Məhkəmə qərarları › İş №2(006)-795/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-795/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-795/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı "borcun tutulması və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 saylı kredit müqaviləsi üzrə 371,01 manat əsas borc, 48,09 manat faiz borcu olmaqla, cəmi 419,10 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutularaq «xxxx» ASC-yə ödənilməsi və tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyarlı, 9,7 qram çəkidə 1 ədəd boyunbağıya yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 30% ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Eyni zamanda bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 nömrəli girov müqaviləsi bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 nömrəli girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində cavabdehə məxsus 583 əyarlı, 9,7 qram çəkidə 1 ədəd boyunbağı bankın pul anbarına saxlanca verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixinə borclunun 800805-843075/1 saylı kredit müqaviləsi üzrə 371,01 manat əsas borc, 48,09 manat faiz məbləği olmaqla, cəmi 419,01 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş şərtlərə və qaydaya kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidməti tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətlərində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 saylı girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, Cavabdeh «xxxx» ASC ilə bağladığı xx xxxxxx 2020-ci il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan çəkisi 9,7 qram, əyarı 583, qiyməti 817,13 manat olan qızıl-zinət əşyasını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 800805-843075/1 nömrəli kredit müqaviləsi üzrə 371,01 manat əsas borc və 48,09 manat faiz borcu olmaqla, cəmi 419,1 manat məbləğində kredit borcu təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcunun 5 gün ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə «xxxx» ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, ********* nömrəli qəbz üzrə iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyaya yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 371,01 manat əsas borc, 48,09 manat faiz borcu olmaqla, cəmi 419,10 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus çəkisi 9,7 qram, 583 əyarlı boyunbağıdan ibarət olan qızıl-zinət əşyasına yönəldilməli, həmin əşya açıq hərracda satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilməli, borc ödənildikdən sonra girov qoyulmuş qızıl-zinət əşyasının satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda isə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 371,01 (üç yüz yetmiş bir manat, bir qəpik) manat əsas borc, 48,09 (qırx səkkiz manat, doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 419,10 (dörd yüz on doqquz manat, on qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus çəkisi 9,7 qram, 583 əyarlı boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilsin. Həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, borc ödənildikdən sonra girov qoyulmuş qızıl-zinət əşyasının satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar