Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-795/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində məhsulun sifariş edilmiş günə olan məzənnəyə uyğun ona vurulmuş Azərbaycan manatı ilə 200 (iki yüz) ABŞ dolları dəyərində zərər cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh internet səhifəsi – “mover.az” saytında yaradılmış V278052 nömrəli müştəri hesabı vasitəsilə X1 xx.xx.2022ci il tarixdə 200 (iki yüz) ABŞ dolları dəyərində məhsul sifariş etmişdir. Sifariş etdiyi MVRM********** izləmə kodlu məhsul 03 yanvar 2023-cü il tarixdə cavabdehin X2 yerləşən anbarına təhvil verilmiş və 05 yanvar 2023-cü il tarixdə **********845 nömrəli elektron sadələşdirilmiş gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilmiş tarixdən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq sifariş edilmiş məhsullar hələ də cavabdeh tərəfindən xarici anbardan göndərilməmişdir. Belə ki, iddiaçı sifariş etdiyi məhsulu gömrük orqanına bəyan etdikdən sonra dəfələrlə cavabdehin işçiləri ilə əlaqə saxlayaraq, həmçinin cavabdehin ofisinə yaxınlaşaraq həmin məhsulların xarici anbardan göndərilməsinin gecikdirilməsi ilə maraqlanmışdır. Lakin, cavabdehin işçiləri tərəfindən müxtəlif bəhanələr gətirilərək sifariş edilmiş məhsulun qısa zamanda göndəriləcəyi iddiaçıya bildirilmişdir. Halbuki, sonradan Cavabdeh bağlandığı və iddiaçı ilə oxşar vəziyyətdə olan 1500-dən çox məhsul sifarişçisinin də məhsullarının təhvil verilmədiyi məlum olmuşdur. İddiaçı sifariş etdiyi məhsulların cavabdeh tərəfindən təhvil verilməməsi ilə bağlı 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, həmin qurumdan verilmiş cavab məktubunda qeyd edilmişdir ki, çoxsaylı istehlakçı müraciətlərini nəzərə alaraq, Cavabdeh MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin inzibati binasında qəbul edilərək dinlənilmiş, eyni zamanda yaxın günlərdə bütün vətəndaşların bağlamalarının çatdırılacağı barədə verdiyi şifahi məlumat nəzərə alınmışdır. Sonradan Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X2 yerləşən anbarının fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyəsiz yerinə yetirilməsi halı mövcud olduğu müəyyən edilmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3- 21-1/2-4702/2023 nömrəli məktubla Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün Dövlət Xidmətinə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri xx.xx.2023-cü il tarixli 3-21-1/2-4702/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru xx.xx.2023-cü il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dindirilən zaman ilkin olaraq yaxın günlərdə bütün vətəndaşların bağlamalarının çatdırılacağı barədə şifahi məlumat versə də, on gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məktub göndərərək xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh MMC-nin xarici anbarının fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirmişdir. Lakin, dindirmə zamanı üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində məhsulun sifariş edilmiş günə olan məzənnəyə uyğun vurulmuş Azərbaycan manatı ilə 200 (iki yüz) ABŞ dolları dəyərində zərər cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinə və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: “Unibank” KB-nin xx.xx.2023-cü il tarixli çıxarış sənədindən görünür ki, müştəri İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində (əməliyyat tarixi (transaction date) eBay O*18-09535-34874 hesabına (təyinat (description)) 200.98 USD məbləğində məxaric (paid out) edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında yaranmış mübahisə barədə aidiyyəti üzrə baxılmışdır. Çoxsaylı istehlakçı müraciətlərini nəzərə alaraq, Cavabdeh MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin inzibati binasında qəbul edilərək dinlənilmiş, eyni zamanda yaxın günlərdə bütün vətəndaşların bağlamalarının çatdırılacağı barədə verdiyi şifahi məlumat nəzərə alınmışdır. Sonradan Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X2 yerləşən anbarının fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyəsiz yerinə yetirilməsi halı mövcud olduğu müəyyən edilmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3-21-1/2-4702/2023 nömrəli məktubla Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün Dövlət Xidmətinə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri xx.xx.2023-cü il tarixli 3-21-1/2- 4702/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərində də ödənilməsini həll edir. Qeyd olunanlara əsasən, maddi və mənəvi zərər tələbi ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmədə iddia qaldırıla bilər. “Vətəndaşların müraciətlərin haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciət barədə qəbul edilmiş qərarla razılaşdmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması izah edilmişdir. Sifariş məlumatlarına dair sənəddən görünür ki, “2015-2022 Kawasaki Ninja H2 ZX1000 OEM X4 Change Kit KAW118” adlı yağları üçün 200.98 USD (ABŞ dolları) məbləğində ödəniş edilmişdir. Elektron ticarət – sadələşdirilmiş bəyannamə sənədlərindən görünür ki, xx.xx.2023cü il tarixində bəyan edən İddiaçı (bəyannamə № **********845) Mover izləmə kodu (Tracking İD) “MVRM**********” olan məhsulu sifariş və bəyan etmişdir. Məhsul (maşın ehtiyat hissələri – Digər: 1 ədəd – 200 USD – Daşıma xərci 71.25 USD) ABŞ-da satıcı “Powersportsauthority”dan **********37 izləmə kodu ilə göndərilmiş və xarici anbara çatdırılmışdır. “mover.az” internet resursundan çıxarışlardan görünür ki, qiyməti 200 ABŞ dolları olan bağlama “mover.az”-ın ABŞ-kı xarici anbarına daxil olaraq bağlamaya izləmə kodu verilmiş, bağlama bəyan edilmiş və hazırda statusu xarici anbardadı qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində mülki iş üzrə müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh internet səhifəsi – “mover.az” saytında yaradılmış V278052 nömrəli müştəri hesabı vasitəsilə X1 200 (iki yüz) ABŞ dolları dəyərində məhsul almış və daşımasını Cavabdeh MMC-yə həvalə etmişdir. Məhsullar xx.xx.2023-cü ildə cavabdehin Amerikada yerləşən anbarına daxil olmuş, iddiaçı tərəfindən cavabdehin tətbiqi vasitəsilə bəyan olunmuş, lakin iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məhsullar hal-hazıradək iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı həmin məhsul üçün ödədiyi pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar iddia tələbinin qanuni əsası ilə uzlaşır. Belə ki, məhsulların xx.xx.2023-ci ildə cavabdehə məxsus xarici anbara daxil olması, lakin 1 (bir) ildən çox keçməsinə baxmayaraq, hazıradək iddiaçıya (sifarişçiyə) çatdırılmaması həmin məhsulların itirilmiş hesab olunması üçün, məhsulların itirilməsi isə onun tam dəyərinin daşıyıcı şirkət (cavabdeh) tərəfindən ödənilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb əsaslı olduğundan və sübutetmə yükü cavabdehin üzərində olmasına baxmayaraq, onun tərəfindən məhsulların iddiaçıya təhvil verilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 9.2-ci maddəsinə əsasən, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 200 (iki yüz) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 200 (iki yüz) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-795/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-795/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver