Məhkəmə qərarları › İş №2(006)-6446/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6446/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6446/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 cəlb etməklə cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “mənzilə qoyulmuş qiymətin etibarsız hesab olunması, yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 cəlb etməklə cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “mənzilə qoyulmuş qiymətin etibarsız hesab olunması, yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, hazırki iddia tələbi ilə bağlı mübahisəyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(005)-349/2021 saylı və Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnamələri ilə hüquqi qiymət verilmiş və qeyd olunan qətnamələr qanuni qüvvəsini alımışdır. Həmin qətnamələrdə əmlakın ilkin satış qiyməti mübahisə predmeti olmuşdur. Mülki işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(005)-349/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Mülki işin materiallarında olan qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş Bakı Apellyasiya Məhkəminin 06 dekabr 2018-ci il tarixli 2(103)- 13187/2018 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(004)-2011/2018 saylı qətnaməsi ilə "xxxx" ASC-nın cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ipoteka predmeti olmuş əmlak 74000 manat ilkin satış qiyməti müəyyən edilməklə açıq hərraca çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamə çıxarılarkən iddiaçının nümayəndəsi iştirak etmiş və qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 cəlb etməklə cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “mənzilə qoyulmuş qiymətin etibarsız hesab olunması, yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 cəlb etməklə cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “mənzilə qoyulmuş qiymətin etibarsız hesab olunması, yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar