Məhkəmə qərarları › İş №2(006)-6749/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6749/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6749/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında 16.05.2007-ci il tarixli ********** saylı müqavilə bağlamış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 06 faiz ödənilməsi ilə 300 ay müddətinə 44300 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 35391.68 manat məbləğində əsas borc, 5098.27 manat faiz borcu, cəmi 40489.95 manat məbləğində borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 16.05.2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi üzrə 35391.68 manat əsas borc, 5098.27 manat faiz borcu, cəmi 40489.95 manat pul, 30 manat dövlət rüsumu, 40 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 70 manat pul alınaraq, iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində olan 2 otaqlı, 32 nömrəli ünvanında yerləşən 36 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiyməti 52.200 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onunla birlikdə yaşayan ailə üzvləri Bakı şəhəri, Nəsimi rayonu, Çavadxan küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində olan 2 otaqlı, 32 nömrəli ünvanında yerləşən 36 nömrəli mənzil ən qeç bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 16.05.2007-ci il tarixli ********** saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh illik 06% faiz hesablanmaqla 300 ay müddətinə 44300 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan QSC “Bank Standard” Kommersiya Bankının 27 sentyabr 2021ci il tarixli arayışından görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 16.05.2007-ci il tarixli ********** saylı müqaviləsi üzrə 20 avqust 2021-ci il tarixinə yaranmış tələb üzrə 35391 manat əsas borc, 5098 manat 27 qəpik faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 40489 manat 95 qəpik təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, 26 sentyabr 2021-ci il tarixdə borcluya banka olan borcunun ödənilməsi barədə QSC «Bank Standard» KB tərəfindən pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən xəbərdar olunmuş, həmin bildiriş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, QSC «Bank Standard» KB tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 16.05.2007-ci il tarixli ********** saylı müqaviləyə əsasən bank tərəfindən kredit alan Cavabdeh illik 06% faiz hesablanmaqla 300 ay müddətinə 912 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan QSC “Bank Standard” Kommersiya Bankı ilə ipoteka qoyan və borc alan Cavabdeh arasında bağlanmış 16 may 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə əsasən QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Çavadxan küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində olan 2 otaqlı, 32 nömrəli ünvanında yerləşən 36 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən ipoteka predmeti 52200 manat dəyərində qiymətləndirilmişdir. 26.10.2021-ci il tarixli bildirişdən və 29.09.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən xəbərdar olunmuş, həmin bildiriş 27.07.2007-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun QSC “Bank Standard” Kommersiya Bankının maliyyə arayışına əsasən qeyd olunan kredit müqaviləsi üzrə 35391.68 manat əsas borc, 5098.27 manat faiz borcu, cəmi 40489.95 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, öhdəlik icra edilmədiyindən borc tutulmalı, borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 16.05.2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi üzrə 35391.68 manat əsas borc, 5098.27 manat faiz borcu, cəmi 40489.95 manat pul, 30 (otuz) manat dövlət rüsumu, 40 (qirx) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 70 (yetmiş) manat pul alınaraq, iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində olan 2 otaqlı, 32 nömrəli ünvanında yerləşən 36 nömrəli mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 52.200 AZN müəyyən olunmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 40489.95 AZN borc pul iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar