Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6025/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “məhkəmə aktının icra edilməməsinə görə vəsaitin tutulması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “məhkəmə aktının icra edilməməsinə görə vəsaitin tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maliyyə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Xətai rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icra edilməsini təmin etməməsi, habelə Ədliyyə Nazirliyi tərəfindən şikayətə məhəl qoyulmamasına görə vurulmuş ziyanın 550 manat civarında, BDYPİ tərəfindən qanunsuz qəbul olunmuş və məhkəmələr tərəfindən ləğv olunmuş qərarlar üzrə 76 manat vəsaiti, mülkiyyətində olan pul vəsaitinin qanunsuz olaraq illərdir mənimsənilməsi, bu vəsaitin qaytarılmaması, habelə Daxili İşlər Nazirliyi tərəfindən şikayətə məhəl qoyulmaması nəticəsində qanunsuzluqların aradan qaldırılması, müdafiə hüququnun pozulmasının davam edilməsi ilə əlaqədar vurulmuş ziyana görə hər orqan tərəfindən 550 manat civarında vəsaitin qeyd olunmuş bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəmə qətnaməsinin icra edilməməsi ilə əlaqədar, eləcə də məhkəmənin ləğv etmiş olduğu inzibati tənbeh vermə haqqında qərar əsasında ödəmiş olduğu vəsaitin qaytarılmaması nəticəsində ona vurulmuş ziyanın müxtəlif dövlət qurumları tərəfindən ona ödənilməsini tələb edir. İddia tələbinə diqqət yetirdikdə müəyyən etmək olur ki, iddiaçı tələbinin əsası kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4137/2023 saylı qətnaməsinə, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-82/2022 saylı qərarına istinad edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4137/2023 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı tələbi qismən təmin olunaraq nəticədə cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada olmaqla mənəvi zərər görə 250 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-82/2022 saylı qərarı ilə müəyyən olunur ki, İddiaçı şikayəti əsasında sonuncunun barəsində tərtib edilmiş inzibtati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə görə ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, eləcə də xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (Mülki Prosessual Məcəllənin 25-ci maddəsi). Hazırki tələblərdən biri mülki məhkəmə icraatı qaydasında baxılması nəticəsində qəbul edilmiş qətnamənin icra edilməməsi ilə əlaqədar olsa belə, məhkəmə aktının icra edilməməsi ilə əlaqədar işlərə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılıb həll edilməsi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.“İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır. Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur. “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. İrəli sürülmüş digər bir tələb də, şikayət əsasında baxıldığı zaman məhkəmə qərarı əsasında ləğv edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə daha öncədən ödənilmiş olan vəsaitin qaytarılmaması və sair ilə bağlıdır. Lakin məhkəmə həmin vəsaitin qaytarılması məsələsinin mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, iddiaçıya həmin tələbi üzrə qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “məhkəmə aktının icra edilməməsinə görə vəsaitin tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6025/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6025/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver