Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5955/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı AAA-nin cavabdeh A.S.A. oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA cavabdeh A.S.A. oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, A.S.A. oğlu xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən BBB-dən illik 36 faizlə 24 ay müddətinə 1190 manat kredit götürmüşdür. BBB ilə AAA arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 0004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə xx xxxx 2019-cu il tarixli, 694 №-li sazişə əsasən A.S.A. oğlu ilə BBB arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ AAA-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il oktyabrın 05-dək A.S.A. oğlunun banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 836,37 manat əsas borc, 155,81 manat faiz borcu və 77,06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1069,24 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən cavabdeh A.S.A. oğlundan AAA-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 836,37 manat əsas borc, 155,81 manat faiz borcu və 77,06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1069,24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BBB ilə A.S.A. oğlu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 469-0***-******* saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən A.S.A. oğluna 24 (iyirmi dörd) ay müddətinə, illik 36 (otuz altı) faiz dərəcəsi ilə, 1190 (bir min bir yüz doxsan) manat məbləğində kredit verilmişdir. BBB ilə AAA arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 0004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə xx xxxx 2019cu il tarixli, 694 №-li sazişə əsasən A.S.A. oğlu ilə BBB arasında bağlanmış kredit müqaviləsi üzrə bütün tələbetmə hüquqları AAA-yə ötürülmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********986800 saylı Çıxarışdan görünür ki, AAA adını dəyişdirərək AAA olmuşdur. AAA tərəfindən A.S.A. oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan AAA tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, A.S.A. oğlunun xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə AAA-yə 836,37 (səkkiz yüz otuz altı manat, otuz yeddi qəpik) manat əsas borc, 155,81 (bir yüz əlli beş manat, səksən bir qəpik) manat faiz borcu və 77,06 (yetmiş yeddi manat, altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1069,24 (bir min altmış doqquz manat, iyirmi dörd qəpik) manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, BBB ilə A.S.A. oğlu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 469-0***-******* saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən A.S.A. oğluna 24 (iyirmi dörd) ay müddətinə, illik 36 (otuz altı) faiz dərəcəsi ilə, 1190 (bir min bir yüz doxsan) manat məbləğində kredit verilmiş, BBB ilə AAA arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 0004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə xx xxxx 2019-cu il tarixli, 694 №-li sazişə əsasən A.S.A. oğlu ilə BBB arasında bağlanmış kredit müqaviləsi üzrə bütün tələbetmə hüquqları AAA-yə (AAA-yə) ötürülmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 836,37 (səkkiz yüz otuz altı manat, otuz yeddi qəpik) manat əsas borc, 155,81 (bir yüz əlli beş manat, səksən bir qəpik) manat faiz borcu və 77,06 (yetmiş yeddi manat, altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1069,24 (bir min altmış doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx xxxx 2019-cu il tarixli, 469-0***-******* saylı kredit müqaviləsi üzrə 77,06 (yetmiş yeddi manat, altı qəpik) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan 836,37 (səkkiz yüz otuz altı manat, otuz yeddi qəpik) manat əsas borc, 155,81 (bir yüz əlli beş manat, səksən bir qəpik) manat faiz borcu və 77,06 (yetmiş yeddi manat, altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1069,24 (bir min altmış doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1099,24 (bir min doxsan doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı AAA-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan 836,37 (səkkiz yüz otuz altı manat, otuz yeddi qəpik) manat əsas borc, 155,81 (bir yüz əlli beş manat, səksən bir qəpik) manat faiz borcu, 77,06 (yetmiş yeddi manat, altı qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1099,24 (bir min doxsan doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı AAA-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5955/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5955/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver