Məhkəmə qərarları › İş №2(006)-6404/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6404/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6404/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K- 19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilməli, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 8467.72 manat əsas, 444 manat faiz, 113 manat cərimə borcu olmaqla, cəmi 9.024,72 borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, İddiaçı ASC-nin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK F7_1601/k-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 24% faiz olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Yuxanda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında 22.02.2019-cu il tarixli № 14.10.2019-cu il tarixli İK № Özəl (1) F7_1601/K-19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan tərəflər arasında bağlanmış 14.10.2019-cu il tarixli İK № özəl (1) F7_1601/K-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 14.10.2019-cu il tarixinə İddiaçı ASC-nə 12.322.09 (on iki min üç yüz iyirmi iki manat, doqquz qəpik) manat əsas, 917.60 (doqquz yüz on yeddi manat, altmış qəpik) manat faiz, 4.340.60 (dörd min üç yüz qırx manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 17,580.29 (on yeddi min beş yüz səksən manat, iyirmi doqquz qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 14.10.2019-cu il tarixli İK № özəl (1) F71601/K-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 48 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanm əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanm digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanm Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK F7_1601/k-19 saylı kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsi 24% faiz olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında 22.02.2019-cu il tarixli № 14.10.2019-cu il tarixli İK № Özəl (1) F7_1601/K-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında 22.02.2019-cu il tarixli № 14.10.2019-cu il tarixli İK № Özəl (1) F7_1601/K-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, borcalan tərəflər arasında bağlanmış 14.10.2019-cu il tarixli İK № özəl (1) F7_1601/K-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 14.10.2019-cu il tarixinə İddiaçı ASC-nə 12.322.09 (on iki min üç yüz iyirmi iki manat, doqquz qəpik) manat əsas, 917.60 (doqquz yüz on yeddi manat, altmış qəpik) manat faiz, 4.340.60 (dörd min üç yüz qırx manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 17,580.29 (on yeddi min beş yüz səksən manat, iyirmi doqquz qəpik) manat təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X3 vermişdir. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlıvaxtında aparmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, yəni cavabdeh X2 üzərinə düşür. Eyni zamanda, mülki işin materiallarında da cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərin icra edilməsi tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 443.1 maddəsinə əsasən, “öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilməli, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 8467.72 manat əsas, 444 manat faiz, 113 manat cərimə borcu olmaqla, cəmi 9.024,72 borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K-19 saylı kredit müqaviləsi vaxtından əvvəl xitam verilsin. İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2019-cu il tarixli İK №Özəl (1)F7_1601/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 8467.72 manat əsas, 444 manat faiz, 113 manat cərimə borcu olmaqla, cəmi 9.024,72 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən borclu Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar