Məhkəmə qərarları › İş №2(006)-6279/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6279/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6279/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğluna və Cavabdeh2 Fəxrəddı̇ n oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğluna və Cavabdeh2 Fəxrəddı̇ n oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3404,02 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Fəxrəddı̇ n oğlu ilə 20.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31.08.2021-dək Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlunun banka 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3211,41 manat əsas borc, 9,56 manat faiz borcu, 7,07 manat cərimə, ümumilikdə 3228,04 manat borcu vardır. Göstərilənlərə əsasən Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlundan və Cavabdeh2 Fəxrəddı̇ n oğlundan müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 3211,41 manat əsas borc, 9,56 manat faiz borcu, 7,07 manat cərimə, ümumilikdə 3228,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğluna və Cavabdeh2 Fəxrəddı̇ n oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğluna 60 ay müddətinə, illik 1% olmaqla, 3404,02 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu və Cavabdeh2 Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20.12.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Fəxrəddı̇ n oğlu borclu Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. «X5» ASC-nin 16.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlunun banka əsas borc üzrə 2811,41 manat, faiz borcu üzrə 15,84 manat, cərimə borcu üzrə 23,99 manat, cəmi 2851,24 manat məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğluna 60 ay müddətinə, illik 1% olmaqla, 3404,02 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh2 Fəxrəddı̇ n oğlu borclu Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, iş materiallarından göründüyü kimi sonuncu maliyyə arayışında cavabdehlərin banka 2811,41 manat əsas, 15,84 manat faiz borcu, 23,99 manat cərimə borcu olmaqla, cəmi 2851,24 manat borcları qeyd olunduğu halda, iddia ərizəsində 3211,41 manat əsas, 9,56 manat faiz, 7,07 manat cərimə borcu olmaqla, cəmi 3228,04 manat borc tələb edilir. Beləl olan halda, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə sonuncu maliyyə arayışını əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu və Cavabdeh2 Fəxrəddı̇ n oğlundan müştərək qaydada 2811,41 (iki min səkkiz yüz on bir manat, qırx bir qəpik) manat əsas, 15,84 (on beş manat, səksən dörd qəpik) manat faiz borcu, 23,99 (iyirmi üç manat, doxsan doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2881,24 (iki min səkkiz yüz səksən bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu və Cavabdeh2 Fəxrəddı̇ n oğlundan müştərək qaydada 2811,41 (iki min səkkiz yüz on bir manat, qırx bir qəpik) manat əsas, 15,84 (on beş manat, səksən dörd qəpik) manat faiz borcu, 23,99 (iyirmi üç manat, doxsan doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2881,24 (iki min səkkiz yüz səksən bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Bağırov Elvı̇ n Fəxrəddı̇ n oğlu arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar