Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-789/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 07 dekabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin, həmçinin onun xəstəlik xərcinin qarşılanması üçün hər ay 500 (beş yüz) manat məbləğində xəstəlik xərcinin, məhkəməyə müraciət üçün çəkdiyi 170 (yüz yetmiş) manat məbləğində xərcin, 30 (otuz) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə 07 dekabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən aylıq 170 (yüz yetmiş) manat məbləğində alimentin, 30 (otuz) manat məbləğində xəstəlik xərcinin tutularaq ona ödənilməsi qərara alınmışdır. Ödənilən aylıq 200 manat məbləğ uşağın nəinki xəstəlik xərcinin, heç gündəlik ehtiyaclarının ödənilməsinə kifayət etmir. Qızı lokalizə olunmuş (fokal) pasial idiop-epilepsiya və epileptik sindromlar xəstəliyindən əziyyət çəkir. 3 aydan bir mütləq həkim müayinəsindən keçməlidir. Hər 3 aydan bir həkim qəbuluna iddiaçı tərəfindən 800 manat məbləğində ödəniş edilir. Uşağın qəbul etdiyi dərmanların minimum qiyməti 70 manat məbləğindədir. Dövri olaraq verilən analizlər, tibbi avadanlıqların müayinəsi 600-700 manat vəsait tələb edir. Uşağın təkcə aylıq xəstəlik xərcləri 500 manat civarındadır. Uşağın qida, geyim və s. saxlanma xərcləri bu məbləğə daxil deyildir. Uşağın xəstəlik xərclərini dost-tanışdan borc almaq hesabına çətinliklə qarşılayır. Xəstəlik genetik xarakter daşıdığından müayinə və müalicəsi yalnız Türkiyə Cumhuriyyətində aparılır. 3 aydan bir uşağı ora aparmaq məcburiyyətində qalır. Gediş-gəliş xərcləri də xəstəlik xərclərinə əlavə edilir. Cavabdehin isə müntəzəm aylıq gəliri vardır, maddi durumu yaxşıdır. Tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 30 manat məbləğində haqq ödənilmişdir. Həmçinin, tərəfindən məhkəməyə müraciət üçün (sənədlərin hazırlanması üçün) hüquq şirkətinə 170 manat məbləğində xərc çəkilmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməklə 07 dekabr 2016-cı il təvəllüdlü X2 üçün ondan hər ay 170 manat alimentin 150 manatadək azaldılması və 30 manat müalicə xərcinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda olan ilkin iddia üzrə İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iş üzrə cavabdeh olaraq hesab edir ki, ilkin iddia rədd edilməklə “alimentin azaldılması tələbinə dair” verdiyi qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 07 dekabr 2016-cı il təvəllüdlü X2 üçün ondan hər ay 170 manat alimentin və 30 manat müalicə xərcinin tutulması qət edilmişdir. İddiaçı heç bir əsas olmadan hazırda alimentin 200 manatadək artırılması ilə məhkəməyə müraciət etmişdir. Halbuki, o, FHN-nin yanğından mühafizə xidmətində işləyir, rəsmi əmək haqqı ayda 582.63 manatdır, onun əmək haqqında artım qeydə alınmamış, həmçinin yeni nikaha daxil olmuş və yeni nikahından iki övladı-xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il tarixli X9 dünyaya gəlmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Əlavə olunmuş FHN-nin X12 İdarəsinin Sabunçu rayon X12 Hissəsinin xx.xx.2022-ci il tarixli 37/34-385 saylı məktubuna əsasən onun əmək haqqı ayda 582.63 manat olması təsdiq edilmişdir. Göründüyü kimi onun ailə və maddi vəziyyəti alimentin artırılmasına imkan vermir, əksinə alimentin məbləğinin azaldılması üçün ciddi əsaslar mövcuddur. Belə ki, əmək haqqında artım olmasa da, onun əlavə iki övladı da anadan olmuş və onun himayəsindədirlər. Onların da saxlanması üçün ona əlavə xərclər tələb olunur. Odur ki, hesab edir ki, ondan tutulan 200 manat aliment azaldılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsinə əsasən İddiaçı “alimentin miqdarının artırılması” tələbinin qismən təmin edilməsi, alimentin məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh X4 yetkinlik yaşına çatana qədər əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 may 2019-cu il tarixdə verilən AZ-İV № 298357 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan “X17” PHŞ-nin X6 xx.xx.2023-cü il tarixli Epikrizindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 əsas xəstəlik kimi G40.4 generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri (PCDH 19 gendə patoloji dəyişiklikləri mənşəli), yanaşı xəstəlik kimi F06.6 emosional və davranış pozuntusu R16 hepatomeqaliya diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan AR FHN X12 Xidməti Sabunçu Rayon X12 Hissəsinin 11 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, hissənin 21 nömrəli yanğından mühafizə bölməsinin əməkdaşı Cavabdeh yanğınsöndürən vəzifəsində xidmət edir və onun aylıq əmək haqqı 582.63 manat təşkil edir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-3540/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Mülki işin materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 iyun 2019-cu il tarixdə verilən AZ-İİ № 342893 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında xx.xx.2019cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 iyun 2020-ci il tarixdə verilən AZ-İV № 469821 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16 yanvar 2023-cü il tarixdə verilən AZ-İV № 829184 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək 30 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: M.Bayramov). Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 125/22№-li Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin əvəzi kimi 170 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 170 manat məbləğində, əlavə xərc kimi isə 30 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğlər uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 250 (iki yüz əlli) manat, həmçinin xəstəlik xərcinin qarşılanması üçün isə aylıq 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda, cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulan aylıq aliment məbləğinin azaldılmasını, müalicə xərcinin isə ləğv edilməsini məhkəmədən xahiş edir. Tələbini onunla əsaslandırmışdır ki, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı doğulmuş və maaşında artım müşahidə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də uşağın atası kimi cavabdehin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, diqqətəlayıq olan digər maraqları, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin xəstəlik xərcinin qarşılanması hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə, xx.xx.2016-cı il təvəllüdlü X4 nevroloji xəstəlikdən əziyyət çəkdiyini, bununla bağlı ambulator müalicə aldığı, dolayısıyla uşağın davamlı tibbi müayinə və müalicəsinin zəruriliyini, buna əlavə vəsait xərclənməsini və həmin xərclərin qarşılanmasının cavabdehin də borcu olduğunu nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 müalicə olunması üçün hər ay 150 (yüz əlli) manat məbləğində xərc tutulmalıdır. Məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği və əlavə xərclər bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Məhkəmə eyni zamanda bildirir ki, ilk iddia tələbi məhkəmə xərcləri ilə bağlı hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün 170 manat məbləğində, mediasiya xərci üçün isə 30 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində hüquqi xidmət haqqı və 30 (otuz) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Uşaqları saxlamaq vəzifəsi dedikdə təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, təlim-tərbiyə edilməsi, onlara qulluq edilməsi və s. valideynlərin uşaqları saxlamaq vəzifəsinə daxildir. Hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaq cavabdeh İddiaçı himayəsindədir. Onun saxlanılması, ona qulluq edilməsi hazırda cavabdehin üzərindədir. Hazırda iddiaçı Cavabdeh uşağın saxlanılması üçün maddi yardım etmək vəzifəsindən boyun qaçırması, alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoyması əsassız və ədalətsizdir. Məhkəmə qeyd edir ki, cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan iki övladının olması onun ilk nikahdan doğulan uşağının saxlanılması üçün ondan tutulan aliment məbləğinin azaldılması üçün əsas ola bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, ilk nikahdan doğulan 07 dekabr 2016-cı il təvəllüdlü X7 nevroloji xəstəlikdən əziyyət çəkir və həmin xəstəliklə əlaqədar cavabdeh tərəfindən əlavə vəsaitlər xərclənir. Hal-hazırda da uşaq həmin xəstəlikdən əziyyət çəkdiyindən iddiaçı həmin xərclərin qarşılanmasında özü də bir valideyn kimi iştirak etməlidir. Odur ki, məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılmasının zəruriliyini, xəstəliyi ilə əlaqədar davamlı ambulator müalicələrdə iştirak etdiyini və bunun üçün vəsait xərcləndiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində hüquqi xidmət haqqı və 30 (otuz) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-789/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-789/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver