Məhkəmə qərarları › İş №2(006)-6683/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6683/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6683/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 avqust 2021-ci il tarixə kredit üzrə borcu cəmi 148237.84 ABŞ dolları təşkil edir. Bundan 61921 ABŞ dolları əsas borc, 25424.43 ABŞ dolları faiz, 36838.21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 24054.20 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək iştirakları olmadan işə baxıb iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə cavabdehin arasında bağlanmış 05 noyabr 2010-cu il tarixli 760/a nömrəli kredit müqaviləsinə əsasən “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 61921 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması məqsədilə 05 noyabr 2010-cu il tarixli 760/ag saylı girov müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 19 avqust 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödöənilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Cavabdeh iddianı qəbul etməyərək iddia müddətinin buraxıldığını nəzərə alaraq, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2010-cu il tarixli 760/a nömrəli kredit müqaviləsinə əsasən “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə Cavabdeh 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 61921 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Porshe Cayenne” minik markalı (buraxılış ili 2007, Ban- WP1ZZZ9PZ8LA81149//), ağ rəngli, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması məqsədilə 05 noyabr 2010-cu il tarixli 760/ag saylı girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 avqust 2021-ci il tarixinə müqavilə üzrə əsas borc 61921 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 25424.43 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 36838.21 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 24054.20 ABŞ dolla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 148237,84 ABŞ dolları təşkil edir. Bununla yanaşı, cavabdehə kredit borcunun mövcudluğuna dair 19 avqust 2021-ci ildə bildiriş göndərilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, 05 noyabr 2010-cu il tarixli 760/a nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 3 il müddətinə, yəni 05 noyabr 2013-cü ilədək müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə 30 sentyabr 2021-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəalarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, 05 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 05 noyabr 2013-cü ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci 05 noyabr 2013-cü ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar