Məhkəmə qərarları › İş №2(006)-738/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-738/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-738/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-nin ləğvedicisi x2 Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-nin ləğvedicisi x3 Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2- 2(83)-736/2016 saylı qətnaməsi ilə “xxxxxxxxx" ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə x3 banka ləğvedici qismində təyin edilmişdir.27 iyun 2014-cü il tarixdə “xxxxxxxxx” ASC və x6 arasında 124 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə görə x5 bank tərəfindən, 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə ******* (üç milyon) manat məbləğində illik 6 (altı) % olmaqla , 42 (qırx iki) aylıq güzəştlə, 84 (səksən dörd) ay müddətinə kredit verilmişdi. Qeyd olunan kredit müqaviləsinə əsasən x1 əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi.x6 aldığı kreditin ötürülməsi və “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanması üçün razılıq ərizəsi ilə müraciət etmişdir. “xxxxxxxxx” ASC ikinci tərəfdən x6 və üçüncü tərəfdən Cavabdeh arasında, 27 iyun 2014-cü il tarixli, 124 saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin başqa şəxsə ötürülməsi haqqında razılaşma müqaviləsi bağlanmışdır.18 mart 2015-ci il tarixdə “xxxxxxxxx" ASC və Cavabdeh arasında 37 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 18 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə ******* (üç milyon) manat məbləğində illik 6 (altı) % olmaqla, 33 (otuz üç) aylıq güzəştlə, 75 (yetmiş beş) ay müddətinə kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi.Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 01 iyul 2019-cu il tarixinə Cavabdeh, 18 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə LPO “xxxxxxxxx” ASC-nə olan borcu əsas məbləğ – 2999496,93 manat, hesablanmış faiz–280.619,42 manat, cəmi–3280116,35 manat olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx" ASC-nin xeyrinə 18 mart 2015- ci il tarixli 37 saylı kredit müqaviləsi üzrə 2999496,93 manat əsas məbləğ, 280619,42 manat faiz, cəmi – 3280116,35 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan “xxxxxxxxx” ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-nin ləğvedicisi x2 nümayəndəsi x7 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-nin ləğvedicisi x3 tərəfindən məhkəməyə teleqram göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxxxxxxx" ASC ilə x6 arasında bağlanmış 27.06.2014-cü il tarixli, № 124 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən x5 84 ay müddətinə, illik 6% ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan x4 notarial qaydada təsdiqlənmiş 17.03.2015-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, o, "xxxxxxxxx" ASC-dən 27 iyun 2014-cü il tarixdə 124 saylı kredit müqaviləsinə əsasən Yem fabrikasının tikintisi üçün ayrılmış 84 ay müddətinə illik 6% ödəməklə 3.000.000 manat güzəştli kredit vəsaiti almışdır. Bu müqavilədən irəli gələn öhdəliklərin səhhətində yaranmış xəstəliklə bağlı layihəni davam etdirə bilmədiyinə görə həmin müqavilənin "xxxxxxxxx" ASC ilə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi, ev 28, mənzil 43-də qeydiyyatda olan Cavabdeh arasında bağlanmasına razıdır, heç bir etirazı yoxdur. İş materiallarında olan “27 iyun 2014-cü il tarixli, 124 saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin başqa şəxsə ötürülməsi haqqında” razılaşmadan görünür ki, "xxxxxxxxx" ASC ilə x6 arasında bağlanmış 27.06.2014-cü il tarixli, № 124 saylı kredit müqaviləsi üzrə "xxxxxxxxx" ASC tərəfindən x5 verilmiş 3.000.000 manat məbləğində öhdəlik yeni borcalan Cavabdeh ötürülmüşdür. İş materiallarında olan "xxxxxxxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli, № 37 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 75 ay müddətinə, illik 6% ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin 03.07.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 18.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 2.999.496,93 manat, faiz borcu üzrə 280.619,42 manat, cəmi 3.280.116,35 manat borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31990 saylı, 10 fevral 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 18 mart 2015-ci il tarixli, 037 saylı kredit müqaviləsi və x6 arasında bağlanmış 27.06.2014-cü il tarixli, 124 saylı kredit müqavilələrinin ödənişləri bir hesab üzrə göstərilməsi müəyyən olunur. Bu ödənişlərin hansı müqavilə üzrə olması dəqiq göstərilmədiyindən Cavabdeh 18 mart 2015-ci il tarixli, 037 saylı kredit müqaviləsi üzrə olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 20 (iyirmi) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxxxxxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli, № 37 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 75 ay müddətinə, illik 6% ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin banka əsas borc üzrə 2.999.496,93 manat, faiz borcu üzrə 280.619,42 manat, cəmi 3.280.116,35 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 2.999.496,93 (iki milyon doqquz yüz doxsan doqquz min dörd yüz doxsan altı manat, doxsan üç qəpik) manat, faiz borcu üzrə 280.619,42 (iki yüz səksən min altı yüz on doqquz manat, qırx iki qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3.280.146,35 (üç milyon iki yüz səksən min yüz qırx altı manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 20 (iyirmi) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 2.999.496,93 (iki milyon doqquz yüz doxsan doqquz min dörd yüz doxsan altı manat, doxsan üç qəpik) manat, faiz borcu üzrə 280.619,42 (iki yüz səksən min altı yüz on doqquz manat, qırx iki qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3.280.146,35 (üç milyon iki yüz səksən min yüz qırx altı manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan "xxxxxxxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 20 (iyirmi) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar