Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6283/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızının, Cavabdeh iştirakları ilə İddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 11.03.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Belə ki, onların birgə nikahdan 07.09.2007-ci il təvəllüdlü X4, 09.07.2012-ci il təvəllüdlü X5 və 12.10.2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Cavabdehin qazancının yarısı miqdarında aliment kəsilmişdir. Belə ki, cavabdeh 656 manat əmək haqqı alır və həmin puldan 328 manatının üç uşağın saxlanması üçün iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı üçün 328 manat alimentlə üç uşağı saxlamaq çox çətindir. İddiaçı məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də iddiaçı alimentin artırılmasını tələb edir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə alimentin miqdarının dəyişdirərək, 07.09.2007-ci il təvəllüdlü X4, 09.07.2012-ci il təvəllüdlü X5 və 12.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 175 manat, cəmi 525 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan ASAN1 tərəfindən 03.03.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12734035 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Allahverdizadə Selcan 05.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Qəniyeva Afətdir. İşin materiallarında olan ASAN1 tərəfindən 02.03.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12734028№-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Allahverdizadə Yağmur 09.07.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. İşin materiallarında olan ASAN1 tərəfindən 03.03.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12734036 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Allahverdizadə Amin 12.10.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.09.2007-ci il təvəllüdlü X4, 09.07.2012-ci il təvəllüdlü X5 və 12.10.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı ilə qalmaları, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X1, 09.07.2012-ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən üç övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.09.2007-ci il təvəllüdlü X4, 09.07.2012-ci il təvəllüdlü X5 və 12.10.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı ilə qalmaları, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X1, 09.07.2012-ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa 175 manat məbləğində alimentin tutulmasını tələb edir, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılması haqqında öz iddiasını əsaslandıraraq «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızı da valideyn olaraq öz uşağını saxlamağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəsini almamış, ondan narazı olduğu halda apellyasiya şikayəti verməyərək, alimentin artırılması barədə iddia qaldırmaqda haqlı olmamışdır. Həmçinin, işdən də göründüyü kimi Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Allahverdı̇ yeva Afət Əlhəddı̇ n qızının Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6283/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6283/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver