Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-822/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 68.000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Kanada Respublikasının vətəndaşıdır. O, 2016-cı ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir və hal-hazıradək burda işləyərək yaşayır. X2 Aguiling Cayabo Cavabdeh ilə 2016-ci ilin sonlarında internet vasitəsi ilə sosial şəbəkədə tanış olmuşdur. Tanışlıqlarından sonra onların arasında səmimi münasibət formalaşmağa başlamış və nəticədə bir yerdə yaşamaq qərarına gəlmişlər. Cavabdeh bu səmimi nünasibətlərdən istifadə edərək 2018-ci ilin 4 oktyabr tarixində həmin etibarnamə əsasında 10.506 ABŞ dolları, 10.000 AZN və 23.661 ABŞ dolları olmaqla cəmi 68.000 manat məbləğində pulu iddiaçıya (İddiaçı) məxsus bank hesabından çıxararaq xx xxxxxxx 2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında ünvan 2, 37, M2, m.4 ünvanında yerləşən mənzili almış və öz adına rəsmiləşdirmişdir. Bundan sonra İddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata düşmüş və Cavabdeh ilə birlikdə yaşamışdır. xx xxx 2019-cu il tarixdə isə onlar Gürcüstan Respublikasında nikaha daxil olmuşlar. Sonradan İddiaçı cavabdehdən onun hesabından əldə etdiyi 68.000 min manat məbləğində pulu istədikdə isə Cavabdeh sözügedən vəsaiti müxtəlif bəhanələr gətirməklə geri qaytarmaqdan imtina etmişdir. Hətta cavabdehə pulun müqabilində alınmış mənzilin iddiaçıya verilməsini təklif etsələr də, Cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəblərdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi, iş üzrə tərəflər 2016-cı ilin oktyabr ayında tanış olmuşlar. 2018-ci ilin aprel ayında iddiaçı və cavabdeh faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, xx.xx.2019-cu il tarixdə isə bu münasibətləri rəsmiləşdirmişlər. Hazırda iddiaçının cavabdehdən tələb etdiyi 68.000 manat məbləğində pul vəsaiti isə iddiaçının 2 ildən artıq müddət bundan əvvəl öz həyat yoldaşına, yəni cavabdehə hədiyyə etdiyi əmlakdır. Belə ki, iddiaçı “xxxx” ASC-də onun adına olan bank hesablarında olan pul vəsaitindən 68.000 manatı cavabdehə hədiyyə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxxxx 2018-ci il tarixdə cavabdehə bank hesablarından pul vəsaitini götürmək və həmin bank hesabları ilə bağlı sərəncam vermək səlahiyyətlərini özündə əks etdirən etibarnamə vermişdir. İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən 01.10 2018-ci il tarixdə xəstəxanada olmuşdur. Cavabdeh idiaçıya qulluq etdiyinə görə yalnız xx.xx.2018-ci il tarixdə “xxxx" ASC-yə gedərək, 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları, cəmi isə 68.000 manat məbləğində pulu iddiaçının adına bank hesablarından çıxartmış və həmin vəsaiti evə gətirmiş və iddiaçıya vermişdir. İddiaçı isə yenə də həmin pulun cavabdehə hədiyyə etdiyini və pulun artıq ona məxsus olduğunu, özünün mülahizəsinə uyğun şəkildə sərf edə biləcəyini bildirmiş və cavabdehə qaytarmışdır. Cavabdeh də ona hədiyyə edilmiş pulun boş yerə xərclənməməsi üçün həmin vəsaitə daşınmaz əmlak əldə etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2018-ci il tarixdə ünvan 2, 37, M2, mənzil 4 ünvanda yerləşən mənzili alğısatqı yolu ilə almışdır. Qeyd edilən mənzil alındıqdan sonra ər-arvad olan iş üzrə tərəflər həmin mənzilə köçmüş və mənzildə 2020-ci ilin sentyabr ayınadək, yəni tərəflər arasında münasibətlər pisləşənədək birgə yaşamışlar. İddiaçı hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşdür. Qeyd edilən pulun hədiyyə kimi cavabdehə bağışlanması, həmçinin onlar arasında aparılan whatsapp yazışmaları ilə də tam təsdiq edilir. Belə ki, həmin yazışmalardan görünür ki, Cavabdeh “xxxx” ASC-də olarkən iddiaçıya whatsapp vasitəsi ilə onun hesabından 68.000 manat və evin alınması ilə bağlı makler üçün əlavə 1.000 manat çıxaracağı barədə SMS yazmış, cavabdeh də “çox əla" sözləri ilə iddiaçıya cavab yazmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə hədiyyə etdiyi 68.000 manat məbləğində pula sonuncunun mənzil aldığını əvvəlcədən bilmişdir. Lakin bu hal keçən müddət ərzində onlar arasında hər hansı mübahisəyə səbəb olmamışdır. Mübahisənin olması da mümkün deyildir, çünki, iddiaçı həmin pulu cavabdehə bağışlamışdır. Mübahisə predmeti olan 68.000 manat az vəsait deyildir. İddiaçı tərəfindən cavabdehə etibarnamə xx xxxxxxxx 2018-ci il tarixdə verilmişdir. Pul bank hesabından xx xxxxxxx 2018-ci il tarixdə çıxarılmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Tarixlərə nəzər yetirdikdə, müəyyən edilir ki, etibarnamənin verilməsindən və pulun götürülməsindən iddiaçının məhkəməyə müraciət etməsinədək düz 2 il 2 gün vaxt keçmişdir. Hazırda güya ona məxsus pulun cavabdehin ona qaytarmadığını və bununla da onun hesabına varlandığını iddia edən iddiaçı keçən bu müddət ərzində nədənsə bununla bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Bunun səbəbi isə iddiaçının pulla bağlı iddia ərizəsində göstərilənlərin həqiqət olmaması, cavabdehə şər, böhtan atmasıdır. İş üzrə tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə nikahın pozulması barədə məhkəmədə iddia qaldırdırmışdır. İddiaçı da sanki cavabdehdən bunun qisasını almaq üçün bundan 11 gün sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə sonuncuya qarşı əsassız olan hazırki iddia tələbini irəli sürmüşdür. İddiaçının məhkəməyə belə yanlış məlumatların verilməsinin məqsədi isə cavabdehdən fayda ummaq, ona ağır zərər vurmaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AR-İ seriyalı 656921 saylı etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cayabo İddiaçı Aguiling onu “xxxx” Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi xx.xx.2019-cu il tarixədək Cavabdeh etibar etmişdir. Bu etibarnamə ilə nəzərdə tutulan hüququn həyata keçirilməsi üçün etibarnamə alana aşağıdakı səlahiyyətlər verilir: yeni cari heşabının, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək; göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq; göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək; göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində İddiaçı “xxxx” ASC-də mövcud olan hesabından 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları pul vəsaitini məxaric etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 35 saylı evin ümumi sahəsi 46 kv.m olan 8 nömrəli mənzilini tam mülkiyyət üzrə 68000 manata alıcı Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, ev 35, mənzil 8 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehə verdiyi etibarnamə əsasında sonuncunun xx.xx.2018-ci il tarixində iddiaçının “xxxx” ASC-də mövcud olan hesabından 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları pul vəsaitini məxaric etməsi və həmin pul vəsaiti ilə ünvan 2ndə yerləşən 35 saylı evin 8 nömrəli mənzilini alması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəf bu faktı etiraf etməkdədir, eyni zamanda işin bu halı iş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır. İddiaçı tərəf cavabdehin həmin pulla əsassız varlandığını iddia etsə də, cavabdeh tərəfin mövqeyi pulun bağışlama müqaviləsi çərçivəsində verildiyinə dairdir. İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamədən müəyyən edilir ki, məhz “xxxx” Bank ASC-də və ya onun istənilən filialında iddiaçını təmsil etmək və iddiaçının adına olan hesablar üzərində sərəncam vermək səlahiyyəti xx.xx.2019-cu il tarixədək Cavabdeh etibar edilmişdir. Beləliklə, cavabdeh ona verilmiş еtibаrnаmə əsаsındа hərəkət еdərək “xxxx” Bank ASC-dən 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları pul vəsaitini qəbul еtmişdir. Bundan sonra cavabdeh alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 35 saylı evin 8 nömrəli mənzili almış və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar. İddiaçı bu mənzilin cavabdehin adına qeydiyyata alındığından da məlumatlı olmuşdur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən etmiş, lakin məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-822/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-822/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver