Məhkəmə qərarları › İş №2(006)-6696/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6696/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6696/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Əlı̇ yev Qubad İmran oğlunun və Məmmədov Pərvı̇ n Məhərrəm oğlunun iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Əlı̇ yev Qubad İmran oğlu və Məmmədov Pərvı̇ n Məhərrəm oğluna qarşı "borcun tutulması" tələbinə dair mülki işə 18 noyabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Əlı̇ yev Qubad İmran oğlu və Məmmədov Pərvı̇ n Məhərrəm oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15.04.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4500 manat əsas borc, 395,37 manat faiz borcu və 163,9 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5059,27 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə və barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırkı Barışıq Sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Əlı̇ yev Qubad İmran oğlunun və Məmmədov Pərvı̇ n Məhərrəm oğlu "borcun tutulması" tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 15 aprel 2021-ci il tarixli kredit razılaşması üzrə 3833.44 AZN əsas və 34.24 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 3867.68 AZN məbləğində borcun olmasını qəbul edir.

2. Borclular 3833.44 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər (cədvəl əlavə olunur).

3. Borclular bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş 34,24 manat faiz borcunu güzəşt etməyi öhdəsinə götürür.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin.

5. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 3867.68 AZN məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Əlı̇ yev Qubad İmran oğlu və Məmmədov Pərvı̇ n Məhərrəm oğluna qarşı "borcun tutulması" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 18.11.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

iddiaçı "xxxx" ASC ilə cavabdehlər Əlı̇ yev Qubad İmran oğlu və Məmmədov Pərvı̇ n Məhərrəm oğlu arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 18.11.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Borclu Cavabdeh1 İddiaçı ASC-yə 15 aprel 2021-ci il tarixli kredit razılaşması üzrə 3833.44 AZN əsas və 34.24 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 3867.68 AZN məbləğində borcun olmasını qəbul edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “Borclular 3833.44 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “Borclular bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş 34,24 manat faiz borcunu güzəşt etməyi öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsm. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 3867.68 AZN məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Əlı̇ yev Qubad İmran oğlu və Məmmədov Pərvı̇ n Məhərrəm oğluna qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar