Məhkəmə qərarları › İş №2(006)-6752/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6752/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6752/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi A.S.A oğlunun, cavabdeh AAA oğlunun və onun nümayəndəsi CCC qızının iştirakları ilə İddiaçı "***" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ***" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “***” Açıq Səhmdar Cəmiyyətinin “Neftçilər” filialı ilə AAA oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 24% faiz olmaqla 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə AAA oğlunun (borcalan) öhdəliklərinin icrasının təminatı kimi “***” ASC ilə BBB oğlu arasında 16.05.2019-cu il tarixli, ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, cavabdeh AAA oğlunun 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə əsasən 25 avqust 2021-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə bütün öhdəliklərini tam yerinə yetirməmişdir. Halhazırda AAA oğlunun “Bank”a 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 699,72 (altı yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat faiz, 1819,93 (min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 7274,56 (yeddi min iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən “***” ASC-nin “Neftçilər” filialı ilə AAA oğlu arasında bağlanmış 16 may 2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, “***” ASC-nin “Nur” filialı ilə AAA oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə AAA oğlunun “Bank”a olan 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 699,72 (altı yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat faiz 1819,93 (min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 7274,56 (yeddi min iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - AAA oğlu, zamin - BBB oğlu) birgə qaydada tutularaq “***” ASC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi A.S.A oğlu iddia ərizəsinə əlavə təqdim edərək, “***” ASC-nin “Neftçilər” filialı ilə AAA oğlu arasında bağlanmış 16 may 2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, “***” ASCnin “Neftçilər” filialı ilə AAA oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə AAA oğlunun “Bank”a olan 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 944,62 (doqquz yüz qırx dörd manat altmış iki qəpik) manat faiz 1819,93 (min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 7519,46 (yeddi min beş yüz on doqquz manat qırx altı qəpik) manat məbləğində borcun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - AAA oğlu, zamin - BBB oğlu) birgə qaydada tutularaq “***” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “***” ASC-nin nümayəndəsi A.S.A oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AAA oğlu və onun nümayəndəsi CCC qızı iddia tələbinə etiraz ərizəsi təqdim edərək, yalnız əsas borc ilə razı olduqlarını bildirmiş və izahatlarında qanunamüvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh BBB oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “***” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh AAA oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə faiz dərəcəsi 24% faiz olmaqla 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. “***” ASC ilə cavabdeh BBB oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsinə əsasən BBB oğlu 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə AAA oğlunun bank qarşısında öhdəliklərinin icrasına zamin duraraq təminat vermişdir. 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə 04.09.2020-ci il tarixdə bağlanmış 1 saylı əlavədən görünür ki, kredit müqaviləsinə dəyişiklik olunaraq bank tərəfindən cavabdehə 5109,39 manat qalıq borcun ödənişinə 16.01.2021-ci il tarixədək güzəşt olunmuş və həmin tarixədək yalnız faiz borcunun ödənilməsi müəyyən edilmişdir. 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsinə 04.09.2020-ci il tarixdə bağlanmış 1 saylı əlavədən görünür ki, zamin BBB oğlu borclunun bank qarşısında yeni öhdəliklərini qəbul etmişdir. “***” ASC tərəfindən verilmiş 17.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, AAA oğlunun 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə 17.11.2021-ci il tarixə əsas borcu 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat, faiz borcu 944,62 (doqquz yüz qırx dörd manat altmış iki qəpik) manat, cərimə borcu 1819,93 (min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “***” ASC ilə cavabdeh AAA oğlu arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna 36 ay müddətinə, illik 24% olmaqla 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmiş, 16.05.2019-cu il tarixli, ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh BBB oğlu cavabdeh AAA oğlunun öhdəliklərinin icrasının təmin edilməsi üçün təminat vermiş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 944,62 (doqquz yüz qırx dörd manat altmış iki qəpik) manat faiz 1819,93 (min səkkiz yüz on doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 7519,46 (yeddi min beş yüz on doqquz manat qırx altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək dəbbə pulu azaldılaraq 100 (manat) məbləğində dəbbə pulu müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından və tərəflərin izahatından da göründüyü kimi borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər AAA oğlundan və BBB oğlundan birgə qaydada 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 944,62 (doqquz yüz qırx dörd manat altmış iki qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5893,53 (beş min səkkiz yüz doxsan üç manat əlli üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “***” ASC-yə verilməli, AAA oğlu ilə “***” ASC arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər AAA oğlundan və BBB oğlundan birgə qaydada 4754,91 (dörd min yeddi yüz əlli dörd manat doxsan bir qəpik) manat əsas, 944,62 (doqquz yüz qırx dörd manat altmış iki qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5893,53 (beş min səkkiz yüz doxsan üç manat əlli üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “***” ASC-yə verilsin. AAA oğlu ilə “***” ASC arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar