Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-815/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, Cavabdeh oğlunun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 30.12.2015-ci il tarixli, 7834 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 220221.21 iki yüz iyirmi min iki yüz iyirmi bir manat iyirmi bir qəpik) manat əsas borc, 7687.51 (yeddi min altı yüz səksən yeddi manat əlli bir qəpik) manat faiz borcu cəmi borcu 227908.72 (iki yüz iyirmi yeddi min doqquz yüz səkkiz manat yetmiş iki qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulması, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 30.12.2015-ci il tarixli, 7834 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılsın, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsin, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin, 03 avqust 2021-ci ildə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankının “Müştəri Xidməti Departamenti” ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli, 7834 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 256000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə Bank arasında 30.12.2015-ci il tarixli, 7834 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, mənzil 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 29.09.2020-ci il tarixə Cavabdeh Banka 220221.21 manat əsas borc, 7687.51 manat faiz borcu cəmi borcu 227908.72 manat təşkil edir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh borc öhdəliyini icra etmir, buna görədə borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, hazırda onun "xxxx" ASC-nə heç bir borcu yoxdur. Belə ki, o, borcunu tam olaraq ödəmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankının “Müştəri Xidməti Departamenti” ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli, 7834 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 256.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə ASC arasında 30.12.2015-ci il tarixli, 7834 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi ev 14, mənzil 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankın 21.12.2020-çi il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərə uyğun olaraq silinmələr aparılmışdır. Yalnız texniki yanlışlıq səbəbi ilə kredit üzrə əksə olunmuş gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun məlumat bazasında düzəliş edilməsi ilə bağlı Bank tərəfindən "xxxx" MMC-yə rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmədə müəyyən olunur ki, Cavabdeh tərəfindən borc vaxtından ödənilmiş və bu iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 25.12.2020-ci il tarixli məktubu ilə təsdiq edilir. Məktubun mətnində qeyd edilir: “Cavabdeh ilə "xxxx" ASC arasında 30 dekabr 2015ci il tarixində illik faiz dərəcəsi 8 faiz olmaqla, 240 ay müddətinə 256000 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri vətəndaş tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Qeyd edək ki, müvafiq kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərə uyğun olaraq silinmələr aparılmışdır. Yalnız texniki yanlışlıq səbəbi ilə kredit üzrə əksə olunmuş gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun məlumat bazasında düzəliş edilməsi ilə bağlı Bank tərəfindən "xxxx" MMC-yə rəsmi məktub göndərilmişdir”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-815/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-815/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver