Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-612/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin Yasamal Filialı ilə İddiaçı1 arasında bağlanmış BPM**********32 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı illik 24 faizlə, 50 ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə hər ay 660,40 (altı yüz altımış manat 40 qəpik) manat ödəniş edirdi. Lakin iddiaçı 2019-cu ilin dekabr ayında işdən çıxdığı və sonrakı dövrdə pandemiya (COVİD 19) epidemiyasının yayılması nəticəsində 8 ay müddətində işsiz qaldığı üçün aylıq ödənişləri edə bilmədi. Lakin sonradan təxminən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ASC-nin Yasamal filialına gedərək kredit müqaviləsinin prolonqasiya edərək uzadılması barədə ərizə ilə müraciət etdi. Lakin cavabdeh Bakı şəhəri 1 saylı Notariat Kontoruna müraciət edərək 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi almış və Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən tələb olunan 19 201,76 manat məbləğ cavabdeh Bank tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmış və həqiqətə uyğun olmadığı üçün qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. İddiaçı barəsində Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinin mövcud olduğunu, xx.xx.2020-ci il tarixində Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsindən aldığı məktub əsasında məlumatı olmuşdur. Belə ki, cavabdehlə onun arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinə əsasən xx.xx.2018- xx.xx.2018-ci il dövründə ayda 400 (dörd yüz) manat, xx.xx.2018- xx.xx.2019-cu il dövründə isə 661 (altı yüz altmış bir) manat vəsait banka ödəniş etmişdir. Əlavə olaraq iddiaçı pandemiya dövründə 300 (üç yüz) manat vəsait ödəmişdir. Ümumi olaraq Banka ödənilmiş məbləğ 15 (on beş) ay ərzində (3 x 400 manat=1200, 12 x 66l manat=7932, əlavə 300 manat) cəmi 9 432 (doqquz min dörd yüz otuz iki) manat təşkil edir. Nəzərə alınsa ki, 15 ay ərzində ödənilmiş məbləğin müəyyən hissəsi əsas borca, digər hissəsi isə faiz borcuna silindiyi üçün təqribən iddiaçının cavabdehə olan borcu təxminən 15 000 (on beş min) manat civarında olmalıdır. Lakin Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən 19 201,76 manat məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Belə ki, rəqəmlər arasında olan ziddiyyət Bank tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi iddiaçının maraqlarına toxunan Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi bu qaydada icra edilə bilməz və onun icrası məcburi dayandırılmalıdır. Beləliklə, iddiaçının kredit ödənişinin gecikdirilməsinin əsas səbəbi onun həmin müddət ərzində işdən azad olunduğu dövrə təsadüf etdiyindən, həmçinin işə düzələ bilməməyinin əsas səbəbi dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tətbiq olunması nəticəsində yaranmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış BPM**********32 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən olunmuş aylıq ödənişini hal-hazırda ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh1 ASCnin Yasamal filialı ilə aralarında bağlanmış BPM**********32 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə qeyri-dəqiq hesablanmış ziddiyyətli faiz borcunun və dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı1 50 ay müddətinə, illik 24% olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-79334 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Cavabdeh1 ASC-nin xeyrinə İddiaçı1 vaxtında ödənilməmiş 19181,76 manat borc tutulmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 79334 №-li icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5363 saylı, xx xxxxxx 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı1 xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 19.167,40 manat- əsas borc üzrə 16.497,80 manat, faiz borcu üzrə 2669,60 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq banka ilə həmin müqaviləni bağlamışdır. Göründüyü kimi İddiaçı1 Bank tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçının Banka əsas borc üzrə 16.497,80 manat, faiz borcu üzrə 2669,60 manat məbləğində borcu mövcuddur. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi 79334 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı1 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı1 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-612/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-612/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver