Məhkəmə qərarları › İş №2(006)-7712/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-7712/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-7712/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC-nin Şirvan filialına və Cavabdeh BOKT ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nin Şirvan filialına və Cavabdeh BOKT ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin qoşma hissəsində “dövlət rüsumunun ödənilməsi barədə qəbz”-i əlavə etdiyini qeyd etsə də, o, “dövlət rüsumunun ödənilməsi barədə qəbz”-i əlavə etməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən tərtib olunmuş 13 dekabr 2021-ci il tarixli 250 saylı aktdan görünür ki, İddiaçı tərəfindən göndərilmiş poçt vasitəsilə daxil olmuş zərf açılan zaman iddia ərizəsinin qoşma hissəsində göstərilən “dövlət rüsumunun ödənilməsi haqqında qəbz” aşkar edilməmişdir. Bununla da, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizələri verilərkən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nin Şirvan filialına və Cavabdeh BOKT ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar