Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6430/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "girov əmlakın geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "girov əmlakın geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC-nin direktoru X1 ilə arasında bağlanmış 11.12.2013-cü il tarixli AFƏ 237162 saylı «Əşyanın lombardda girovu haqqında» müqaviləyə əsasən, 1100 manat ssuda müqabilində iddiaçıya məxsus aşağıdakı qızıl əşyalar girov qoyulmuşdur:
1. 1 cüt sırğa, bir ədəd üzük – əyarı 750, çəkisi 24,9 qr.
2. 1 ədəd sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd üzük (əyar 583) - çəkisi 39,5 qr. Bundan sonra iddiaçı 2017-ci ildə yenidən həmin lombarda yaxınlaşaraq girov qoyub pul götürmək istədiyini bildirmiş və müqavilə bağlanarkən məlum olmuşdur ki, həmin lombardın adı dəyişmişdir, amma direktor həmin şəxsdir. Beləcə adını dəyişmiş formada fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X1 ilə aralarında bağlanmış 24.04.2017-ci il tarixli AFƏ 241512 saylı «Əşyanın lombardda girovu haqqında» müqaviləyə əsasən 100 manat ssuda müqabilində iddiaçıya məxsus aşağıdakı qızıl əşyaları girov qoymuşdur:
1. 1 ədəd brilyant qaşlı qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qr.
2. 1 ədəd sadə qaşlı kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qr. Girov müqaviləsi və girov bileti üzrə ödənişləri tam həyata keçirdikdən sonra girov qızıllarını lombarddan götürmək istədikdə, lomdardın direktoru X.Abdullayev bildirmişdir ki, qızılları qaytara bilməz, çünki qızılları öz problemlərinə görə hansısa banka girov qoymuşlar. İddiaçı etirazını bildirsə də və qızıllarını da tələb etməsinə baxmayaraq, cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Aralarında bağlanmış hər iki müqavilənin 6.1-ci maddəsinə əsasən qızılzinət əşyalarının lombarda girovu ilə təmin edilmiş ssuda məbləği, faizi, gecikmə məbləği qaytarıldıqdan sonra lombard tərəfindən girov əşyaları girovqoyana qaytarılır. İddiaçı girov qoyan kimi bütün öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh girov əşyaları qaytarmaq öhdəliyini yerinə yetirmir. Ona görə də həmin girov əşyalar cavabdehdən məhkəmə qaydasında alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən 1 cüt sırğa, bir ədəd üzük – əyarı 750, çəkisi 24,9 qr., 1 ədəd sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd üzük (əyar 583) - çəkisi 39,5 qr., 1 ədəd brilyant qaşlı qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qr. olan qızıl əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 cüt sırğa, bir ədəd üzük – əyarı 750, çəkisi 24,9 qr., 1 ədəd sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd üzük (əyar 583) - çəkisi 39,5 qr., 1 ədəd brilyant qaşlı qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qr. olan qızıl əşyalarının və ya onların dəyəri olan 7.000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 11 dekabr 2013-cü il tarixli AFƏ 237162 nömrəli əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki,tərəflər arasında əşyanın lombardda girovu barədə müqavilə bağlanaraq, həmin tarixli girov biletinə əsasən 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük - əyarı 750, çəkisi 24,9 qr.,1 ədəd qızıl sep, 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) çəkisi 39,5 qr olan qızıl-zinət əşyaları müvafiq ssuda məbləği müqabilində lombarda girov qoyulmuşdur. İş materiallarında olan 24.04.2017-ci il tarixli AFƏ 241512 nömrəli əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki,tərəflər arasında əşyanın lombardda girovu barədə müqavilə bağlanaraq, həmin tarixli girov biletinə əsasən 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) çəkisi 4,1 qr olan qızıl-zinət əşyaları müvafiq ssuda məbləği müqabilində lombarda girov qoyulmuşdur. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki,
1. 1 cüt sırğa, bir ədəd üzük – əyarı 750, çəkisi 24,9 qr.- dəyəri 2600 manat,
2. 1 ədəd sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd üzük - əyarı 583, çəkisi 39,5 qr. – dəyəri 3800 manat,
3. 1 ədəd brilyant qaşlı qadın üzüyü - əyarı 583,çəkisi 5,4 qr. – dəyəri 550 manat
4. 1 ədəd sadə qaşlı kişi üzüyü - əyarı 583, çəkisi 4,1 qr. – dəyəri 450 manat təşkil etmişdir. İş materiallarında olan 11.10.2019-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı girov qoyan İddiaçı hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 14.04.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı qızıl əşyalarının geri qaytarılması tələbinə dair ərizəsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 11 dekabr 2013-cü il tarixli AFƏ 237162 nömrəli əşyanın lombardda girovu haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük - əyarı 750, çəkisi 24,9 qr.,1 ədəd qızıl sep, 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) çəkisi 39,5 qr qızılı girov qoymaqla 1000 manat məbləğində pul vəsaiti almış və bu barədə cavabdeh tərəfindən iddiaçıya 11 dekabr 2013-cü il tarixli AFƏ 237162 saylı Girov bileti verilmişdir. Tərəflər arasında 24 aprel 2017-ci il tarixli AFƏ 241512 nömrəli əşyanın lombardda girovu haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) çəkisi 4,1 qr qızılı girov qoymaqla 100 manat məbləğində pul vəsaiti almış və bu barədə cavabdeh tərəfindən iddiaçıya 24 aprel 2017-ci il tarixli AFƏ 241512 saylı Girov bileti verilmişdir. Girov biletlərində girovun çıxarılması müddəti müəyyən edilməmişdir. İddiaçı həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və girovdan azad etməli olduğu qızıl-zinət əşyalarını iddiaçıya qaytarmamışdır. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl zinət əşyalarının dəyəri cəmi 7400 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə qızıl zinət əşyalarının dəyəri kimi 7000 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə qızıl zinət dəyəri irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia təmin edilməli, 1 cüt qızıl sırğa, bir ədəd qızıl üzük – əyarı 750, çəkisi 24,9 qr., 1 ədəd qızıl sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) - çəkisi 39,5 qr., 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qr. olan qızıl zinət əşyaları, onlar mövcud olmadıqda dəyəri olan 7000 (yeddi min) manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. 1 cüt qızıl sırğa, bir ədəd qızıl üzük – əyarı 750, çəkisi 24,9 qr., 1 ədəd qızıl sep, 1 ədəd qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) - çəkisi 39,5 qr., 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) – çəkisi 5,4 qr., 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) – çəkisi 4,1 qr. olan qızıl zinət əşyaları, onlar mövcud olmadıqda dəyəri olan 7000 (yeddi min) manat avə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov