Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6399/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan qızınun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 istirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1944,02 AZN məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10.09.2021 ilədək Cavabdeh banka 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1794,65 AZN əsas borc, 6,19 AZN faiz borcu və 0,49 AZN cərimə borcu olmaqla, ümumilikdə 1801,33 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1794,65 AZN əsas borc, 6,19 AZN faiz borcu və 0,49 AZN cərimə borcu olmaqla, ümumilikdə 1801,33 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 01.10.2021-ci il tarixində Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinə etiraz verərək, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01.10.2021-ci il tarixli, 2(006)-6399/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildmişdir ki, pretenziya qaydasında daxil olan məktub onun tərəfindən götürülməyib. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28.02.2019-cu il tarixli, 551 saylı Fərman verilmiş və həmin Fərmanın məğzi bu cür öhdəliklərin icrasını həll etməkdən ibarətdir. Əgər borclu tərəfindən müqavilənin şərti əhəmiyyətli dərəcədə pozulmamışdırsa, öhdəlik vaxtı-vaxtı icra edilirsə və kredit müqaviləsində məhkəməyə müraciət etmək qaydasını göstərilməmişdirsə, iddiaçı öz tələbində haqlı deyil. Həmçinin iddia ərizəsinin verilməsi ərəfəsində ödəniş vaxtı-vaxtında icra edilib. Həmçinin iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında ziddiyətlər mövcuddur: borc məbləği 1944 AZN göstərilir. Ödənilən məbləğ əsas borcdan 1005 AZN, faiz borcundan 290 AZN göstərilib, lakin ümumi borc 1801 AZN təşkil edir. Sadə riyazi hesabla ilə belə müəyyən etmək olar ki, rəqəmlər düzgün qeyd edilməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1944,02 AZN məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 sentyabr 2021-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1794,65 AZN əsas, 6,19 AZN faiz, 0,49 AZN cərimə, cəmi 1801,33 AZN məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 06 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 60 ay müddətinə illik 1% ödəmək şərtilə 1944,02 AZN məbləğində kredit verilmiş, cavabdeh isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğlərini banka ödəməkdən yayınmış və nəticədə onun 10 sentyabr 2021-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1794,65 AZN əsas, 6,19 AZN faiz, 0,49 AZN cərimə olmaqla, ümumilikdə 1801,33 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1794,65 AZN (bir min yeddi yüz doxsan dörd manat, altmış beş qəpik) əsas, 6,19 AZN (altı manat, on doqquz qəpik) faiz, 0,49 AZN (sıfır manat, qırx doqquz qəpik) cərimə, ümumilikdə 1801,33 AZN (bir min səkkiz yüz bir manat, otuz üç qəpik) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1794,65 AZN (bir min yeddi yüz doxsan dörd manat, altmış beş qəpik) əsas, 6,19 AZN (altı manat, on doqquz qəpik) faiz, 0,49 AZN (sıfır manat, qırx doqquz qəpik) cərimə, ümumilikdə 1801,33 AZN (bir min səkkiz yüz bir manat, otuz üç qəpik) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6399/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6399/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver