Məhkəmə qərarları › İş №2(006)-818/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-818/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-818/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Əmrahlı Aqşı̇ n Sehraman oğlu, Cavabdeh2 Pəhlı̇ van oğluna qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Əmrahlı Aqşı̇ n Sehraman oğlu, Cavabdeh2 Pəhlı̇ van oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1014,35 ABŞ dolları əsas borc, 2203,54 ABŞ dolları faiz borcu, 216,47 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 17.12.2018-ci il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 243,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3678,06 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 3678,06 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 3278,82 ABŞ dolları və 82,53 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 20 ay müddətinə 10200 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 03 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 17 dekabr 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 17 dekabr 2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29 oktyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1014.35 ABŞ dolları əsas borc, 2203.54 ABŞ dolları faiz borcu, 432.94 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 17.12.2018-ci il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 243.7 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3894.53 ABŞ dolları borcu vardır. Cavabdeh1 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 432.94 ABŞ dollan təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 216.47 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Əmrahlı Aqşı̇ n Sehraman oğlu, Cavabdeh2 Pəhlı̇ van oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03.09.2014-cü il tarixli 15-MZ-1-0-573-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASCdən illik 23 faizlə 20 ay müddətinə 10200 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 03 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 03.09.2014-cü il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh1 xeyrinə 10200 ABŞ dolları ödəniş edilmişdir. 15-MZ-1-0-573-14 saylı,03.09.2014-cü il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 Sheraman oğlunun 03.05.2016-cı il tarixinədək aylıq 644.04 ABŞ dolları ödəməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə 03.04.2015-ci il tarixli Əlavədən görünür ki, müqavilənin müddəti 7 gün də uzadılmış və 03.04.2015-ci il tarixdən etibarən illik faiz dərəcəsi 26 % olaraq müəyyən edilmişdir. Həmin müqaviləyə 03.04.2015-ci il tarixli Əlavədən görünür ki, Cavabdeh1 aylıq 636,60 ABŞ dolları ödəməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə 17.12.2015-ci il tarixli Əlavədən görünür ki, müqavilənin müddəti əlavə olaraq 51 ay 7 gün də uzadılmışdır. Həmin müqaviləyə 17.12.2015-ci il tarixli əlavədən görünür ki, Cavabdeh1 aylıq 190,14 ABŞ dolları ödəməsi nəzərdə tutulmuşdur. 27.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 955,61 ABŞ dolları əsas borc, 2203,54 ABŞ dolları faiz, 374,2 ABŞ dolları cərimə, 256,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 3789,65 ABŞ dolları məbləğində borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 03.09.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə bankdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair həmin ASC qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 82,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 955,61 ABŞ dolları əsas borc, 2203,54 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, 243.7 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 3422,85 ABŞ dolları pul vəsaiti (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 82,53 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddia verildikdən sonra ödəniş edilmişdir və 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 955,61 ABŞ dolları təşkil edir. Eyni zamanda məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 20 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 955,61 ABŞ dolları, faiz borcu üzrə 2203,54 ABŞ dolları, 20 ABŞ dolları cərimə, 243.7 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 3422,85 ABŞ dolları pul vəsaiti (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 82,53 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar