Məhkəmə qərarları › İş №2(006)-618/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-618/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-618/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh üzərinə qaytarılmaması razılaşdırılmış borcun silinməsi vəzifəsinin və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh üzərinə qaytarılmaması razılaşdırılmış borcun silinməsi vəzifəsinin və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsinin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı oğlu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq onun adında qalan borc, yəni 8487.55 ABŞ dolları təşkil edən hissəsi və 250.89 ABŞ dolları faiz borcunun silinməsi və Azərbaycan Kredit Bürosu MMC-yə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı oğlu cavabdeh "xxxx" MMCdən 12.12.2014-cü il tarixində SUMG1-5351-6305 saylı razılaşma ilə illik 20 faiz olmaqla 60 ay müddətində 27 000 ABŞ dolları kredit almış və bunun müqabilində daşınmaz əmlakını girov qoymuşdur. Devalvasiyaya qədər krediti vaxtında ödəmişdir. Lakin, devalvasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdir. 08 iyun 2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən yerləşən ofisdə "xxxx" MMC-nin rəhbərliyi ilə aparılan uzun danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən 22 300 ABŞ dollarının ona məxsus Sumqayıt şəhəri, Qızıl Qum məhəlləsində yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 64.36 kv.m ümumi, 38.37 kv.m yaşayış və 26.99 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilinin yerləşən əmlakın satılması hesabına ödənilməsi qarşılıqlı razılıq əsasında qərara alınmışdır. Razılıq 08 iyun 2017-ci il tarixli 1393 saylı məktubla təsdiq edilir. İddiaçı həmin ilin may ayında 22 300 ABŞ dolları ödəniş etmiş və daşınmaz əmlak girovdan azad edilmişdir. Hazırda onun heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona 08 iyun 2017-ci il tarixli 1393 nömrəli məktub da təqdim edilib. Razılığa əsasən iddiaçı vəzifəsini tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyini qismən yerinə yetirmişdir. Belə ki, AKB-də göstərilən əsas borcun ödənilməmiş qalan 8487.55 ABŞ dolları təşkil edən hissəsinin və 250.89 ABŞ dolları faiz borcunun tələb edilməsindən imtina edilsə də, sistemdə və müvafiq olaraq AKB-də onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul edilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.12.2014-cü il tarixli SUMG-5351-6305 №-li kredit müqaviləsindən görünür ki, bu müqavilə tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 80 000 ABŞ dolları və ya ona müvafiq manat (AZN) ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. Bu müqavilənin 1.4.1-ci maddəsindən görünür ki, “borcalan”a və ya üçüncü şəxsə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahə 64.36 kv.m., yaşayış sahəsi 38.37 kv.m, yardımçı sahə 26.99 kv.m olan 3 otaqlı 2 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlak qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 03.11.2021-ci il tarixli İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, 12.12.2014-cü il tarixli, SUMG1-5351-6305 saylı Kredit müqaviləsinə əsasən 08 iyun 2017-ci il tarixli 1393 nömrəli məktubla rəsmiləşdirilən barışıq sazişinin şərtlərinə uyğun olaraq onun adına olan 8487.55 ABŞ dolları təşkil edən hissəsinin və 250.89 ABŞ dolları faiz borcunun 05 noyabr 2021-ci il tarixədək adından silinməsi və bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 15.12.2014-cü il tarixli SUMG1-5351-6305 №-li razılaşmaya əsasən bu razılaşma 12.12.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. “Kredit alan” bu razılaşma ilə verilən kredit məbləğinin 270 ABŞ dolları məbləğində vəsaiti “kredit verənə” ödəyir. “Kredit alan” bu razılaşma ilə verilən kredit məbləğini üç iş günü müddətində istifadə etməli və müvafiq təsdiqləyici sənədləri “kredit verənə”təqdim etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 12.12.2014-cü il tarixli, SUMG1-5351-6305 №-li Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə və onun tərkib hissəsi olan 15.12.2014-cü il tarixli SUMG1- 5351-6305 №-li Razılaşmaya əsasən illik 20 faizlə 60 ay müddətinə 27 000 ABŞ dolları kredit almışdır və bunun müqabilində daşınmaz əmlakını girov qoymuşdur. Devalvasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdir. 08 iyun 2017-ci il tarixdə əldə edilmiş razılığa əsasən 22 300 ABŞ dolları ona məxsus Sumqayıt ş, Qızıl Qum məhəlləsində yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən əmlakının satılması hesabına ödənilməsi qarşılıqlı razılıq əsasında qərara alınmışdır. İddiaçı həmin gün 22 300 ABŞ dolları ödəniş etmişdir və əmlakını girovdan azad etmişdir. Hazırda onun "xxxx" MMC ilə arasında bağlanmış 12.12.2014-cü il tarixli, SUMG1-5351-6305 №-li Kredit müqaviləsinin tərkib hissəsi olan 15.12.2014-cü il tarixli SUMG1-5351-6305 №-li razılaşmaya əsasən heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona 08.06.2017-ci il tarixli, 1393 nömrəli məktub təqdim edilmişdir. Lakin, Azərbaycan Kredit Bürosu MMC AKB öz sistemində və müvafiq olaraq Azərbaycan Kredit Bürosu MMC AKB-də onun adına olan borc ödənilməmiş kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq onun adında qalan borc, yəni 8487.55 (səkkiz min dörd yüz səksən yeddi dollar əlli beş sent) ABŞ dolları təşkil edən hissəsi və 250.89 (iki yüz əlli dollar səksən doqquz sent) ABŞ dolları faiz borcu silinməli və Azərbaycan Kredit Bürosu MMC-yə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq onun adında qalan borc, yəni 8487.55 (səkkiz min dörd yüz səksən yeddi dollar əlli beş sent) ABŞ dolları təşkil edən hissəsi və 250.89 (iki yüz əlli dollar səksən doqquz sent) ABŞ dolları faiz borcu silinsin və Azərbaycan Kredit Bürosu MMC-yə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar