Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-79/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı LPO «xxxxxxxxx» ASC-nin (ləğvedicisi X1) Cavabdeh qarşı «kredit məbləğinin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxxxxxxx» ASC (ləğvedicisi X2) Cavabdeh qarşı «kredit məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.000 manat məbləğində əsas borc, 44.131 manat 78 qəpik məbləğində faiz olmaqla, cəmi 144.131 manat 78 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı LPO «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı LPO «xxxxxxxxx» ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 100.000 manat əsas borc, müqavilə müddəti bitən tarixə (xx.xx.2015xx.xx.2019) hesablanmış 63.955 manat 87 qəpik faiz, 133 manat 33 qəpik cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 3.958 manat 33 qəpik faiz olmaqla, cəmi 168.047 manat 53 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı LPO «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO «xxxxxxxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı LPO «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla, 100.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borc alana 12 ay müddətinə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit verməyi, borc alan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsaasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında yerinə yetirməmişdir. Bunun nəticəsində cavabdehin banka 100.000 manat məbləğində əsas borc, 44.131 manat 78 qəpik məbləğində faiz olmaqla, cəmi 144.131 manat 78 qəpik məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə iddia ərizəsi təqdim olunandan sonra da faizlərin hesablanması davam etmişdir. Bu səbəbdən, məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, LPO «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alana istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8563 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, borc alan Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxx 2016-cı il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas borc və faiz ümumilikdə 116.000 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 100.000 manat; - faiz üzrə – 16.000 manat. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1432 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 019/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı «xxxxxxxxx» ASC-yə xx xxxx 2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) və xx.xx.2019-cu il tarixədək olan dövr üzrə borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx xxxx 2019-cu il tarixə olan borcu üzrə - əsas borc – 100.000 manat; - faiz – 64.000 manat. xx xxxxxx 2019-cu il tarixə olan borcu üzrə - əsas borc – 100.000 manat; - faiz – 67.986 manat 11 qəpik. Qeyd edilir ki, hazırkı tədqiqatla Cavabdeh hesablanmış borc məbləği müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 5 % dərəcəsi ilə hesablanıldı. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktublarından görünür ki, LPO «xxxxxxxxx» ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 100.000 manat əsas borc, müqavilə müddəti bitən tarixə (xx.xx.2015-xx.xx.2019) hesablanmış 63.955 manat 87 qəpik faiz, 133 manat 33 qəpik cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 3.958 manat 33 qəpik faiz olmaqla, cəmi 168.047 manat 53 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. 290 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100.000 manat əsas borc, müqavilə müddəti bitən tarixə (xx.xx.2015xx.xx.2019) hesablanmış 63.955 manat 87 qəpik faiz, 133 manat 33 qəpik cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 3.958 manat 33 qəpik faiz olmaqla, cəmi 168.047 manat 53 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı LPO «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Cavabdeh 290 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-79/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-79/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver