Məhkəmə qərarları › İş №2(006)-640/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-640/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-640/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın ipoteka yüklüyüyündən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ildən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzilin ipoteka krediti ilə yüklü girovdan azad edilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 cavabdeh “xxxx” MMC ilə illik 30 faizdən artıq olmamaqla, 120 ay müddətinə 300.000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxx 2009-cu il tarixli, AZBA-001575 saylı kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə ona məxsus olan, Daşınmaz Əmlak dövlət reyestrində 511 nömrəli reyestr kitabının 47140 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxx 2009-cu il tarixli, AZBA-001575 saylı ipoteka müqaviləsi 12 saylı notariat kontorunda 3M 965 26-x nömrəli formada göstərilir ki, saziş və xx xxxxxxx 2013-cü ildə razılaşma AZBA-001575-009 qoşma A-da imzalanmış qaydalar kobudcasına pozulub, yəni 1-ci bəndində xx xxxx 2009-cu il tarixli qiymətləndirmə əsasında 2013cü ilin oktyabr ayında yenidən qiymətləndirilmə keçirilmədən, 2-ci bəndində bu razılaşmaya əsasən kredit alan 20 faiz 60 ay müddətinə 90.000 ABŞ dolları məbləğində kredit verilir. Lakin bu razılaşmanın 5-ci bəndində kredit 23,09 faiz təşkil edir. Bu faktlar kobudcasına pozulub və 2009-cu ilin qiymətləndirmədə göstərilən məbləğ 87.000 manat qiymətləndirilən halda 90.000 ABŞ dolları əsas pulun müqavilənin imzalanmasına uyğun deyil. Bu səbəbdən Xətai rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il, iş № 2(011)-1068/2017 qətnaməsində onun hüquqları pozulmuş və hakim işin araşdıran zaman onların birgə nikah dövründə daşınan və daşınmaz əmlakda eyni bərabər hüquqlarının dərəcəsi nəzərə alınmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət olunmuş, xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsi, işə mahiyyəti üzrə baxılıb iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Naxçıvan MR Şərur rayonunun Şəhriyar kənd soveti tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 489236 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X2 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynli, arvada Hüseynli soyadı verilmişdir. İpotekasaxlayan “xxxx” MMC ilə ipotekaqoyan İddiaçı və borclu X4 arasında bağlanmış İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli sazişdən görünür ki, tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində 511 nömrəli reyestr kitabının 47140 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində istifadədə olan 0,11042 ha torpaq sahəsində yerləşən 2a nömrəli, 5 mərtəbəli binada yerləşən 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzilin ipotekaya qoyulmasına dair bağlanmış xx.xx.2009-cu il tarixli AZBA-001575 saylı ipoteka müqaviləsinin bağlanma əsası kimi çıxış edən xx.xx.2009-cu il tarixli AZBA-001575 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcluya illik 40%-dən artıq olmamaqla 120 ay müddətinə bağlanılmış və həmin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan xx.xx.2013-cü il tarixli sazişə əsasən məbləğ, faiz və müddət dəyişdirilərək illik 40%-dən artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 442000 ABŞ dolları və ya dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmişdir və nəticədə tərəflər xx.xx.2009-cu il tarixli AZBA-001575 saylı ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiya verilməsini müəyyən etmişlər: “3.1. İpoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası İpotekasaxlayan ilə borclu arasında sadə yazılı formada bağlanmış və X3 illik 40%-dən artı olmamaq şərti ilə ümumilikdə 120 aydan artıq olmayan müddətə hissə-hissə 442.000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutan xx.xx.2013-cü il tarixli sazişlə dəyişikliklər edilmiş xx.xx.2009-cu il tarixdə Bakı şəhərində bağlanmış AZBA-001575 saylı kredit müqaviləsidir. İpoteka ilə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər kredit müqaviləsi tərəflərinin qarşılıqlı razılığı ilə hər ayın 7 (yeddisi) və ya 22 (iyirmi ikisi) tarixlərinin birində həyata keçirilir və ödənişlərin məbləğləri verilmiş kreditlərin həmin ay üçün müəyyən edilmiş əsas məbləğin müvafiq hissəsi və faizlərin cəmindən ibarət olur”. Kredit verən “xxxx” MMC ilə kredit alan X4 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, AZBA-001575-009 saylı razılaşmadan görünür ki, “Kredit verən” və “Kredit alan” xx xxxx 2009-cu il tarixli AZBA-001575 saylı kredit müqaviləsi (xx xxxxxxx 2013-cü il tarixli Saziş daxil olmaqla bundan sonra kredit müqaviləsi adlandırılacaq) əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu Razılaşma həmin Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu Razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. Bu Razılaşmaya əsasən “Kredit alan”a illik 20 (iyirmi) faizlə 60 (altmış) ay müddətinə 90000 (doxsan min) ABŞ dolları məbləğində kredit verilir. Bu Razılaşmaya əsasən “Kredit alan”a verilən kreditin məqsədli təyinatı ünvan 1 ünvanında yerləşən 55 nömrəli mənzilin alışı üçün meəyyən edilir. “Kredit alan” bu Razılaşma ilə verilən kredit məbləğinin 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində vəsaiti Kredit Müqaviləsinin 3.2.3-cü bəndinə əsasən “Kredit verən”ə ödəyir. Bu Razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 23.09 (iyirmi üç tam yüzdə doqquz) faiz təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1068/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh X3 və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılmasın dair iddiasının qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 68415,55 ABŞ dolları məbləğində əsas borc, 21892,40 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 92307,95 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının X4, X6, X5 və İddiaçı müştərək qaydada alınaraq “xxxx” MMC-yə verilməsi, tələbin X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 2a saylı evin 67 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd hadi küçəsi, 81 saylı evin, 55 saylı mənzilinin ilkin satış qiyməti 87000 manat məbləğində və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 2a saylı evin 67 saylı mənzilinin ilkin satış qiyməti 83000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” MMC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 2a saylı evin 67 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra X4, X6, X5 və İddiaçı mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixində "xxxx" MMC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanılmış, müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhər, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində istifadədə olan 0,11042 ha torpaq sahəsində yerləşən 2a nömrəli, 5 mərtəbəli binada yerləşən 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzil öhdəliklərin təminatı kimi "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. İpotekasaxlayan “xxxx” MMC ilə ipotekaqoyan İddiaçı və borclu X4 arasında bağlanmış İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli sazişə əsasən xx.xx.2009-cu il tarixli AZBA-001575 saylı ipoteka müqaviləsinin müvafiq şərtləri dəyişdirilərək “kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən illik 40%-dən artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 442000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində” kimi müəyyən edilmişdir. Kredit verən “xxxx” MMC ilə kredit alan X4 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, AZBA-001575-009 saylı razılaşmaya əsasən “Kredit alan”a illik 20 (iyirmi) faizlə 60 (altmış) ay müddətinə 90000 (doxsan min) ABŞ dolları məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 2009-cu ildən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipotekaöhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun “əmlakın ipoteka yüklüyüyündən azad olunması” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, məhkəmə araşdırması zamanı “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən müvafiq maddələrində təsbit edilən halların mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPMnin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın ipoteka yüklüyüyündən azad olunması” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın ipoteka yüklüyüyündən azad olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar