Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-654/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh ASC-nin Naxçıvan filialından aldığı 3000 manat kreditin qalıq məbləği əsas borcun qalığı 1459 manat və faiz məbləği 226 manat 30 qəpik pul məbləğinin ləğv edilməsini "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə öhdəlik qoyulmasının qanunla həll olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC 12 saylı Naxçıvan fiialının müdiri X4 arasında 29 iyul 2009-cu il tarixində Naxçıvan şəhərində istehlak krediti olaraq 3000 (üç min) manat kredit verilməsini öhdəsinə götürmüşdür. İddiaçı kredit məbləğini götürmüş, müqavilə ilə kredit üzrə hesablanacaq faizlərlə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2009-cu il tarixdən götürdüyü 3000 manat kreditin 10 fevral 2017ci il tarixədək aylıq əsas borcunu və faiz borcunu ödəməklə, 3000 manat ona verilmiş kreditdən cəmi 1459 manat əsas borcdan qalıq məbləği, 226 manat 30 qəpik qalıq faiz məbləğini Cavabdeh ASC-nin Naxçıva filialına borcıu qalmışdır. İddiaçı bildirir ki, borclu qalmağının səbəbi ağır xəstəliyə tutulmuşdur, dəfələrlə ürək əməliyyatı keçirmişdir, 66 yaşı var. Əməliyyatlardan sonra iş qabiliyyətini itirmiş, 1-ci qrup əlillik dərəcəsi alıb. Hazırda iddiaçıya məlum olmuşdur ki, ona kredit vermiş Cavabdeh ASC-nin 2020-ci ildən ləğv prosesi gedir, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş banklardandır və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin bankın qorunan əmanətçilərinə xeyli miqdarda-24 min kompensasiya ödənişi həyata keçirilmişdir. İddiaçının götürdüyü 3000 manat kredit xx.xx.2009-cu il tarixi olmaqla 15 il müddət keçmişdir. Bu günədək Bank tərəfindən heç bir bildiriş yaxud xəbərdarlıq ona göndərilməmişdir. Bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2010-da bitmişdir. Həmin vaxtdan 14 il keçmişdir. Göründüyü kimi qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı yuxarıda göstərilənləri, onun 66 yaşı olmasını və iddia müddətinin ötürüldüyünün və 14 il keçməsinin nəzərə alınmağını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirlənməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 12 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 3.000 manat məbləğində kredit verilmişdir. - Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2024-cü il tarixli kredit reyestrindən çıxarışın sürətindən görünür ki, İddiaçı 1459.00 manat qalıq kredit borcu mövcuddur. - Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bank of Azerbaijan” ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 610F12 saylı kredit müqaviləsi üzrə bank əməliyyat sistemində xx.xx.2024-cü il tarixinə 1.459 (bir min dörd yüz əlli doquz) manat əsas və 226.30 (iki yüz iyirmi altı manat 30 qəpik) manat faiz borcu mövcuddur. Bildiririk ki, borc öhdəliyi tam yerinə yetirilmədiyi təqdirdə və məhkəmə qərarı olmadan bank əməliyyat sistemi üzrə borc öhdəliyinin silinməsi məqsədəmüvafiq hesab edilmir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına” dair 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi İddiaçı Banka olan borcun olmamasını iddia etsə də, iş materiallarından görünür ki, iddiaçının Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-654/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-654/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver