Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5979/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən, İddiaçı 01 iyul 2015-ci il tarixdə Cavabdeh 54560 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh müqavilədə göstərilən 54560 ABŞ dolları məbləğinin 27280 ABŞ dolları məbləğində hissənin 15 sentyabr 2015-ci il tarixə və 27280 ABŞ dolları məbləğini isə 30 sentyabr 2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 54560 ABŞ dolları məbləğində borcdan 2018-ci ilin iyul ayına kimi 13523 ABŞ dolları (14200 manat), 2021-ci ilin may ayında isə 2353 ABŞ dolları (4000 manat) məbləğində borcu iddiaçıya ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan qalıq borcunun məbləği 38.684 ABŞ dolları təşkil edir. Göründüyü kimi, cavabdeh öhdəliyin icra edilməli olduğu vaxt dövrü müəyyənləşdirilməsinə baxmayaraq, ümumi borc məbləğindən cəmi 15876 ABŞ dolları məbləğini iddiaçıya qaytarmış, qalan məbləği bu günədək ödəməmiş, hüquqi nəticə etibarı ilə üzərinə düşən öhdəliyi vaxtında və tam icra etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı və hazırda ödənilməmiş 38684 ABŞ dolları məbləğində borcu iddiaçıya ödəməlidir. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh 30 sentyabr 2015ci il tarixədək borcu tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ötən altı ilə yaxın müddətdə borcunu tam ödəməmişdir. Ona görə də, iddiaçının faiz tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, 30 sentyabr 2015-ci il tarixdən cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi 5 il 11 ay (71 ay) təşkil edir. Belə ki, 38.684 ABŞ dolları x 5% = 1.934,2:12 ay =161,18 x 71 ay=11.604,96 (on bir min altı yüz dörd dollar doxsan altı sent) ABŞ dolları təşkil edir. Bu səbəbdən də, cavabdeh borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi həcmində, 11.604,96 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddaçı ona hüquqi yardım göstərilməsi üçün Vəkil ilə müqavilə bağlamış və 4 saylı Vəkil Bürosunun hesabına 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. İddiaçı eyni zamanda vəkilə etibarnamənin verilməsi üçün notariusa 11,50 (on bir manat əlli qəpik) manat məbləğində pul ödəmişdir. Bundan başqa, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 38.684 ABŞ dolları məbləğində borc, həmçinin geçikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 11.604 ABŞ dolları, cəmi 50.288,96 ABŞ dolları məbləğində pul ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul, etibarnamənin verilməsi üçün notariusa ödənilmiş 11,50 manat məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 28.08.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı olan 54560 ABŞ dolları və 1016 manat borcun 50% məbləğində (27280 ABŞ dolları və 508 AZN) 15 sentyabr 2015-ci ilə qədər, qalan məbləği (27280 ABŞ dolları və 508 AZN) 30 sentyabr 2015-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 27 avqust 2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı 54.560 ABŞ dolları məbləğində pul borcu olduğunu etiraf etmiş və həmin pulun 27280 ABŞ dolları məbləğində borc pulu 15 sentyabr 2015-ci il tarixə və 27280 ABŞ dolları məbləği 30.09.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 4 saylı Vəkil Bürosunun hesabına 200 manat pul köçürülmüşdür. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 54560 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıya olan borcunu 30.09.2015-ci il tarixədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsində deyilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə ümumilikdə 54560 ABŞ dolları məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5 faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 200 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, cavabdeh Cavabdeh əsas borc üzrə 38.684 (otuz səkkiz min altı yüz səksən dörd) ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 11604 (on bir min altı yüz dörd) ABŞ dolları, cəmi 50.288,96 (əlli min iki yüz səksən səkkiz ABŞ dolları, doxsan altı sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, etibarnamənin verilməsi üçün notariusa ödənilmiş 11,50 (on bir manat, əlli qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh əsas borc üzrə 38.684 (otuz səkkiz min altı yüz səksən dörd) ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 11604 (on bir min altı yüz dörd) ABŞ dolları, cəmi 50.288,96 (əlli min iki yüz səksən səkkiz ABŞ dolları, doxsan altı sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, etibarnamənin verilməsi üçün notariusa ödənilmiş 11,50 (on bir manat, əlli qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5979/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-5979/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver