanı qanunun göstərişlərinin və evdə yaşayış qaydalarının gözlənilməsinə nəzarət edir. Həmin maddənin 2-ci bəndinə əsasən İdarəçi birgə mülkiyyətin idarə edilməsi sahəsində onun qanuni vəzifələri dairəsinə daxil olan bütün işlərdə yaşayış binasının tərkib hissələrinin həm bütün mülkiyyətçilərini, həm də ayrı-ayrı mülkiyyətçilərini kənarda təmsil edir. Özünün və ya qarşı tərəfin başladığı məhkəmə proseslərini aparmaq üçün ona iddianın təmin edilməsi barədə sərəncamdan başqa, mülkiyyətçilər yığıncağının qabaqcadan verdiyi səlahiyyət də lazımdır. Bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinə ünvanlanmış ərizələr, tələblər, məhkəmə qərarları və sərəncamlar idarəçiyə onun yaşayış yeri üzrə və ya əşyanın olduğu yer üzrə çatdırıla bilər və həmin andan qüvvəyə minir. Qanunun tələbindən göründüyü kimi yaşayış binasının saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməli, birgə xərcləri bölüşdürməli, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə yuxarıda göstərilən maddələrin tələbinə uyğun digər vəzifələri icra etməlidir. Mənzillərinin yerləşdiyi yaşayış binasında yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməmiş, idarəçi təyin edilməmişdir. Cavabdeh Firması bu binadakı mənzilləri alğı-satqı müqaviləsi əsasında onlara satmışdır, yəni həmin mənzillərin əvvəlki mülkiyyətçisi olmaqla mənzillərə və mənzillərə aid olan ümumi sahələrə aid bütün hüquqlarını əvəzli şəkildə onlara ötürmüşdür. Hazırda bu firmanın keçmiş mülkiyyətçi kimi, onların mülkiyyət hüquqlarına müdaxilə etmək hüququ yoxdur. Bu firma yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən təyin edilmiş idarəçi və yaxud digər səlahiyyətli şəxs deyil, lakin buna baxmayaraq dəfələrlə onların sahiblik və mülkiyyət hüquqlarına müdxilə edir və onlardan lift və digər kommunal xidmətlərdən istifadə etmələrinə görə haqq tələb edir, eyni zamanda yuxarıda göstərildiyi kimi istifadələrində və mülkiyyətlərində olan ümumi sahələrdə bəzək tamamlama və digər işləri aparmalarına mane olur. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki İddiaçı2 ona məxsus olan mənzili aldığı tarixdən ona ümumi istifadədə olan 2 yerlik qarajdan da istifadə hüququ verilmişdir. Hər iki istifadəçi mənzili alarkən 1 m2 üçün 3.300 manat ödədiyi halda, müqavilələrdə 1 m2 üçün 1.000 manat dəyərində rəsmiləşdirilmişdir. İddiaçı2 bir m2 üçün 3.300 manat alınmaqla, 2 yerlik qarajdan istifadə hüququ da verilmişdir. Lakin Cavabdeh Firması heç bir əsas olmadan İddiaçı2 qarajdan istifadəni qadağan etmişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəməninin nəzərinə çatdırırlar ki, Cavabdeh Firmasının onlara məxsus olan mənzillərdən, ümumi sahələrdən, avadanlıq və qurğulardan istifadə etməsinə məhdudiyyət yaratması ilə bağlı artıq bir dəfə Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər və həmin məhkəmənin qanuni qüvvəsini almış 2(006)-4525/2019 və 2(006)-4526/2019 saylı 20.08.2019-cu il tarixli qətnamələri ilə iddiaları təmin edilmişdir. Lakin bundan sonra Cavabdeh Firması digər hərəkətləri ilə, konkret olaraq mənzillərə aid mərtəbələrdəki ümumi sahələrdə bəzək tamamlama işlərinin aparılmasına, avadanlıq və qurğular (kondisioner aqreqatının) quraşdınlmasına, liftin mənzil istifadəçisinə daha əlverişli şəkildə, başqa mülkiyyətçilərlə bərabər hüquqlarla istifadəsinə, qarajdan istifadəyə maneə olur və onlardan səlahiyyəti və qanuni əsası olmadan haqqlar tələb edir. Ona görə də, hesab edirlər ki, bu cür hərəkətlərə son qoyulmalıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(006)-7176/2021 saylı mülki işin materiallarından da göründüyü kimi, ilkin birgə iddiaçılar - İddiaçı1 və İddiaçı2 ilkin cavabdeh – Cavabdeh Firmasına qarşı «mülkiyyətə qəsd və başqa maneələrə son qoyulması» tələbinə dair müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bu işin həqiqi və faktki halından görünən odur ki, ilkin iddiaçılar tam mülkiyyət əsasında ilkin cavabdehə məxsus olan yaşayış binasından alğı-satqı müqaviləsi əsasında hər biri 2 ədəd üzbəüz yerləşən mənzil əldə ediblər. Həmin mənzillər hal-hazırda ilkin iddiaçıların qanuni mülkiyyətindədir. Lakin hər iki ilkin iddiaçı ümumi birgə yaşayış qaydalarını pozaraq və binanın mülkiyyətçisindən hər hansı razılıq almadan özbaşına şəkildə özlərinə məxsus olan mənzillərin arasındakı boş sahəni qanunsuz zəbt ediblər və orada tikinti apararaq 2 mənzili birləşdiriblər. Bundan başqa, ümumi blokda binanın ümumi görüntüsünə və birgə yaşayış qaydalarına zidd olaraq istədikləri dizaynda bəzək tamamlama işləri aparıblar. Həmçinin, özlərinin də iddia ərizəsində qeyd edikləri kimi, ümumi blokda böyük həcmdə kondisioner aqreqatı avadanlığı yerləşdirməklə ümumi sahənin azalmasına səbəb olublar. Halbuki, binanın ümumi dizayn və tikinti proyektində belə avadanlıqarın yerləşdirilməsi üçün müvafiq balkon əraziləri nəzərdə tutulub. Hər 2 iki ilkin iddiaçının belə təyinatlı bir neçə balkonu mövcuddur. Bununla yanaşı, onların özlərinin də qeyd etdiyi kimi ilkin iddiaçılar artıq 30 aydan çoxdur ki, binanın saxlanması və texniki xidmətlərin göstərilməsi təyinatı üçün nəzərdə tutulan kommunal xərcləri (lift, zibillərin daşınması, binanın işıqlandırılması, həyətin təmizlənməsi, işçilərin əmək haqqı və sair üçün xərclənən) ödəməkdən qərəzli şəkildə imtina edirlər. Bütün bunlar azmış kimi, hazırkı iş üzrə iddia ərizəsi ilə ilkin cavabdehi məhkəmə çəkişməsinə də cəlb ediblər. Halbuki, onların tərəfindən belə əməllər haqq qazandıra biləcək heç bir faktiki və hüquqi əsas mövcud deyil. Əksinə, mövcud qanunvericilik ilkin cavabdehin əslində haqlı olduğunu və ilkin iddianın deyil, qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsasların olduğunu müyyən edib. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin «Yaşayış sahəsinin Özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdınlmasının nəticələri» adlanan 27-ci maddəsində qeyd edilir ki, «...bu Məcəllədə nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.» Yuxarıda da qeyd edildiyi kimi, ilkin iddiaçılar özlərinə məxsus 2 mənzilin arasındakı boş sahəni qanunsuz zəbt edərək öz ərazilərinə daxil edərkən, həmin sahənin bilavasitə mülkiyyətçisi olan Cavabdeh Firmasından hər hansı razılıq almayıblar. Bu isə onun qanuni mənafelərinin və mütləq mülkiyyət hüququnun ciddi şəkildə pozuntusuna gətirib çıxarıb. Halbuki, mövcud qanunvericilik ilkin cavabdehin qanuni maraqlarını müdafiə edən kifayət qədər hüquqi əsaslar nəzərdə tutub. Başqa sözlə, nəzərə aldıqda ki, mübahisəli bina hər hansı mənzil tikinti kooperativi deyil, bütün bina bötüvlükdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında Cavabdeh Firmasına məxsusdur. Buna görə də, müvafiq alğı-satqı müqaviləsi əsasında oradan mənzil əldə edən sahə mülkiyyətçiləri binadakı ümumi ərazilərdən yalnız ümumi yaşayış qaydalarna uyğun məhdud istifadə hüququ əldə edə bilərlər, orada istədikləri kimi hərəkət edə bilməzlər. Bu, qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifədir. Betə ki, Mənzil Məcəlləsinin «Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ» adlanan maddəsində qeyd edilir ki, «... 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın». Bundan başqa, Mənzil Məcəlləsinin 36.4-cü maddəsində imperativ şəkildə qeyd edilir ki, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Buna görə də, ilk iddia üzrə iddiaçılar tərəfindən özlərinə məxsus olan 2 mənzilin birləşdirilməsi üçün qanunsuz aparılmış tikinti onların öz vəsaiti hesabına sökülməli, həmçinin blokda əlavə yer tutan kondisioner aqreqatı sökülməli, bundan başqa, ümumi blokda öz arzulan ilə və binanın ümumi dizaynına xələl gətirərək icra edilmiş bəzək tamamlama işləri onların hesabına ləğv edilməli və blok binanın ümumi görünüşünə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır. O ki qaldı kommunal xərclərin ödənilməsinə, ilkin iddiaçılar özləri də iddia ərizəsində etiraf edilər ki, onlar bir müddət əvvələ qədər mülkiyyətlərində olan hər mənzil üçün ayrılıqda ayda 200 manat kommunal xidmət üçün haqq ödəyirdilər. Lakin artıq 30 aydır ki, onlar bu haqqı ödəməkdən əsassız olaraq imtina edirlər (indiyə qədər təxminən 24.000 azn məbləğində borc yığılıb). Həmçinin, bu münasibəti rəsmiləşdirmək üçün müqailəni imzalamaqdan da imtina edirlər. Halbuki, binada yaşayış olan məzillərdə bu 2 birgə iddiaçıdan başqa kommunal xidmət haqqını ödəməyən və müqaviləni imzalamayan digər mülkiyyətçi yoxdur. Bu isə həm qanunvericiliyin tələblərinin pozulması, həm də binanın ümumi idarəetməsini həyata keçirən ilkin cavabdehin və həmçinin digər mülkiyyətçilərin qanuni mənafelərinin pozulmasına gətirib çıxarır. Kommunal xidmətlərin ödənilməsi qanunvericiliklə, bilavasitə sahə mülkiyyətçilərin üzərinə qoyulmuş vəzifədir. Belə ki, Mənzil Məcəlləsinin «Çoxmənzilli binanın ümumi əmlakının saxlanması» adlanan 38-ci maddəsinin tələblərinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xəıdərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Bundan başqa, Mənzil Məcəlləsinin «Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi» adlanan 135-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Beləliklə, qeyd edikən hüquq normalarının işığında ilkin iddiaçıların indiyə qədər belə xidmət haqqını ödəməkdən yayınmasının heç bir faktiki və hüquqi əsasının olmadığı aydın olur. Azəbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. MPM-nin 156.1-ci maddəsinə əsəsən, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, bundan başqa qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə işə baxan hakim qarşılıqlı iddianı qəbul edir. MPM-nin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-nin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İş materiallarından da görünür ki, bu iş üzrə keçirilən ilk məhkəmə iclasında cavabdeh tərəf iddia ərizəsini müvafiq qaydada ala bilmədiyi üçün iştirak etməyib, buna görə də hər hansı vəkillə müqavilə də bağlaya bilməyib. Yalnız şifahi müraciətdən sonra sözgedən iddia ərizəsi 07 dekabr 2021ci ildə keçirilən növbəti məhkəmə iclasında sonra 10 dekabr 2021-ci ildə cavabdeh tərəfə rəsmi səkildə təqdim edilib. Bu barədə müvafiq zərfin surəti hazırkı ərizəyə də ətavə edilir. İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi və vəkili Vəkil öncəki məhkəmə iclaslarına gəlmiş və ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar kommunal xərcləri ödəməkdən imtina etməmişlər və etmirlər. Onlarn narazıçılığı bununla bağlıdır ki, kommunal xərclərin həcmi, mənzil sahibləri arasında bölüşdürülməsi qaydası, kommunal xərcləri kimin yığmalı olması ilə bağlı məsələləri həll etmək üçün ümumi yığıncaq çağırılmamışdır. Bu kimi məsələlər ümumi yığıncaq vasitəsi ilə öz həllini tapmalıdır. Bundan sonra, təyin olunacaq şəxslə kommunal xidmət xərcləri ilə bağlı müqavilə imzalamağa və kommunal ödənişləri verməyə hazırdır. Hazırda isə qarşılıqlı iddia əsassızdır. Onlar ilk iddia üzrə cavabdehlə hər hansı müqavilə bağlamamışlar, cavabdehin kommunal xərcləri yığmasına razılıq verməmişlər və kommunal xərclərin hansı qaydada paylaşdırılmalı olması ümumi yığıncaq vasitəsi ilə razılaşdırılmamışdır. Kommunal xərclərlə bağlı onları istəmədikləri müqaviləyə imza etdirməyə mülkiyyətçi hüquqlarına müdaxilə ilə nail olunması yolverilməzdir. Ona görə də, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə öncəki məhkəmə iclaslarına gəlmiş, ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə ilk iddia üzrə iddiaçıların izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 90 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 113, M9, mənzil 1) və 91 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 113, M9, mənzil 2) İddiaçı1, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 96 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 113, M12, mənzil 1) isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Onun qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 07.08.2015-ci il tarixdə, 08.08.2015-ci il tarixdə və 17.12.2015-ci il tarixdə qeydiyyata alınaraq, iddiaçıya RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçıların bildirdiyinə görə xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan mənzillərə xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan istifadə etmələrinə, həmçinin qarajdan istifadə olunmasına, bəzək tamamlama işləri aparmağa, mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə cavabdeh tərəfindən maneələr yaradılır. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin 20.08.2019-cu il tarixli, 2(006)-4525/2019 saylı qətnaməsi ilə İddiaçı2 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, ev 143a (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M12, m1) ünvanında yerləşən 96 saylı mənzilə xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan İddiaçı2 istifadə etməsinə Cavabdeh Firması tərəfindən yaradılmış maneələr aradan qaldırılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin 20.08.2019-cu il tarixli, 2(006)-4526/2019 qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, 143 a saylı evin 90 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, m1) və 91 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, m2) üzərində sahiblik və istifadə hüququna - xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan istifadə etməsinə dair Cavabdeh Firması tərəfindən yaradılmış maneələr aradan qaldırılması qərara alınmışdır. Bundan başqa, onlardan qanunsuz yerə kommunal və s. xərclərin ödənilməsi tələb olunur. Halbuki, onlarla cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır, ümumi yığıncaq çağırılmamış, həmin yığıncaqda baxılmalı olan məsələlər razılaşdırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçıların mülkiyyət hüquqlarına Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın digər maddələrində də mənzil və əlaqəli hüquqlarla bağlı müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biridir. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra biray ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir; 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqdan və kommunal xidmətlərə görə haqqdan ibarətdir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər; 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir; 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borcludur; 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır; 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi qaydada saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 229, 235, 236, 237-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı təşkil edir. Həmin yığıncaq idarəçi təyin edir və onun fəaliyyətinə nəzarət edir; hər il xərclər smetasına, mülkiyyətçilər arasında xərclərin hesablanmasına və bölgüsünə icazə verir və s. səlahiyyətləri həyata keçirir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən İdarəçi qanunun göstərişlərinə və mülkiyyətçilər yığıncağının qərarlarına uyğun olaraq birgə mülkiyyətin idarə edilməsi üzrə bütün hərəkətləri yerinə yetirir, mümkün zərərin qarşısının alınması və ya aradan qaldırılması üçün özü tədbirlər görür. O, birgə xərcləri və yaşayış binasının tərkib hissələrinin ayn-ayn mülkiyyətçilərinin yüklülüklərini bölüşdürür, onlara hesab təqdim edir, haqlar alır, nağd pul vəsaitini idarə edir və ondan təyinatı üzrə istifadə edir. O, xüsusi hüquqların həyata keçirilməsi, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrindən, habelə birgə qurğulardan istifadə zamanı qanunun göstərişlərinin və evdə yaşayış qaydalarının gözlənilməsinə nəzarət edir. Həmin maddənin 2-ci bəndinə əsasən İdarəçi birgə mülkiyyətin idarə edilməsi sahəsində onun qanuni vəzifələri dairəsinə daxil olan bütün işlərdə yaşayış binasının tərkib hissələrinin həm bütün mülkiyyətçilərini, həm də ayrı-ayrı mülkiyyətçilərini kənarda təmsil edir. Özünün və ya qarşı tərəfin başladığı məhkəmə proseslərini aparmaq üçün ona iddianın təmin edilməsi barədə sərəncamdan başqa, mülkiyyətçilər yığıncağının qabaqcadan verdiyi səlahiyyət də lazımdır. Bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinə ünvanlanmış ərizələr, tələblər, məhkəmə qərarları və sərəncamlar idarəçiyə onun yaşayış yeri üzrə və ya əşyanın olduğu yer üzrə çatdırıla bilər və həmin andan qüvvəyə minir. Qanunun tələbindən göründüyü kimi yaşayış binasının saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməli, birgə xərcləri bölüşdürməli, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə yuxarıda göstərilən maddələrin tələbinə uyğun digər vəzifələri icra etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. İddiaçılar ilk iddia ərizəsində qeyd edirlər ki, onlara məxsus yaşayış sahəsini qanuni şəkildə əldə etsələr də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, ilk iddia ərizəsində qeyd olunan hallar həqiqətən mövcuddur, Cavabdeh Firması tərəfindən iddiaçıların ilk iddia ərizəsində qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradılmışdır. Halbuki, Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə iddiaçıların Dövlət tərəfindən təminat verilən mülkiyyət hüquqları müdafiə edilməlidir. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, nə qədər ki tərəflər arasında xidmət müqaviləsi bağlanmamış, binasının saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməmiş, birgə xərcləri bölüşdürülməmiş, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə yuxarıda göstərilən maddələrin tələbinə uyğun digər vəzifələri icra etməmişdir. Belə olan halda ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılardan kommunal xərclərin ödənilməsini tələb edə bilməz, buna ilk iddia üzrə iddiaçıları vadar etmək üçün mülkiyyətlərində olan mənzillərdən istifadə etmələrinə və s. işləri həyata keçirmələrinə qadağa qoya, maneələr yarada bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh Firması tərəfindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 «a» saylı evin 90, 91 və 96 saylı mənzilləri üzərində mülkiyyət, istifdə və sahiblik hüquqlarını həyata keçirmələrinə mane olan hərəkətlərə – həmin mənzillərdən və mənzillərə xidmət edən ümumi otaqlardan, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlardan istifadə etməyə, bəzək tamamlama işləri aparmağa, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla – mənzilləri olan mərtəbələrdə liftin açılmasının yalnız onlara aid olan kartlar vasitəsi ilə istifadə etməyə, qarajdan istifadə etməyə mane olan, onlardan lift və digər kommunal xidmətlərə görə haqq tələb etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulmalıdır. Cavabdeh Firmasının İddiaçı1 və İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş 165 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı «mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh Firması tərəfindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 «a» saylı evin 90, 91 və 96 saylı mənzilləri üzərində mülkiyyət, istifdə və sahiblik hüquqlarını həyata keçirmələrinə mane olan hərəkətlərə – həmin mənzillərdən və mənzillərə xidmət edən ümumi otaqlardan, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlardan istifadə etməyə, bəzək tamamlama işləri aparmağa, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla – mənzilləri olan mərtəbələrdə liftin açılmasının yalnız onlara aid olan kartlar vasitəsi ilə istifadə etməyə, qarajdan istifadə etməyə mane olan, onlardan lift və digər kommunal xidmətlərə görə haqq tələb etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulsun. Cavabdeh Firmasının İddiaçı1 və İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş 165 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar