Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6130/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi “X1 Company” MMC iddiaçıya qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan 03 oktyabr 2008-ci il tarixli, F1845A nömrəli kredit müqaviləsindən irəli gələn kredit borcuna görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat və cəriməyə görə 4.000 manat, cəmi 15.385,78 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borcun təminatı kimi 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş “Mitsubishi Pajero” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş məbləğin borcun təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(008)-3111/2019 saylı qətnaməsi ilə həmin iddia qismən təmin edilib və iddiaçıdan əsas borca görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat, cəriməyə görə 50 manat, cəmi 1 1.435,78 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi və onun açıq hərracda satılması qət edilib. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2( 103)-6161 /2019 saylı qətnaməsi ilə təmin edilib, Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya qarşı iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6708/2019 saylı, 21.10.2019-cu il tarixli qərarı ilə iddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin 29.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Lakin buna baxmayaraq. Ləğv prosesində olan “Royal Bank" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı vaxtadək yuxarıda qeyd edilən məhkəmə mübahisələrinin predmeti olmuş iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı kredit müqaviləsi üzrə borc məbləğini özünün mühasibat balansından silməyib və həmin borcun silinməsinə/mövcud olmamasına dair kredit reyestrini aparan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verməyib. Buna görə də həmin kredit müqaviləsi üzrə borc kredit reyestrində hazırkı vaxtadək iddiaçının adında görünür və bu iddiaçıya kredit almağa mane olur. İddiaçı bununla bağlı ləğv prosesində olan "xxxx" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etsə də, onların iddiaçıya verdiyi 20.08.2020-ci il tarixli məktubda “ödəniş qəbzləri ilə birlikdə elektron qaydada” onlara müraciət etmək tövsiyə olunmuş və faktiki olaraq kredit reyestrini aparan təşkilata borcun olmaması barədə məlumat verilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı ilə "Royal Bank” ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ləğv prosesində olan "Royal Bank” ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməsi və həmin borcun silinməsinə/mövcud olmamasına dair kredit reyestrini aparan "xxxx" MMC-nə rəsmi məlumat verilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin və onun ləğvedicisi Əmanəti Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli, 2(102)-6708/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(008)-3111/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borca görə görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat, cəriməyə görə 50 manat, cəmi 11.435,78 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “RoyalBank" ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş 1996-cı il buraxılışlı, “Mitsubishi Pajero” minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi DORV450TJ00210 olan, tünd yaşıl rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli, 2(103)-6161/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3111/2014 saylı iş üzrə 22 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit borcunun, kredit üzrə yığılmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmiş, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)-6161/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 13.09.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə 03.10.2008-ci il tarixli kredit müqaviləsi üzrə 5043,27 manat əsas, 3945,69 manat faiz borcu vardır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "Royal Bank” ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği ləğv prosesində olan "RoyalBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməli və həmin borcun mövcud olmamasına (silinməsinə) dair kredit reyestrini aparan "xxxx" MMC-nə rəsmi məlumat verilməsi öhdəliyi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "Royal Bank” ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği ləğv prosesində olan "RoyalBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinsin və həmin borcun mövcud olmamasına (silinməsinə) dair kredit reyestrini aparan "xxxx" MMC-nə rəsmi məlumat verilməsi öhdəliyi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6130/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6130/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver