Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-652/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “xxxx tərəfindən apardığı yanlış pul-kredit əməliyyatların dayandırılması və maddi mənəvi təzminatla bağlı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “xxxx tərəfindən apardığı yanlış pul-kredit əməliyyatların dayandırılması və maddi mənəvi təzminatla bağlı” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin şəxsi ilə bağlı kredit əməliyyatların ləğv edilməsi, ASC-yə 900 manat məbləğinə qarşı ondan məcburi alınmış 4100 manat məbləğinin qalan hissəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin avqust ayında “xxxx” KB ASC-nin dəvəti ilə 900 manat məbləğində kredit götürmüşdür. Bu müddət ərzində 900 manatı kreditə qarşı 4100 manatdan artıq kredit tərəfindən ödənilmişdir. Bu dövrlər ərzində faiz borclarının ödənişində gecikmə halları olmamış və əlavə ödənişlər etmişdir. Bununla yanaşı 900 manatı kreditə qarşı 4100 manat kredit şəxsinə qarşı həyata keçirilən zülüm və işgəncə ilə məcbur ödənilmişdir. Belə ki, hər ay “xxxx” KB ASC tərəfindən ona məxsus olan pin koda daxil edilən rəqəmlərlə ailəsi və doğmaları təhdid edilmiş və həmin rəqəmlər əsasında kiber terrora məruz qalmışdır. Bu səbəbdən də məcburi ödənişlər etmişdir. Lakin, xxxxın rəhbərliyinə dəfələrlə müxtəlif vaxtlarda etdiyi müraciətlərə baxılmamış və bu gündə yenədə şəxsi hesabına kredit ödənilməsi üçün müxtəlif şişirdilmiş rəqəmlər daxil edir. Həmin müraciətlərdə xxxxın apardığı yanlış pul kredit siyasətinə etiraz etmiş və bankda ona məxsus olan hesabın ləğv edilməsini tələb etmişdir. Bu müraciətlərə xxxx cavab verməmiş, həmin müraciətləri Nəsimi rayonunda yerləşən Azərpoçt MMC vasitəsi ilə ünvanlamış və bu müraciətlərə dair sənədlərin surətləri və qəbz tərəfindən sxlanılmamışdır. Lakin, feodal dövrünə xas olan vətəndaşın istismarına zamin yaradan xxxxın fəaliyyətinə dair Azərbaycan Respublikasının Prezidentinə, Baş Nazirinə, Hesablama Palatasına etdiyi müraciətlərin surətini iddia ərizəsinə əlavə etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının 829,34 manat əsas məbləğ üzrə borcu, 29,92 manat faiz üzrə borcu, cəmi 859,26 manat “xxxx” KB ASC-yə borcu vardır. Odur ki, iddia ərizəsinin rədd edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni Məcəllənin 1092.1-ci maddəsi isə tələb edir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin MM-nin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunanlarla yanaşı MM-ni 386.1-ci madəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq sübutlarla müəyyən olunur ki, İddiaçı “xxxx” KB ASCnə “bank hesablarının açılması və kredit sifarişi üçün” ərizə ilə müraciət edərək, 84 ay müddətinə ilk 60 ayı kredit xətti olmaqla 900 manat məbləğində istehlak məqsədləri üçün albalı plus kredit məhsulu üzrə kredit ayırmağını xahiş etmişdir. Bu səbəbdən “xxxx” KB ASC ilə İddiaçı arasında xx xxxxxxxx 2014-cü il tarixli 13849tkBANK/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmışdır. İddiaçı kredit xətti və bank hesabı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirərək 900 manatdan artıq, yəni 1665 manat pul ödəmişdir ki, hal-hazırda Məhkəməyə müraciət edərək artıq ödədiyi pul məbləğini geri tələb edir. Həmin hal iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə və məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 09/266 saylı rəyində qeyd edilir: “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatlarından və “xxxx” KB ASC-nin İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 13849tkBankk/14 saylı kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx xxxxxx 2019-cu il tarixinə banka əsas borc üzrə - 36,97 manat artıq ödəməsi və faiz borcu üzrə 0,00 manat olan borcu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, “xxxx” KB ASC-nin İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli 13849tkBankk/14 saylı kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixinədək 735,0 manat məbləğində artıq ödəniş edilməsi müəyyən edilir”. Cavabdeh “xxxx” KB ASC iddiaçının 1665 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. Qanunun tələblərindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” KB ASC-dən 1665 (bir min altı yüz altmış beş) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, cavabdeh “xxxx” KB ASC-dən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” KB ASC-dən 1665 (bir min altı yüz altmış beş) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı, cavabdeh “xxxx” KB ASC-dən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-652/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-652/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver