Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6223/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "artıq ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "artıq ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə artıq ödədiyi 6803 (altı min səkkiz yüz üç) manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 204 (iki yüz dörd) manat, ümumilikdə 7007 (yeddi min yeddi) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 05 avqust 2019-cu il tarixdə "xxxx" ASC-dən ilə 18 ay müddətinə 35.000 manat məbləğində kredit xəttindən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə kredit götürdü. Kreditin təminatı kimi banka qardaşı X1 məxsus ünvan 1 ünvanında olan evini ipoteka qoydu. Götürdüyü kredit üzrə aylıq 2347.55 manatı hər ay, demək olar ki, koronovirus pandemiyası başlayana qədər ödədi. Pandemiya başlayan zaman onun da sahibkarlıqla məşğul olduğu sahə ziyan çəkməyə başladı. 18 mart 2020-ci il tarixdən mağazanı bağladı və heç bir iş ilə məşğul olmadı. Sahibkarlıqla məşğul olan şəxslərin düşdüyü zərərin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-cı ıl tarixli 1950 nömrəli Sərəncam imzaladı. Həmin sərəncamın 10.2-ci bəndinin icrası nə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planının "Karantın rejimi müddətində pandemıyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sambkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edildi. Təsdiq edilmiş tədbirlər əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulmuşdur. Fiziki şəxslərin və pandemiyadən təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Bütün nəzərdə tutulmuş bu güzəştlərdən yararlanmaq məqsədilə, o, 2020-ci ilin dekabr ayının 29-da "xxxx" ASC-yə götürdüyü kreditin restrukturizasiya edilməsi barədə müraciət etdi. Sonra dəfələrlə götürdüyü kreditin restrukturizasiya üçün banka getsə də geri qaytardılar. Nəhayət 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə 0440/K nömrəli yeni müqavilə bağladı. Yeni müqavilə bağlanarkən bank tərəfindən AR Prezidentinin, Nazirlər Kabineti qərarının və Mərkəzi bankı yuxarıda qeyd etdiyim normativ Hüquqi aktların tələblərinin nəzərə alınmadığını, bankdan götürdüyü kreditin pandemiya dövründə hesablanması ilə yanaşı əlavə pul və faizlər hesablanmasının şahidi oldu. Belə ki, pandemiya başlayana qədər, o, bank hesabına 16.432 manat 85 qəpik pul ödədi ki, bunun da 13.343 manat 53 qəpik əsas borc, 3089.32 manatı faiz olaraq hesablanıb. Pandemiya başlayandan sonra AR Prezidentinin, Nazirlər Kabineti qərarının və Mərkəzi bankın tövsiyyənə uyğun olaraq ödənişlərini saxladı. 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyüm krediti restruktrizasiya edilməsi üçün yeni kredit müqaviləsini bağladı. Bu zaman ona 6803 (altı min səkkiz yüz üç) manat əlavə olaraq pul ödənilməsininn tələb etdilər. Bunun qanunsuz və əsassız olduğunu bildirdiyində, ona Kredit müqaviləsinin restrukturizasiya etməyəcəklərini bildirdilər. Əlavə faizlərin və cərəimələrinin yaranmasının qarşısını almaq və ipoteka qoyulmuş evi bankın girovluğundan çıxarmaq məqsədilə hesbladıqları qanunsuz əlavə ödənişləri ödəmək məcburiyyətində qaldı. Hesab edir ki, bankın AR Prezidentinin sərəncamının, Nazirlər Kabineti qərarının və Mərkəzi Bankı tövsiyyəiərini məhəl qoymayan bu qeyri-qanuni və əsasız hesablanmış ödənişləri geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə (kreditin məqsədi – dövriyyə vəsaitlərinin artırılması) iş üzrə cavabdeh qismində cəlb edilmiş kommersiya hüquqi şəxsi olan "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə tərəfindən artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "artıq ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "artıq ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6223/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6223/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver