Məhkəmə qərarları › İş №2(006)-658/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-658/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-658/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2, vəkili-nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 onların ataları Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1982-ci il tarixdə, İddiaçı2 isə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşlar. İddiaçı1 2000-ci il tarixdə ailə həyatı qurmuş, 2 övladı anadan olmuş, xx.xx.2009-cu il tarixdə isə boşanmışdır. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildə qeydiyyatda olmaqla, Binəqədi rayonu Masazır qəsəbəsində yaşayır. İddiaçı2 xx.xx.2015-ci il tarixdə tarixdə ailə həyatı qurmuş və 2 övladı anadan olmuşdur. O, 2024-cü ilin may ayınadək ata-anası ilə bir ünvanda yaşamış, ailə həyatı qurduğu vaxtdan etibarən ata və anası ilə ailədaxili mübahisələr yaşamışdır. Belə ki, valideynləri bir neçə dəfə onu həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadıqları mənzildən çıxartmış, sonra isə peşman olub onları geri çağırmışlar. Mübahisənin baş verməsinə əsas səbəb odur ki, valideynləri İddiaçı2 arvadını boşamasını, əks təqdirdə mənzildə yaşamağa imkan verməyəcəklərini bildirirlər. Lakin İddiaçı2 isə ailəsindən ayrılmaq istəmir. 2024-cü ilin may ayında valideynləri aralarında yenidən yaranmış mübahisə zamanı İddiaçı2 ailəsi birlikdə mənzildən çıxmağa məcbur etmiş və o da məcbur qalaraq ailəsi birlikdə mənzili tərk etmişdir. İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən evdə aylıq 400 manat kirayə haqqı ödəməklə yaşayır. İddiaçı2 hazırda işsizdir. İddiaçı1 və İddiaçı2 qeydiyyatda olduqları, öz yaşayış və istifadə hüquqlarının olduğu evdə yaşamaqdan məcburi olaraq kənarlaşdırılaraq başqa yerlərdə kirayə qalmağa məcbur olmuşlar.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda 7000 (yeddi min) manat kompensasiya ödənilməsi müqabilində mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildən onların yaşayış sahəsində istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbi əsassızdır. Belə ki, Cavabdeh qızı olan İddiaçı1 övladı hesab etmir. İddiaçı1 örnək olan ailəsini heç bir səbəb olmadan tərk etmiş və həyat yoldaşı ilə əsassız səbəblərdən boşanmış, ailə həyatı, ata-anaya hörmət deyilən hisslərdən uzaq bir qızdır. Cavabdeh İddiaçı1 ona məxsus mənzilinə köçməsinə imkan verəyəcəkdir, hətta bu cinayətlə nəticələnərsə belə. Belə bir qızın Cavabdeh mənzilində yaşaması sonuncu üçün ölüm deməkdir. Cavabdeh onu qızı kimi silməsinə baxmayaraq İddiaçı1 məqsədli şəkildə bütün bunları bilərək atasını özündən çıxarmaq istəyir. Əgər həqiqətən də İddiaçı1 yaşamağa yeri yoxdursa, niyə boşandığı həyat yoldaşının evinə köçmək barədə iddia qaldırmır? Nəyə görə qeydiyyatda olduğu ünvana köçmək istəyir? Sadəcə o Cavabdeh özündən çıxartmaq istəyir. Heç bir ata övladının bədbəxt olmasını istəməz. Ancaq, İddiaçı1 gül kimi ailəsini hansısa səbəblərdən dağıtmışdır. Belə qızı kim qəbul edər? Halbuki Cavabdeh İddiaçı1 İsmayıl Qutqaşınlı küçəsində yerləşən ünvanda mənzil vermişdir ki, ailəsi ilə birlikdə yaşasın. Lakin İddiaçı1 həyat yoldaşını evdə qovaraq boşanmış, yolunu azmış və valideyninə hörmət qoymadığına görə atası tərəfindən evdən qovulmuşdur. Hal-hazırda yarım milyon dəyərində olan Tbilisi prospekti 10-58, bina 36, mənzil 52də bir sürü itlə və 2 övladı ilə yaşayır və həmin mənzil də ona məxsusdur. “Hələ utanmır nə üzlə ev istəyir”. Cavabdeh İ Qarabağ qazisi, ikinci qrup əlil, Prezident təqaüdçüsü, Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biridir. O həyat yoldaşı ilə gecə-gündüz qarın, yağışın, istinin altında işləyib övladlarını “ağa” kimi saxlamışdır. “Gərək uşaqlarımı mən Bakının küçələrində diləndirərdim, indi də belə olmazdı”. Cavabdeh digər övladı - İddiaçı2 ailə həyatı qurandan sonra öz valideynlərinə və bacılarına qarşı daima qəddar, qorxulu, təhlükəli insan olmaqla dəfələrlə bacılarını öldürmək istəmiş, dəfələrlə atasına demişdir ki, “bacılarımı öldürsəm, məni qurtararsan? Cavabdeh isə İddiaçı2dan bunun səbəbini soruşduqda sonuncu bildirmişdir ki, “üçü də əxlaqsızdır”. Cavabdeh ona bildirmişdir ki, “sənin həyat yoldaşın səni qızışdırıb ölümə aparacaq və sən mənim qızlarıma qarşı başqa fikirdə olsan, mən sənə ömürlük cəza istəyəcəm”. Bütün bunlar azmış kimi, İddiaçı2 həyat yoldaşının təkidi ilə 2 dəfə Cavabdeh kiçik yaşda olan qızını öldürmək istəmiş və nəvələrinə demişdir ki, “siz evdən çıxın, həyətdə oynayıb, ananızla işim var. Cavabdeh həmin qızı İddiaçı2 məqsədini bildiyindən azyaşlı uşaqlarını yanından kənara buraxmamışdır. Cavabdeh bunu sübut etməyə imkanı var. “Hər zaman həyat yoldaşı bu özünü kişi sayan Cavabdeh oğlu İddiaçı2 əli ilə onların ailəsinə münaqişə salıb. İddiaçı2 evdən getməməsinin səbəbi yenə qaynanası və həyat yoldaşıdır. Belə ki, Cavabdeh gəlinini sonuncunun anası 170 manatlıq işə düzəltmişdir. Həmin gəlin iki azyaşlı uşaqları atıb “bu kişi sayılan oğlumun üstünə ki, sən uşaqlara bax, mən işləyəcəm”. Guya Cavabdeh dilənçidir. Halbuki Cavabdeh övladları bilirlər ki, onların heç bir şeyə ehtiyacları yoxdur. Buna baxmayaraq, yenə Cavabdeh gəlini anasının cızdığı plan üzrə hərəkət edərək ona qarşı hörmətsizlik etməklə anası kimi gəlin də asudə olmaq istəyir. Gəlin və anası istəyir ki, Cavabdeh evinin idarəçiliyini əlinə alsınlar. Onları evdən heç kim qovmayıb, gəlin hətta iki azyaşlı körpə nəvələrini Cavabdeh yaşadığı otağa qoymamışdır ki, onları görsün. Bu kimi oğlun qarşısında buna kim dözər? “Əhməd hadisəsi”ndən sonra Cavabdeh və həyat yoldaşını oğlu balta ilə öldürmək istəyib. Cavabdeh dərhal “102” xidmətinə müraciət etdikdən sonra oğlunun hərəkətləri 22-ci Polis Bölməsində qeydiyyata alınmışdır. İndi oğlu Cavabdeh nə istəyir? O Cavabdehlə heç vaxt bir yerdə yaşaya bilməz. Mübahisəli mənzil 60 kv.metr olmaqla Cavabdeh 12 nəfər ailə üzvü pasport qeydiyyatındadır. Ailə böyükdür. İddiaçı1 sadəcə ərə getdikdən sonra mənzildən köçüb getməsinə baxmayaraq hüquq tələb edir. Cavabdeh bir ata kimi artıq qeyd etdiyi kimi onu mənzilinə buraxmayacaq və əgər onun belə bir hüququ varsa, onda İddiaçı1 7000 manat kompensasiya verməklə istifadə hüquqlarının itirilməsini qanun və ədalət naminə xahiş edir. Qeyd etmək lazımdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi 2 ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən heç bir halda asılı deyildir. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətçi kimi cavabdehin kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Mülki Məcəllənin tələbinə görə əsaslıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair müvafiq qanunvericilik müddəaları və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarları rəhbər tutulmaqla qeyd olunur ki, ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Həmçinin, cavabdeh İddiaçı1nın yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, cavabdeh faktiki olaraq uzun müddətdir ki, mübahisəli ünvanda yaşamır. Cavabdehin və uşaqlarının mübahisə mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində ona 7000 (yeddi min) manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməlidir.

5. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “tələbin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 qarşılıqlı iddia üzrə cavabdehlər siyahısından çıxarılmasını, İddiaçı2 7000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir.

6. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “tələbin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək son olaraq, iş üzrə ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildən İddiaçı2 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia ərizəsinin ilkin iddia üzrə iddiaçılar İddiaçı1 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 və vəkili-nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin, qarşlıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər.

9. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşlıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı 157635 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 28 May küçəsindəki 62 nömrəli evin 7 nömrəli mənzili (iki otaq) Cavabdeh mülkiyyətindədir.

12. Nikah haqqında AZ-İ seriyalı 905423 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı2 ilə X4 nikahı Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə 15 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir.

13. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən və yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-dir. Vəsiqə xx.xx.2015-ci il tarixdə ASAN 2 tərəfindən verilmişdir. Etibarlıdır: xx.xx.2025.

14. Nikahın pozulması haqqında AZ-İ seriyalı 338528 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2019-cu il tarixdə pozumuşdur.

15. X2 (kirayə verən) ilə İddiaçı2 (kirayəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilədən görünür ki, kirayə verən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında hər ay 400 manat ödəməyi öhdəsinə götürür.

16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət rüsumu ödənilmişdir.

17. 036757 nömrəli vəsiqədən görünür ki, Cavabdeh müharibə veteranıdır.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində movcud arxiv materiallarına əsasən İddiaçı2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Bakı şəhəri 29 saylı notariat kontorunun 3MA-1120 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzilin X3 məxsus hissəsi xx.xx.1996-cı il tarixdə Cavabdeh adına özgəninkiləşdirilmişdir. Məktuba müvafiq sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir.

20. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0378 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzilin xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzilin yerləşdiyi ərazidə eyni şəraitli mənzillərin xx.xx.2025-ci il tarixinə aylıq kirayə dəyəri 500 (beş yüz) manat təşkil edir.

21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0377 nömrəli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh uşaqlarıdır. Onlar atalarına qarşı iddia qaldıraraq mənzilin tərkib hissəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1760/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi İddiaçı1 və digərlərinin Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7-dən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ərizə ilə məhkəməyə müraciət etmiş və iddia həcmini azaltdığını iddia tələbinin sadəcə İddiaçı2 qarşı olduğunu bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-658/2025 nömrəli qərardadı ilə hazırkı iş üzrə ilkin iddia ərizəsinin “ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair” hissəsi baxılmamış saxlanılmışdır.

23. Hazırda ilkin iddia üzrə İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia üzrə İddiaçı2 həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir (əvvəlcə kompensasiya verilməklə mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, daha sonra qarşılıqlı iddia tələbinin həcmini azaltmışdır).

24. Məhkəmə araşdırmaları zamanı məlum olur ki, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzilin X3 məxsus hissəsi xx.xx.1996-cı il tarixdə Cavabdeh adına özgəninkiləşdirilmişdir. Cavabdeh həmin mənzili aldıqdan sonra ailəsi ilə birlikdə (cavabdeh İddiaçı2 daxil olmaqla) həmin mənzilə köçmüşlər. 2013-cü ilə kimi İddiaçı2 həmin evdə atası ilə birlikdə yaşamışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həyat yoldaşının adına Bakı şəhəri Dilarə Əliyeva küçəsində yeni, daha geniş ev almış və onlar birlikdə (cavabdeh İddiaçı2 daxil olmaqla) ora köçmüşlər. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzili isə kirayə vermişdir. Hazırda da həmin ev kirayəyə verilmişdir. Tərəflər birlikdə Dilarə Əliyeva küçəsində yerləşən mənzildə yaşadıqları zaman tez-tez mübahisələri olduğuna görə İddiaçı2 atası tərəfindən həmin mənzildən qovulmuş və İddiaçı2 həyat yoldaşı və uşağı ilə birlikdə həmin evdən çıxaraq Yasamal rayonunda başqa mənzildə kirayə yaşamağa başlamışlar.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə qeyd edir ki, iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qanunvericiliyin qüvvədə olan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə işin bütün diqqətəlayiq faktiki halları müəyyən edilmişdir. Belə ki, ilkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh oğlu olduğu və onların 1996- 1997-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzilə köçüb orada yaşamaları, 2013-cü ildə isə həmin mənzildən (mübahisə predmeti olan) köçüb başqa mənzildə (Dilarə Əliyeva küçəsində yerləşən) yaşamağa başlamaları işin mübahisəsiz halıdır.

27. Belə olan halda məhkəmə müəyyən edir ki, ilkin iddia üzrə İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzilə köçməsi və orada atası (mənzilin mülkiyyətçisi) ilə yaşaması nəticəsində onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Çünki, tərəflər arasındakı hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən əvvəl yaranmışdır. Buna görə də həmin münasibətlərə Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin müddəaları şamil edilməlidir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ hər bir halda istifadə hüququndan üstün olmaqla konstitusion hüquqdur. Mülki hüquqlar, o cümlədən mülkiyyət hüququ dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda yalnız qanunla məhdudlaşdırıla bilər.

28. Məhkəmə tərəfindən müəyyən edilən digər diqqətəlayiq hal odur ki, ilkin iddia üzrə İddiaçı2 2013-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 saylı mənzildən başqa bir mənzilə daimi yaşamaq üçün köçmüşdür. Artıq 10 ildən çoxdur ki, həmin mənzilə getməmişdir. Qeyd olunan mənzili qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kirayə vermişdir. Mənzildən çıxarkən isə müvəqqəti olaraq harasa köçmək üçün deyil, məhz daimi başqa mənzilə (D.Əliyeva küçəsində yerləşən digər mənzilə) köçmək üçün çıxmışdır. Yəni, ilkin iddia üzrə iddiaçı həmin mənzildən istifadə hüququnu oradan daimi köçdüyü vaxtdan itirmişdir. Bir daha həmin mənzilə qayıtmamışdır. Hazırda mülkiyyətçinin iradəsinin ziddinə həmin mənzilə köçmək istəyir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, ilkin iddia üzrə iddiaçının mənzildən istifadə hüququnun tanınması tələbi isə əsassız olduğu üçün təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 71, İ-İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir; Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

32. xx.xx.1982-ci il tarixli (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1, 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.

36. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

37. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı2 aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia tələbi təmin edildiyi və müharibə veteranı olduğu görə dövlət rüsumunu ödəməkdən azad olduğu üçün məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 alınaraq dövlət büdcəsinə ödənilməli, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı2 aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62 ünvanında yerləşən 7 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 alınaraq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 alınaraq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ**********6792716216, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, Kod: 805562, SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar