Məhkəmə qərarları › İş №2(006)-72/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-72/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-72/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən Cavabdeh ASC-nin müştərisidir. Əlində olan pulu hər ay dolanışığına kömək etsin deyə, hər ay faizini almaq məqsədi ilə banka qoymaq qərarına gəlmişdir. Bu məqsədlə də 2015-ci ildə Cavabdeh ASC-yə 6.000 manat pul qoymuşdur. Həmin puldan 5.000 manatı 2016-cı ildə bankdan çıxartmı, 1.000 manat bankda qalmışdır. 2016-cı ilin müəyyən dövrü üçün bankın verəcəyi 720 manat faizdən əmələ gəlmiş pul bank tərəfindən ona verilməmişdir. 2017-ci ildə bankda qalan 1.000 manatın faizini 8%- lə, 2018-ci ildə isə həmin pulun gəliri 9%-lə hesablanaraq mənə verilmişdir. 2019-cu ilin mart ayının 01-də yenidən banka gələrək bildirmişdir ki, 2016-cı il tarixdə götürdüyü 5.000 manat pulu yenidən banka qoymaq istəyir. Onlar iddiaçıya ayın 10-da gəlməsini bildirmişlər. O, ayın 11-də banka gəlmiş və pul qoymaq istədiyini bildirmişdir. İddiaçı 16 il müddətində bu bankın müştərisi olmuşdur və onlara böyük inamı vardır. Odur ki, 5.000 manatın qeydiyyatını apararkən onların qeydləri ilə maraqlanmamışdır. Həmçinin imza etməsi üçün ona təqdim olunan sənədləri də oxumadan imza etmişdir. Bank həmçinin iddiaçıya 2 ədəd təmiz çekə də imza etdirmişlər. Artıq sonradan ona məlum olmuşdur ki, bankın işçiləri ona bankda qalmış 1.000 manat pulun və onun faizlərinin onun tərəfindən çıxarılmasını təsdiq edən sənədlərə imza etdirmişlər. Bu yolla da ona nə 1.000 manat pulu, nə də onun faizini verməmişlər. Həmçinin 2 aydan sonra bilmişdir ki, banka qoyduğu 5.000 manatı 2.500 manat yazmaqla, 2.500 manat pulu mənimsəmişlər. Əmanət kitabçasında olan vərəqin dəyişdirilməsi və başqa vərəqin oraya tikilməsi açıq-aydın görünür. Vərəqin bir tərəfində, yəni lap yuxarıda olan bəzəkli hissə-hissə digər vərəqdəki ilə eyni bərabərdə deyildir. Həmçinin vərəqin kitabçaya tikilməsi olduqca kobud şəkildə yerinə yetirilmişdir. İddiaçı bunları gördükdən sonra bankın müdirini görmək üçün banka getmişdir. Nə qədər gözləsə də, müdiri görə bilməmiş, ancaq işçi qız ona bildirmişdir ki, hər şey qaydasındadır. Qeyd etmək istəyir ki, qabaqcadan bankda olan 1.650 manat pulun və digər pulun depoziti eyni ayın 07-nə düşdüyü üçün vəziyyətdən istifadə edib vərəqi dəyişdirmişlər. İddiaçı işin üzərinə ciddi düşdüyü üçün ona bildirmişlər ki, o, 3.500 manatı digər kitabçaya qoymuşdur. Ancaq bildirmək istəyir ki, bu pul onun hesabında köhnədən var idi. O, müqaviləni tələb etmiş və müqavilənin əslini deyil, onun kserosurətini gətirmişlər. O, orada yəqinliklə görmüşdür ki, müqavilədə olan imza onun imzası deyil. Bu işlə əlaqədar polisdə və prokurorluqda olmuşdur. Lakin, ona bildirmişlər ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etsin. Beləliklə də, Cavabdeh ASC-nin işçiləri tərəfindən onun xeyli ziyan vurulmuşdur. 2.500 manat məbləğində pulu (5.000 manatdan bank tərəfindən mənimsənilən 2.500 manat) bank tərəfindən mənimsənildiyi üçün ona qaytarılmalı, eləcə də 2016-cı ildən bank tərəfindən ona qaytarılmayan faizlərlə birlikdə, cəmi 14.380 manat pul ona qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən mənimsənilən 2.500 manat, 2016-cı ildən indiyədək bank tərəfindən ona qaytarılmayan faizlərin, cəmi 14.380 manat pulun və ödənilmiş 134 manat dovlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.Sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh etiraz ərizəsində iddiaçının əvvəlki (müqavilənin etibarsız hesab edilməsinə dair) iddiası ilə hazırkı iddiasını (borc tələbi) müqayisə edərək iddianın eyni məzmunda olmasını bildirir. Qeyd edir ki, sadəcə formal olaraq iddiaçı iddia tələbinin predmetini borc tələbinə dəyişmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-6750/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh bank əmanəti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozubsa, yəni əmanəti düzgün qaytarmayıbsa və ya əmanətə görə faizləri düzgün ödəməyibsə, həmin pullar banka qarşı müvafiq pul tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Bunu nəzərə alaraq iddiaçı da həmin iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh ASC-i tərəfindən mənimsənilmiş və faizləri hesablandığından ona ödənilməyən pulların miqdarı aşağıdakı kimidir. 0340 №-li Əmanət Kitabçası üzrə aşağıdakı qanun pozuntularına yol verilmişdir:

1. xx.xx.2015-ci ildə iddiaçının bankdakı hesablanan 100 manat pulu mənimsənilmişdir. Eyni tarixdə həmin hesabda olan 1111 manata görə 12% gəlir ödəmək əvəzinə 9%-lə ödənməsi nəzərdə tutulmuş, nə 12%-lə nə də 9%-lə heç nə ödənməmiş və kitabçada qeyd aparılmamışdır. Yəni iddiaçıya 133,2 manat ödənməmişdir.

2. xx.xx.2015-ci ildə 1,63 manat faiz hesablanmışdır. Ancaq bu nəyin faizidir anlaşılmır. Bank əmkdaşları kitabçanın vərəqlərini dəyişdirdiklərinə görə, sətirləri doldurmaq xatirinə ağıllarına gələn rəqəm və faizləri kitabçaya yazmışlar.

3. xx.xx.2015-ci ildə hesabdan 11 manat bank tərəfindən mənimsənilmişdir.

4. xx.xx.2015-ci ildə 6000 manata gorə 12% ödənməli idi. Yəni, 720 manat faiz gəliri gəlməli idi. Ancaq ödənməyib və qeydiyyat aparılmayıb.

5. xx.xx.2016-cı ildə hesabından 200 manat pul bank tərəfindən mənimsənilmişdir.

6. xx.xx.2016-cı ildə iddiaçıya guya 661,17 manat pul verdiklərini qeyd etmişlər, amma bu məbləği mən almamışam. Əslində ona yuxarıda qeyd etdiyi 720 manat verilməli idi. Çox maraqlıdır ki, 661,17 rəqəmini haradan götürmüşlər və bu nəyin neçə faizidir? Anlaşılmır.

7. xx.xx.2016-cı ildə hesabında olan 6.000 manatdan 5.000 manatını çıxarmışdır. 1000 ınanat qalmalı idi. Həmin 1.000 manat da bank tərəfindən mənimsənilmişdir.

8. xx.xx.2017-ci ildə 1.100 manata görə 13%-lə 143 manat ödəmək əvəzinə, 9%-lə 99 manat ödəmişlər. Yəni burada da 44 manat pulu mənimsəmişlər.

9. xx.xx.2017-ci ildə 1.000 manata görə 13%-lə 130 manat ödəmək əvəzinə, 9%-lə 90 manat ödəmişlər. Yəni burada da 40 manat pulu mənimsəmişlər.

10. xx.xx.2017-ci ildə 1.650 manata görə 13%-lə 214,5 manat ödəmək əvəzinə, 9%lə 148,5 manat ödəmişlər. Yəni burada da 66 manat pulu mənimsəmişlər. 11.xx.xx.2017-ci ildə 1.650 manata görə 8%-lə pul ödənilməli idi. Ancaq kitabçada hu barədə heç bir qeydiyyat aparlımayıb. Beləliklə 132 manat pulu mənimsəmişlər. 12.xx.xx.2018-ci ildə 1.000 manata görə 8%-lə 80 manat pul ödənilməli idi. Ancaq kitabçada bu barədə heç bir qeydiyyat aparılmayıb. Beləliklə 80 manat pul mənimsəmişlər. 13.xx.xx.2018-ci ildə 1.650 manata görə 8%-lə pul ödənilməli idi. Ancaq kitabçada bu barədə heç bir qeydiyyat aparılmayıb. Beləliklə 132 manat pulu mənimsəmişlər.

14. xx.xx.2019-cu ildə 1.000 manata görə 10% yəni, 100 manat pul ödənməli olan halda, 9%-lə hesablayaraq 90 manat ödəmişlər, yəni 10 manat pul mənimsəmişlər.

15. xx.xx.2019-cu ildə 1.650 manata gorə 10%-lə 165 manat pul ödənilməli idi. 9%lə hesablayaraq 148,5 manat ödəmişlər, yəni 16,5 manat pulu mənimsəmişlər.

16. xx.xx.2019-cu ildə 1.650 manata görə 8,5 %-lə 140,25 manat pul ödənməli idi, 10%-lə hesablayaraq 165 manat ödəmişlər, yəni 24,75 manat artıq ödəmişlər?

17. xx.xx.2021-ci ildə 1.820 manata 10 faiz əlavə edilərək, əmanət kitabçasında 2002 manat yazılmalı idi. Lakin, 10%-i ödəməyərək (182 manat) kitabçada, səhvən 1,820 manat yazmışlar. Yəni, onun 182 manat pulu mənimsəmişlər.

18. xx.xx.2022-ci ildə yuxarıdakı 17-ci bənddəki səhv təkrar edilmiş və onun yenə də 182 manat məbləğində pulu mənimsəmişlər.

19. xx.xx.2022-ci ildə 2.000 manata gorə 10%-lə 200 manat pul hesablamalı olduqları halda, bu qeydi aparmamış və onun 200 manat pulu mənimsəmişlər.

20. xx.xx.2023-cü ildə 5.152 manata görə 10%-dən 515,2 manat ödəmək əvəzinə 509,04 manat pul ödədikləri üçün 6,16 manat pulu mənimsəmişlər.

21. xx.xx.2023-cü ildə 5.152 manata görə 10%-dən 515,2 manat ödəmək əvəzinə 509,04 manat pul ödədikləri üçün 6,16 manat pulu mənimsəmişlər. Cəmi: 3254.86 manat

22. xx.xx.2016-cı ildə 1000 manatı qalıb. Bu 1000 manata görə 2017-də 13%-lə 130 man. verilməli idi, 9%-lə 90 man verilib, 40 man. mənimsənilib.

23. 2018-də düzgün verilib (80 man).

24. 2019-da həmin 1000 manat yoxa çıxıb və ona görə 10%-lə verilməli olan 100 manat, yəni cəmi 1100 man. mənimsənilib.

25. 2020-də 1100 man. görə 8,5%-lə verilməli olan 93,5 man.verilməyib, mənımsənilib.

26. 2021-də 1193,5 man. görə 10% -lə verilməli olan 119,35 man. verilməyib, mənimsənilib.

27. 2022-də 1312,85 man. görə 10%-lə verilməli olan 131,28 man. verilməyib, mənimsənilib.

28. 2023-də 1444,13 man görə 10%- lə verilməli olan 144,41 man. verilməyib, mənimsənilib. Cəmi: 1628.54 manat xx.xx.2015-də sərbəst qalmış 1111 manata görə 2023-cü ilə qədər faizlər hesablanmamış və kitabçada heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2016-da 1111 man. görə 12 -lə verilməli olan 133,32 man. verilməyib, mənimsənilib; 2017-də 1244,32 man. görə 13%-lə verilməli olan 161,76 man. verilməyib, mənimsənilib; 2018-də 1406,08 man. görə 8%-lə verilməli olan 112,48 man. verilməyib, mənimsənilib; 2019-da 1518,56 man. görə 10%-lə verilməli olan 151,85 man. verilməyib, mənimsənilib, 2020-də 1670,41 man. görə 8,5%-lə verilməli olan 141,98 man. verilməyib, mənimsənilib, 2021-də 1812,39 man görə 10%-lə verilməli olan 181,23 man. verilməyib, mənimsənilib; 2023-də 2192,98 man görə 10%-lə verilməli olan 199,36 man. verilməyib, mənimsənilib; 2023-də 2192,98 man görə 10%-lə verilməli olan 219,29 man verilməyib, mənimsənilib; xx.xx.2015-ci ildə sərbəst qalmış 720 manata görə 2023-cü ilə qədər faizlər hesablanmamış və kitabçada heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2016-da 720 man. görə 12% -lə verilməli olan 86,4 man. verilməyib, mənimsənilib; 2017-də 806,4 man. görə 13%-lə verilməli olan 104,83 man. verilməyib, mənimsənilib; 2018-də 911,23 man. görə 8%-lə verilməli olan 72,89 man. verilməyib, mənimsənilib; 2019-da 984,12 man. görə 10%-lə verilməli olan 98,41 man. verilməyib, mənimsənilib; 2020-də 1082,53 man. görə 8,5%-lə verilməli olan 92,01 man. verilməyib, mənimsənilib; 2021-də 1174,54 man görə 10%-lə verilməli olan 117,45 man verilməyib, mənimsənilib; 2022-də 1291,99 man. görə 10%-lə verilməli olan 129,19 man. verilməyib, mənimsənilib; 2023-də 1421,18 man görə 10%-lə verilməli olan 142,11 man. verilməyib, mənimsənilib,cəmi: 843,29 manat. 0736 №-li Əmanət Kitabçası üzrə aşağıdakı qanun pozuntularına yol verilmişdir: 1.xx.xx.2021-ci ildə əmanət kitabçasına qoyulan 5300 manat deposit, xx.xx.2022-ci ildə 10% gəlir gətirməklə əmanət kitabçasına qeyd edilməli idi. Yəni əlavə 530 manat pul artmalı idi. Lakin, 530 manat (10%) iddiaçıya verilməmiş və əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır. 2.xx.xx.2021-ci ildə 10%-lə qoyulmuş 1000 manata xx.xx.2022-ci ildə 100 manat gəlir qeyd edilməli idi. Lakin, 100 manat (10%) iddiaçıya verilməmiş və əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır.

3. xx.xx.2021-ci ildə 2000 manat olan ana məbləğə, xx.xx.2022-ci ildə 200 manat (10%) gəlir hesablanmalı olduğu halda, həmin məbləğ iddiaçıya verilməmiş, əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır.

4. xx.xx.2023-cü ildə iddiaçı tərəfindən mədaxil edilmiş 1000 manat pul qalıqda olan 12150 manata əlavə edilməli olduğu halda, həmin 1000 manat əlavə edilməmişdir. Beləliklə, ümumilikdə 0736 №-li əmanət kitabçası üzrə iddiaçıya cəmi 1.830 manat məbləğində zərər dəymişdir. Yekun:3254,86+1628,54+1301,27+843,29+1.830=8857,96 manat. Göstərilənlərə əsasən Banka qoyduğu pulların müqabilində faiz formasında ödənilməli olan, lakin bank tərəfindən mənimsənildiyi üçün, indiyədək ödənilməmiş, cəmi 7.027,96 manat pul vəsaitinin və ödədiyi 208 manat dövlət rüsumunun, ümumilikdə 9.065,96 manat pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 4.Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəməyə verilmiş iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin «xahiş etdi» hissəsində 8.857,96 manat məbləğində pul mexaniki səhv olaraq 7.027,96 manat göstərilmişdir. Göstərilənlərə əsasən Banka qoyduğu pulların müqabilində faiz formasında ödənilməli olan, lakin bank tərəfindən mənimsənildiyi üçün, indiyədək ödənilməmiş, cəmi 8.857,96 manat pul vəsaitinin və eyni zamanda ödədiyi 208 manat dövlət rüsumunun, ümumilikdə 9.065,96 manat pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında kifayət qədər izahatları vermişlər, odur ki, iddia tələbinin təmin oulnması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, onlar ekspert rəyi ilə razı deyillər.

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, o, ekspert rəyi ilə razı deyil. Hesab edir ki, ekspert yanlışlığa yol verib. Belə ki cavabdeh tərəf ona ödənilməli olan faizləri əskik hesablamışdır.

7. Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazdan görünür ki, İddiaçı bundan əvvəl Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında banka qoymuş olduğu pul vəsaitlərinə görə hər ay faizləri ona qaytarılmaq şərti ilə bağlanmış müqavilədə saxtakarlıq edilərək pullarının və aylıq faizlərinin mənimsənilməsini nəzərə alaraq bank tərəfindən bağlanmış, lakin ona verilməmiş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əgər iddiaçının əvvəlki (müqavilənin etibarsız hesab edilməsinə dair) iddiaçı ilə hazırkı iddiasını (borc tələbi) müqayisə etsələr, iddianın eyni məzmunda olasını görə bilərlər. Sadəcə formal olaraq iddiaçı iddia tələbinin predmetini borc tələbinə dəyişmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/631, 5/499 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 79-82-ci vərəqələrindəki əmanət kitabçasının vərəqələrinin surətləri təsdiq olunan Cavabdeh ASC-nin «Nizami» filialının İddiaçı adına NZDPM-0340 nbmrəli əmanət kitabçasının 1,2,3,4,5-ci səhifələrinin və 6-7-ci səhifələrdənki ilk beş sətirdəki yazıların surətləridir. Tədqiqata təqdim olunmuş mülki işin 83-85-ci vərəqələrdəki əmanət kitabçasının vərəqələrinin surətləri təqdim olunan Cavabdeh ASC-nin «Nizami» filialının İddiaçı NZDPM-0736 nömrəli əmanət kitabçasının 1,2,3-cü səhifələrinin və 4-5-ci səhifələrdəki ilk sətirdəki yazıların surətləridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1664, 5/1288, 5/1289 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 2 ədəd əmanət kitabçalarında eyni tarixə aid olan əlyazmalar – eyni şəxs tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0340 və NZDPM-0736 nömrəli əmanət kitabçalarının blankları mətbəə çap üsulu ilə hazırlanmışdırlar. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0340 və NZDPM-0736 nömrəli əmanət kitabçaları formalarına görə öz aralarında eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0736 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqları açılmamış və vərəqlər dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfinjəq İddiaçı adına verilmiş NZDPM-0340 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqlar açılmış və yenidən tikilərək tamlığı pozulmuşdur, vərəqlərin sonradan əlavə edilməsini göstərilən əmanətlər müəyyən edilmədi. Tədqiqata təqdim olunmuş Cavabdeh ASC-nin NZDPM-0736 nömrəli əmanət kitabçasının səhifəsi üzrə əlyazmaları və imza, 2-ci və 3-cü səhifələri üzrə 1-9-cu, 11-13cü və 15-ci sətirlərdəki əlyazmaları və imzalar, 14-cü sətirdəki «20» rəqəminin başqa digər əlyazmaları və imza, 4-cü və5-ci səhifələri üzrə 1-ci,4-15-ci sətirlərdəki və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün əlyazmaları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 10-cu sətirdəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 2-4-cü sətirdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibəlrinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan Cavabdeh ASC-nin NZDPM-0340 nömrəli nömrəli əmanət kitabçasının 1-ci səhifəsi üzrə «NZDPM-0340» əlyazıları və imza, 2-ci və 3-cü səhifələri üzrə 5-7-ci, 13-15ci sətirlərdəki əlyazmaları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə «Hesab №» sözünün qarşısındakı rəqəmlər, 1-ci,2-ci, 6-8-ci sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında eyni dəyrcəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 9-15-ci sətirlərdəki əlyazmalar və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eynidiyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 1-ci səhifəsi üzrə «Nizami **********94427177 İddiaçı» əlyazıları, 2-ci və 3-cü səhifələri üzrə «Hesab№» sözünün qarşısındakı rəqəmlər, 1-4-cü sətirlərdəki əlyazmaları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında olan eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 8-12-ci sətirlərdəki əlyazıları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə 2-4cü sətirlərdəki əlyazıları və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmək kitabçasının 8-ci və 9-cu səhifələri üzrə əlyazıları və imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş NZDPM-0736 nömrəli kitabçasının bütün vərəqləri fiziki xasiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş NZDPM-0340 nömrəli əmanət kitabçasının bütün vərəqləri fiziki xüsusiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bundan əlavə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 26- 17166-2020 saylı məktubundan və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 6000 manat əmanət iddiaçıya geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2019-cu il tarixdə 3500 manat vəsait əmanətə yerləşdirilmişdir. Qeyd olunan əməliyyatlar üzrə tərtib edilmiş əmanət müqavilələri və kassa məxaric/mədaxil orderlərinin təsdiq edilmiş nüsxələri əməliyyatlar zamanı iddiaçıya təqdi edilmişdir. Əmanət müqavilələrinin şərtlərinə uyğun olaraq 2017-ci və 2018-ci illər üçün hesablanmış faizlər, müştərinin imzası ilə təsdiq edilmiş kassa məxaric orderlərinə əsasən ödənilmişdir. Məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən əmanət müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən Nizami rayon Məhkəməsinin 2(006)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 manat və 127 manat olmaqla, cəmi 239 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bu qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6750/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçı iddia ərizəsini qanunla müəyyən edilmiş vaxtı ötürməklə vermiş və iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh ASC-nə qarşı «borc tələbinə dair» iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək və tərəflərindən verilmiş etirazı müdafiə edərək bildirmişdir ki, hazırkı iddia iddiaçının onlara qarşı qaldırdığı ikincı iddiadır. İddiaçı keçən məhkəmə iclasında bildirmişdir ki, o, onlardan heç bir vəsait almamış və heç bir qəbzə imza çəkməmişdir. Bununla bağlı tərəflərindən bütün mədaxil və məxaric qəbzləri məhkəməyə təqdim edildi və iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən onlarda olan imzaların iddiaçıya aid olub-olmaması ilə bağlı ekspertiza təyin olunmuşdur. Ekspert rəyinə əsasən isə müəyyən olundu ki, imzalar iddiaçıya məxsusdur. Hesab edirlər ki, iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0340 nömrəli əmanət kitabçasından, həmçinin hesabdan çıxarışından və Cavabdeh ASC-nin kassa məxaric və mədaxil orderlərindən görünür ki, İddiaçı banka xx.xx.2011-ci il tarixdə 1300 (əmanət) manat pul qoymuş, qalıq 1300 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə 1100 (əmanət) manat pul qoymuş, qalıq 2400 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə 156 (hesablanmış %) manat bankdan götürmüş, qalıq 2400 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə 1300 (əmanət) manat bankdan pul götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2013-cü il tarixdə 133,20 (hesablanmış %) manat bankdan pul götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2013-cü il tarixdə 1100 (əmanət) manat pul götürmüş, qalıq qalmamış, xx.xx.2013-cü il tarixdə 1000 (əmanət 11%) manat banka pul qoymuş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2014-cü il tarixdə 1111,66 (əmanət) manat bankdan pul götürmüş, qalıq qalmamış, xx.xx.2014-cü il tarixdə 1111 (əmanət) manat banka pul qoymuş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 122,02 (faiz) manat banka pul mədaxil edilmiş, qalıq 1233,02 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 122,02 (faiz) manat bankdan pul götürmüş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə depozit 12 ay (9%) müddətinə uzadılmış, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1,63 (faiz) manat banka pul mədaxil edilmiş, qalıq 112,63 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1,63 (faiz) manat bankdan pul götürmüş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1111 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 0 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1100 (12 ay 9%) manat banka pul qoymuşdur, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 6000 (12 ay 12%) manat banka pul qoymuş, qalıq 7100 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 133,20 (faiz) manat pul götürmüşdür, qalıq 7100 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1100 manat pul götürmüşdür, qalıq 6000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1000 (12 ay 12%) manat pul qoymuşdur, qalıq 7000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 661,17 (faiz) manat bankdan pul götürmüş, qalıq 7000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 6000 (əmanət) manat bankdan pul götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1650 (12 ay 12%) manat banka pul qoymuş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 117,93 (faiz) manat bankdan pul götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə depozit 12 ay (13%) müuddətinə uzadılmış, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 198 (faiz) manat bankdan pul götürmüş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə əmanət 12 ay (13%) müddətinə uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 129,60 (faiz) manat banka mədaxil və məxaric olunmuş, qalıq 2650 manat təşkil etmiş,xx.xx.2018-ci il tarixdə 215 manat (faiz) banka mədaxil və məxaric olunmuş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə əmanət 12 ay (10%) müddətinə uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 90 manat (faiz) məxaric edilmiş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 148,50 manat (faiz) banka mədaxil və məxaric edilmiş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 2500 manat (əmanət 10%) banka pul qoymuşdur, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 100 manat (faiz) bankdan pul götürmüşdür, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1000 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 4150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 (1 il 8,5%) manat məbləğində banka pul qoymuşdur, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1650 manat (əmanət) banka pul qoyulmuş, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 165 manat (faiz) bankdan pul götürmüş, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1650 manat (əmanət) bankdan pul götürmüş, qalıq 3600 manat təşkil etmiş, xx.xx.2020-ci li tarixdə 1820 manat (əmanət 1 il 8,5%) banka pul qoymuş, qalıq 5420 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 250 manat (faiz) pul götürmüş, qalıq 5420 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 2500 manat (əmanət) bankdan pul götürmüş, qalıq 2920 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 2750 (əmanət 1 il 8,5%) manat banka qoymuş, qalıq 5670 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 93,50 manat (faiz) bankdan götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1100 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 0 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1200 manat (əmanət 1 il 10%) banka pul qoymuş, qalıq 1200 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə depozit 1 il (10%) müddətinə uzadılmış, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 154,70 manat (faiz) bankdan pul götürmüş, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 233,75 manat (faiz) bankdan pul götürmüş, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 2750 (əmanət) manat bankdan pul götürmüş, qalıq 3020 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 315 manat (1 illik 10%) manat banka pul qoymuş, qalıq 6170 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə əmanət 1 il (10%) müddətinə uzadılmış, qalıq 4970 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə uzadılmış 1200 manat əmanət NZDPM-1153 saylı kitabçaya köçürülmüşdür % ilə birgə xx.xx.2022-ci il tarixdə 1300 manat mədaxil olunmuşdur, xx.xx.2022-ci il tarixdə 182 manat (faiz) bankdan pul götürmüş, qalıq 4970 manat təşkil etmiş,xx.xx.2022-ci il tarixdə 1820 manat (əmanət) bankdan götürmüş, qalıq 3150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 2000 (əmanət 1 il 10%) manat banka qoymuş, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 315 manat (faiz) bankdan götürmüş, qalıq 3150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 1000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətində uzadılmış, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit uzadılmış, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 509,04 manat (faiz) bankdan götürmüş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 98,78 manat (faiz) bankdan götürmüş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətinə uzadılmış, qalıq 6150 manat təşkil etmişdir.

11. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0736 nömrəli əmanət kitabçasından, həmçinin Cavabdeh ASC-nin kassa məxaric və mədaxil orderlərindən görünür ki, İddiaçı banka xx.xx.2016-cı il tarixdə 3900 (əmanət 12 ay 12%) manat pul qoymuş, qalıq 3900 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 46,8 (hesablanmış %) manat bankdan götürmüş, qalıq 3900 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 3900 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 4300 (əmanət 12 ay 15%) manat banka pul qoymuş, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət 12 ay (8%) müddətinə uzadılmış, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 645 (faiz) manat bankdan pul götürmüş, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 4300 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 4945 (əmanət 12 ay 8%) manat banka pul qoymuş, qalıq 4945 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 1000 (12 ay 8%) manat banka pul qoymuş, qalıq 5945 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 3500 (12 ay 10%) manat pul qoymuş, qalıq 9445 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 4945 (əmanət) manat pul götürmüşdür, qalıq 4500 manat təşkil etmiş, xx.xx.2019cu il tarixdə 395,60 (faiz) manat məxaric və mədaxil olunmuş, qalıq 4500 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 5300 (12 ay 10%) manat banka pul qoymuş, qalıq 9800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 80 (faiz) manat bankdan pul götürmüş, qalıq 9800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 1000 (əmanət) manat bankdan pul götürmüş, qalıq 8800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 1100 manat (əmanət 1 il 10%) banka pul qoymuşdur, qalıq 9900 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 395,60 (faiz) manat məxaric və mədaxil olunmuş, qalıq 3500 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 3500 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 0 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 3850 (1 il 8,5%) manat məbləğində banka pul qoymuşdur, qalıq 3850 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə depozit 12 ay (18,5%) müddətinə uzadılmış, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 530 manat (faiz) bankdan pul götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 manat mədaxil və məxaric olunmuş (əmanət uzadılmış), qalıq 10250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 109,45 manat (faiz) pul götürmüş, qalıq 10250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 manat (əmanət) bankdan pul götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1710 (əmanət 1 il 9%) manat banka qoymuş, qalıq 5670 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 93,50 manat (faiz) bankdan götürmüş, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 3850 manat əmanət uzadılmış, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 327,25 manat (faiz) bankdan pul götürmüş, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 450,50 manat (faiz) bankdan pul götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1000 (əmanət 12 ay 10%) manat banka pul qoymuş, qalıq 11860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1710 manat bankdan pul götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 153,90 manat (faiz) bankdan götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 2000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 12150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 385 manat (faiz) bankdan götürmüş, qalıq 3850 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 330 manat (faiz) bankdan götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 200 manat (faiz) bankdan götürmüş, qalıq 2000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 100 manat (faiz) bankdan götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 1000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətinə uzadılmış, qalıq 12150 manat, xx.xx.2023-cü il tarixdə 380,51 manat (faiz) bankdan götürmüş, qalıq 3850 manat təşkil etmişdir.

12. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı xx.xx.2019-cu il tarixli, NZDPM-0340-25 nömrəli və xx.xx.2019-cu il tarixli, NZDPM-0736-07 nömrəli bank əmanəti müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

13. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6750/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-1175-22 nömrəli, xx.xx.2022-ci il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 1000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

15. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0736-19 nömrəli, xx.xx.2022-ci il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 5300 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

16. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-1175-03 nömrəli, xx.xx.2022-ci il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 1000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

17. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0736-20 nömrəli, xx.xx.2022-ci il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 2000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

18. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0736-21 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 1000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

19. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-1153-04 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 1300 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

20. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0340-37 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 2000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

21. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0730-22 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 3850 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

22. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-0340-38 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 3150 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

23. İş materiallarından olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə əmanətin yerləşdirilməsinə dair NZDPM-1153-05 nömrəli, xx.xx.2023-cü il tarixli əsas şərtlər-razılaşmanın surətindən görünür ki, Bank əmanətçi İddiaçı 1000 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10,3% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4171 saylı, 23 avqust 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissələrində göstərildiyi kimi, iş materiallarında olan kassa mədaxil qəbzləri, kassa məxaric qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış NZDPM-0736 və NZDPM-0340 nömrəli əmanət müqavilələrinin şərtləri nəzərə alınmaqla İddiaçı tərəfindən banka qoyulmuş məbləğlər üzrə faizlər əmanət üzrə ayrı-ayrılıqda hesablanaraq kassa məxaric orderləri ilə təqdim edilmişdir. Yəni hazırki ekspertiza tədqiqatı ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış NZDPM 0736 və NZDPM-0340 nömrəli əmanət müqavilələri üzrə rəy verildiyi tarixə və xx.xx.2023-cü il tarixinə Cavabdeh ASC tərəfindən iddiaçı qoyulmuş əmanətlər üzrə ödənilməyən hər hansı əsas və faiz məbləği müəyyən edilmədi. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan 2 ədəd əmanət kitabçalarında olan məlumatlar ilə əlavə təqdim edilmiş kassa mədaxil, məxaric orderləri və hesabdan çıxarış məlumatları arasında uyğunsuzluqların olduğu müəyyən edilir. Belə ki, qeyd edilən əmanət kitabçalarında İddiaçı tərəfindən hər iki əmanət müqaviləsi üzrə edilən mədaxilələr və məxariclər tam olaraq öz əksini tapmamışdır.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-4/1680 saylı, 26 dekabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx.xx.2012-ci il tarixli, **********944-27177 və **********944-27177 saylı, xx.xx.2013-cü il tarixli **********944- 27177 və **********944-27177 saylı, xx.xx.2014-cü il tarixli **********944-27177 və **********944-27177 saylı, xx.xx.2015-ci il tarixli **********944-27177, **********9944- 027177, **********944-27177 saylı xx.xx.2015-ci il tarixli, **********944-27177 və **********944-27177 saylı, xx.xx.2016-cı il tarixli, **********9944-027177, **********9944- 027177, **********944-27177 saylı, xx.xx.2016-cı il tarixli, **********9944-27177 saylı 6.000 və 1.650 manata dair 2 ədəd, **********9944-027177 saylı 531 və 130,7 manata dair 2 ədəd, xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, **********9944-027177 saylı, xx.xx.2018ci il tarixlı, **********0944-027177, **********5***-*******,i**********5944-027177, **********0944-027177 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli **********0944-027177 və **********5944-027177 saylı, xx.xx.2020-ci il tarixli, **********944-27177 və **********9944-027177 saylı, xx.xx.2020-ci il tarixli, **********9944- 027177 və **********944-27177 saylı, xx.xx.2020-ci il tarixli,**********9944-027177 və **********944-27177 saylı, xx.xx.2020-ciil arixli, **********0944-027177 və **********5944- 027177 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-cı il tarixli **********5944-027177 və **********0944-027177 saylı, xx.xx.2021-ci il tarixli, **********9944-027177 və **********944- 27177 saylı, 11.03.202l-ci il tarixli, **********9944-027177 və **********944-27177 saylı, xx.xx.2021-ci il tarixlı, xx.xx.2021-ci il tarixlı, xx.xx.2021-ci il tarixli **********5944-027177 və **********0944-027177 saylı, xx.xx.2022-ci il tarixli, **********944-27177 və **********9944-027177 saylı, xx.xx.2022-ci il tarixli, **********9944-027177 və **********5944-027177 saylı, xx.xx.2023-cü il tarixli, **********5944-027177 və **********5944-027177 saylı, xx.xx.2023-cü il tarixli, **********9944-027177, **********9944- 027177, **********5944-027177 saylı kassa məxaric orderlərində «Müştəri» qrafalarındakı imzalar, İddiaçı adına olan xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderlərinin aşağı hissələrində «Ödəyənin imzası» qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

26. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ASC-nin müştərisi olmaqla müxtəlif vaxtlarda bankın depozit hesablarına hər ay faizlərini almaq məqsədi ilə müxtəlif məbləğdə pul vəsaitlərini qoymuşdur. Hazırda iddiaçı Banka qoyduğu pulların müqabilində faiz formasında ödənilməli olan, lakin bank tərəfindən mənimsənildiyi üçün, indiyədək ödənilməmiş, cəmi 8.857,96 manat pul vəsaitinin və eyni zamanda ödədiyi 208 manat dövlət rüsumunun, ümumilikdə 9.065,96 manat pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

27. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir.

31. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .

32. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

34. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi bütün hissələrdə tamamilə əsassız olduğundan edilə bilməz. Belə ki, iddiaçı ilkin olaraq 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək əmanət müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş və əmanət müqavilələrindəki imzaların iddiaçıya aid olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı bununla bir növ razılaşmayaq digər formada predmeti dəyişərək artıq alınmamış məbləğləri, faizləri (qəbzlər) üzrə qəbzlərdəki imzaları mübahisələndirmiş və alınmış qəbzlərdəki imzaların ona məxsus olmamasını bildirmişdir. Lakin məhkəmə tərəfindən müvafiq xəttünaslıq ekspetizası keçirilmiş və həqiqətən qəbzlərin ona məxsus olması (imzaların) müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizasıda keçirilmiş və həmin ekspertiza ilədə (xx.xx.2023-cü il tarixli) cavabdeh təşkilatın iddiaçıya hər iki əmanət müqavilələri üzrə heç bir ödənilməyən əsas və faiz məbləğinin olmaması müəyyən edilmişdir.

42. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».

45. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

46. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

48. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.

49. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 210 (iki yüz on) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

51. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 208 (iki yüz səkkiz) manat iddiaçıya aid edilməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 210 (iki yüz on) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar