Məhkəmə qərarları › İş №2(006)-7162/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7162/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7162/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri üçün illik 23,06% faiz dərəcəsi olmaqla, 15 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, eyni tarixli, **********8965 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri üçün illik 23,06% faiz dərəcəsi olmaqla, 15 ay müddətinə 2.000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 156 manat və 156 ABŞ dolları olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsi 01.08.2016-cı il tarixli **********8578 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 961 manat müəyyən edilmişdir. 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsi 01.08.2016-cı il tarixli, **********6201 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2062,25 manat müəyyən edilmişdir. Beləliklə, 12.10.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsi üzrə borcun məbləği 129,08 manat əsas təşkil edir. 12.10.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsi üzrə borcun məbləği 403,31 manat əsas borc təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəfər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənlərə əsasən borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********6372 saylı kredit müqaviləsi üzrə 129,08 manat əsas, **********8965 saylı kredit müqaviləsi üzrə 403,31 manat əsas borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "FİNCA Azerbaijan” MM QBKT-nm xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 15 ay müddətinə, illik 23,06 faizlə, 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 15 ay müddətinə, illik 23,06 faizlə, 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarındakı "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh2 kredit təşkilatına **********6372 saylı kredit müqaviləsi üzrə 129,08 manat əsas, **********8965 saylı kredit müqaviləsi üzrə 403,31 manat əsas borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 15 ay müddətinə, illik 23,06 faizlə, 2000 manat məbləğində kredit verilmiş, "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 15 ay müddətinə, illik 23,06 faizlə, 2000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit təşkilatı qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların kredit təşkilatına ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25.08.2015ci il tarixli, **********6372 saylı kredit müqaviləsi üzrə 129,08 (bir yüz iyirmi doqquz manat, səkkiz qəpik) manat əsas, 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsi üzrə 403,31 (dörd yüz üç manat, otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 532,39 (beş yüz otuz iki manat, otuz doqquz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25.08.2015-ci il tarixli, **********6372 saylı kredit müqaviləsi üzrə 129,08 (bir yüz iyirmi doqquz manat, səkkiz qəpik) manat əsas, 25.08.2015-ci il tarixli, **********8965 saylı kredit müqaviləsi üzrə 403,31 (dörd yüz üç manat, otuz bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 532,39 (beş yüz otuz iki manat, otuz doqquz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "Finca Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatına verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar