Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-792/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Kredit Reyestrində onun adına qeydə alınmış, "xxxx" ASC ilə onun arasında olan xx.xx.2007-ci il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələrindən yaranmış öhdəlik kimi qeydə alınan 55.739,90 manat və 5.079,64 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışıdır ki, "xxxx" ASC-də ******************** nömrəli hesabı mövcuddur. xx.xx.2021-ci il tarixdə onun hesabına həmin Bankda olan səhmlərinin dividendi kimi 4.180 manat pul vəsaiti köçürlümüş və elə həmin tarixdə də 4.180 manat pul vəsaiti bank tərəfindən silinmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Nərimanov rayon filialından aldığı bank çıxarışında əməliyyat “Kredit ödənişi PKD Soft” kimi göstərilmişdir. Bu halla bağlı cavabdehə qarşı “pul vəsaitinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı qarşı tərəfin nümayəndəsi bildirdi ki, guya onun adına Kredit müqaviləsi var və bu müqavilələr üzrə cavabdehə borcu vardır və bu səbəbdən onun səhmlərinə gələn dividentlər borcun qarşılığı kimi bank tərəfindən silinir. Lakin onun cavabdehə kredit müqaviləsi üzrə borcu yox idi. Bundan sonra o bu hala aydınlıq gəlməsi üçün, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış əldə etdi və cavabdeh banka müraciət edərək adına olan kredit müqavilələrinin bir nüsxəsini tələb etdi, cavabdeh bankın filialı tərəfindən ona "xxxx" Nəqliyyat Filialı ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əlavənin edilməsi haqqında 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010cu il tarixli, 20 avqust 2011-ci il tarixli müqavilələr və "xxxx" Nəqliyyat Filialının müdiri cənab Şahid İddiaçı adından, yəni onun adından yazılmış xx.xx.2010-cu il tarixli, xx.xx.2011-cu il tarixli, xx.xx.2013-cu il tarixli ərizələr təqdim edildi. xx.xx.2006-cı il tarixli müqavilənin özü ona təqdim edilmədi. Lakin qeyd edilən bu müqavilələrə əlavələr habelə cənab Şahid ünvanlanmış ərizələr onun tərəfindən yazılmamış və o sənədlərdəki imzaların heç biri ona məxsus olmamışdır. Bu hal Azərbaycan Respublikası “X4” tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının 530 nömrəli rəyi ildə öz təsdiqini tapır. Həmin rəylə müəyyən olunur ki, "xxxx" Nəqliyyat Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında a) 23 fevral 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, b)05 avqust 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş edilmiş mübahisəli imza, ç) 20 avqust 2011-ci il tarixli müaqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, "xxxx" Nəqliyyat Filialının müdiri cənab Şahid İddiaçı adından yazılmış, a) xx.xx.2010-cu il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, b) xx.xx.2011- ci il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, c) xx.xx.2013-cü il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasmda icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir. Rəydən də göründüyü kimi, qeyd edilən sənədlər onun tərəfindən deyil onun adından saxtalaşdırılaraq imzalanmışdır. Bu səbəbdən də həmin müqavilələrə əlavələr habelə Şahid ünvanlanmış ərizələr öz-özlüyündə etibarsızdır və mənim üçün heç bir öhdəlik yaratmır. Bundan əlavə "xxxx"ndan ona verimiş çıxarışdan görünür ki, onun Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 55739 manat 90 qəpik (əlli beş min yeddi yüz otuz doqquz manat 90 qəpik),xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 5079,64 manat ( beş min yetmiş doqquz manat 64 qəpik) borcu var. Lakin onun bu kredit müqavilələri üzrə banka hər hansı bir borc öhdəliyim mövcud deyildir və göründüyü kimi müqavilələrdəki imzalar da ona məxsus deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçının borc öhdəliyinin yaranması üçün əsas yoxdur. Borc öhdəliyi yalnız qarşı tərəfin verdiyi yanlış məlumata əsasən mövcuddur. İddiaçının borclu olduğu təqdirdə cavabdeh təşkilat məhkəməyə müraciət edərdi. Lakin bank məhkəməyə müraciət etmirdi. Hadisənin üstündən artıq 16 il keçdiyinə görə mübahisəli kredit müqavilələrinin bağlanıb-bağlanmadığını iddiaçı xatırlamaya bilər. İddiaçı tərəfindən imzalanmamış əlavələrlə isə borcun qaytarılması üzrə icra müddəti uzadılıb. Hal-hazırda iddiaçının borclu olmasını sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Lakin cavabdeh tərəfindən məhkəməyə məxaric qəbzi belə təqdim edilməmişdir. Reyestrdəki qeydlər bankın verdiyi səhv məlumata əsasən tərtib edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə və eyni zamanda müqavilələrə əlavələrin saxtalaşdırılması faktı üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X6 iddiaya etiraz edərək izahatında bildirmişlər ki, iddia əsassızdır. İddiaçının borcu ilə bağlı "xxxx" MMCdəkı məlumat səhv ola bilər, bununla bağlı banka müraciət edilərək düzəliş edilməsi mümkündür. İddiaçıya müvafiq məbləğdə kredit verilməsi faktı ekspert rəyi ilə təsdiq edilir. İddiaçı bankın xarici ölkədəki nümayəndəsi olub, Bakı şəhərində çox vaxt olmurdu. Kredit işlərini çox vaxt bankın əməkdaşı və dostu olan Şahid vasitəsilə həyata keçirirdi. Əsas müqavilələr bağlanan tarixlərdə iddiaçı özü Bakı şəhərində olub, müqavilələri özü şəxsən imza edib. Əlavələri imzalamaq səlahiyyəti şifahi qaydada Şahid verilmişdir. İddiaçının götürdüyü kredit üzrə borcu var, bu barədə maliyyə arayışını təqdim etmişlər. Kredit müqaviləsi onun iradə ifadəsi əsasında imza edilib. Cavabdehin məhkəməyə müraciət etməməsi də bankın, iddiaçının bankda olan səhmləri üzrə dividend kimi köçürülən pul vəsaitinin borcun hesabına akseptsiz qaydada silmək hüququna malik olması ilə izah edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.2006-cı il tarixli kredit sifarişindən görünür ki, İddiaçı evini təmir etmək üçün 12 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilməsini "xxxx" ASC-dən xahiş etmişdir. "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 583 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 12 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 40.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000$ (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 15.322$ (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıqının istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2010 təyin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı xx.xx.2010-cu il tarixli ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 14,322 (on dörd min üç yüz iyirmi iki) ABŞ dolları məbləğində qalıq hissəsinin istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2011 təyin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı tarixi göstərilməyən ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 2,822 (İki min səkkiz yüz iyirmi iki) ABŞ dolları qalıqının istifadə müddətini 28 (iyirmi səkkiz) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2013 təyin edilməsini xahiş etmişdir. Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinin 26.000 (iyirmi altı min) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 12 (on iki) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2008-ci il təyin olunsun. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit Müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinə 23.880 (iyirmi üç min səkkiz yüz səksən) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 6 (altı) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2009-cu il təyin olunsun. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit Müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kreditin vəsaitinin, 15.322 (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın, və yeni ödəmə müddəti xx.xx.2010-cu il təyin edilsin. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2006cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaitinin 14.322 (on beş min üç yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın, və yeni ödəmə müddəti xx.xx.2011-ci il təyin edilsin. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsinə əlavənin edilməsi haqqında xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa qəlmişlər: xx.xx.2006-cı il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 40.000-00 (qırx min) ABŞ dolları məbləğinə kredit vəsaitinin 2.822 (İki min səkkiz yüz iyirmi iki) ABŞ dolları qalıq hissəsinin ödəmə müddəti 28 (iyirmi ) ay müddətinə uzadılsın və yeni ödəmə müddəti xx.xx.2013-cü il təyin olunsun. xx.xx.2007-ci il tarixli kredit sifarişindən görünür ki, İddiaçı mənzil almaq üçün 24 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilməsini "xxxx" ASC-dən xahiş etmişdir. "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10435 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 24 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 200.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, yeni mənzil alınması üçün 24 (iyirmi dörd) ay müddətinə 200.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 70.700 $ (yetmiş min yeddi yüz) ABŞ dolları qalığının istifadə müddətini 12 (on iki) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2010-cu il təyin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid ünvanladığı xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixli Kredit müqaviləsinə əsasən ona, İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 27.212 $ (iyirmi yeddi min iki yüz iyirmi iki) ABŞ dolları qalığının istifadə müddətini 24 (iyirmi dörd) ay uzadılması və yeni ödəmə tarixi xx.xx.2015-ci il təyin edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 70.700 (yetmiş min yeddi yüz) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 12 (on iki) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2010-cu il təyin edilsin. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 69.700 (altmış doqquz min yeddi yüz) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 36 (otuz altı) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2013cü il təyin edilsin. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Krediti Müqaviləsinə 2 saylı əlavənin edilməsi haqqında xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə aşağıdakı əlavənin edilməsi barədə qarşılıqlı razılığa gəlmişlər: xx.xx.2007ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vəsaitinin 27.212 (iyirmi yeddi min iki yüz iki) ABŞ dolları qalıq hissəsinin istifadə müddəti 24 (iyirmi dörd) ay uzadılsın və yeni ödəmə müddəti xx.xx.2015-ci il təyin edilsin. xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında əsas borc üzrə 1 ABŞ dolları, faiz borcu üzrə 7.532,57 ABŞ dolları məbləğində ödənilməmiş borc öhdəliyi mövcuddur. xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında əsas borc üzrə 1 ABŞ dolları, faiz borcu üzrə 55.739,06 ABŞ dolları məbləğində ödənilməmiş borc öhdəliyi mövcuddur. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli SF-5486 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 55.739,90 USD, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə isə "xxxx" ASC-yə ödənilməli olan faiz məbləği 5.079,64 USD kimi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1105/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, vəsatət və təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı məxsus "xxxx" ASC-nin avtomatlaşdırılmış reyestrində olan 642,654 ədəd səhmlərinin və həmin səhmlər üzrə hesablanacaq sonrakı dividentlərin üzərinə həbs qoyulması qərara alınmışdır. “X5” MMC-nin xx.xx.2021-ci il tarixli, 530 saylı ekspert rəyindən görünür ki, mübahisə predmetinə aid olan Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əlavənin edilməsi haqqında: 1. 23 fevral 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. 05 avqust 2009-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3. 19 avqust 2010-cu il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 4. 20 avqust 2011-ci il tarixli müqavilənin “İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza; Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat Filialının müdiri cənab Şahid İddiaçı adından yazılmış: 1. xx.xx.2010-cu il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 2. xx.xx.2011-ci il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza, 3. xx.xx.2013-cü il tarixli ərizənin “Hörmətlə İddiaçı” qrafasında icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul vəsaitinin geri qayatarılması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-123-cü vərəqələrində yerləşən "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında olan 22 avqust 2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində “Borc alan İddiaçı” qrafasından aşağıda yerləşən “İmza qrafasındakı imza və “İddiaçı” əlyazmaları, 124-127-ci vərəqlərində olan 12 iyun 2006-cı il tarixli kredit sifarişində “İmza:9 qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmada (N 131) “Borcalan” qrafasındakı imza və “Hüseynov” əlyazması; mülki işin 135-142-ci vərəqlərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı" Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-cİ vərəqində “Borc alan: İddiaçı” qrafasından aşağıda yerləşən imza” qrafasındakı imza və “İddiaçı" əlyazmaları, 143-146-cı vərəqlərində olan 24 dekabr 2007-ci il tarixli kredit sifarişində “İmza:” qrafasındakı imza və “Hüseynov" əlyazması; xx.xx.2007-ci il tarixli (i/150) ərizədə "İddiaçı" yazıalarından əvvəl yerləşən imza və “İddiaçı" əlyazmaları - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2009-cu il tarixli (i/v 128) və xx.xx.2010-cu il tarixli (i/v 129) və tarixsiz (i/v 130) ərizələrdə “İddiaçı“ yazıalarından əvvəl yerləşən imzalar; xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixlil, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmalarda (i/v 132-134a) “Borcalan" qrafasındakı imzalar; xx.xx.2013-cü il tarixli (i/v 148) və xx.xx.2009-cu İl tarixli (i/v 149) ərizələrdə “İddiaçı" yazıalarından əwəl yerləşən imzalar; xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr _2Q10-cu il tarixli əlavə razılaşmalarda (i/v 147, 151-152) “Borcalan” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" ASCyə ümumi borcu 5.080,87 ABŞ dolları, xx.xx.2007-ci il tarixli 10435 nömrəli kredit müqaviləsi üzrə - 55.741,13 ABŞ dolları təşkil edir. İddia ərizəsindən göründüyü kimi İddiaçı xx.xx.2007-ci və xx.xx.2006-cı il tarixli kredit müqavilələrinin və həmin müqavilələrə əlavələrin onun tərəfindən imzalanmadığına, həmin sənədlərə əsasən ona aid hər hansı öhdəliyin yaranmadığına istinad edərək Azərbaycan Kredit Reyestrində ("xxxx" MMC-də) onun adına xx.xx.2007-ci il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələrinə əsasən qeydə alınmış 55.739,90 manat və 5.079,64 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə iddiaçının istinad etdiyi hallara əsasən hazırki iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Mülki Məcəllənin 337.1-337.4-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların mövcudluğunu müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1144 nömrəli ekspert rəyinə əsasən "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında bağlanmış 22 avqust 2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinin, 12 iyun 2006-cı il tarixli kredit sifarişinə dair ərizənin, xx.xx.2006-cı il tarixli 583 nömrəli kredit müqaviləsinə 20 avqust 2007-ci il tarixli əlavə razılaşmanın, “Azərbaycan Beynəlxalq Bankı" Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-cı il tarixli 10435 nömrəli kredit müqaviləsinin, 24 dekabr 2007-ci il tarixli kredit sifarişinə dair ərizənin, xx.xx.2007-ci il tarixli ərizənin İddiaçı tərəfindən imzalandığı müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli və tarixsiz ərizələrin, xx.xx.2006-cı il tarixli 583 saylı kredit müqaviləsinə 23 fevral 2009-cu il tarixli, 05 avqust 2009-cu il tarixli, 19 avqust 2010-cu il tarixli, 20 avqust 2011-ci il tarixli əlavə razılaşmaların, xx.xx.2013-cü il tarixli və xx.xx.2009-cu il tarixli ərizələrin, xx.xx.2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinə 06 dekabr 2013-cü il tarixli, 24 dekabr 2009-cu il tarixli, 25 dekabr 2010-cu il tarixli əlavə razılaşmaların İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən imzalandığı müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tədqiq edilən ekspert rəyinə əsasən kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair bəzi ərizələrin və bu ərizələrə əsasən bağlanmış bəzi razılaşmaların İddiaçı tərəfindən imzalandığı halının öz təsdiqini tapmaması tərəflər arasında kredit müqavilələrinin bağlanmadığına, bu müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətlərinin ümumiyyətlə yaranmadığına dəlalət etmir. Belə ki, sözügedən ekspert rəyi ilə əsas kredit müqavilələrində, kredit sifarişinə dair ərizələrdə, 20 avqust 2007-ci il tarixli əlavə razılaşma və xx.xx.2007-ci il tarixli ərizədə mövcud olan imzanın iddiaçıya məxsus olduğu faktı öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mübahisəli kredit müqavilələri qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilələr, müqavilə tərəfi olan şəxslər tərəfindən şəxsən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçının kredit müqavilələrinin onun tərəfindən imzalanmadığına, həmin sənədlərə əsasən ona aid hər hansı öhdəliyin yaranmadığına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mübahisələndirilən kredit müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas vermir. Məhkəmə cavabdehin təqdim etdiyi bəzi sənədlərin İddiaçı tərəfindən imzalanmadığını nəzərə alaraq həmçinin qeyd etməyi zəruri sayır ki, bu sənədlər kredit məbləğinin verilməsinə dair ərizə və müqavilə deyil, iddiaçı tərəfindən imzalanmış əsas müqavilələr üzrə verilmiş kredit məbləğinin qalıq vəsaitindən istifadə müddətinin uzadılmasına dair ərizələr və bu ərizələrə əsasən bağlanmış razılaşmalardır və həmin sənədlərin iddiaçı tərəfindən imzalanmaması tərəflər arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yaranmaması anlamına gəlmir. Həmin sənədlərin etibarsız olması isə iddiaçının mübahisəli kredit müqavilələri üzrə yaranmış borcun ümumi məbləğinə (daha az və çox olmasına) təsiri olsa da, bu məsələ hazırki məhkəmə araşdırmasının predmeti olmadığı üçün məhkəmə ekspert rəyində iddiaçı tərəfindən imzalanmadığı təsbit edilən bu sənədlərə münasibət bildirməsini zəruri hesab etmir. Belə ki, işə baxan məhkəmə tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən etməli və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparmalıdır. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və beləliklə də borcun silinməsi üçün istinad edilən əsasların mövcudluğunu müəyyən etmək mümkün olmadığı üçün məhkəmə tərəfindən iddia əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə həmçinin iddiaçı tərəfin hazırki işin halları üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından, digər şəxslərin həmin işə aidiyyəti müəyyən edilmədiyindən hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 138 manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-792/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-792/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver