Məhkəmə qərarları › İş №2(006)-825/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-825/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-825/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 760 (yeddi yüz altmış) manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması və dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, öz izahatında bildirmişdir ki, idarə etdiyi “Hyundai Accent” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixində saat təxminən 14:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsindən Həsən bəy Zərdabi küçəsinə dönmək məqsədi ilə işıqforun qadağanedici qırmızı işığında dayandığı halda Cavabdeh (Ş/V AA 1149447) idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı “Nissan Tida” markalı avtomobili ilə onun avtomobilini arxadan vuraraq ona maddi ziyan vurdu. Hadisə yerində 102 qaynar xəttinə müraciət etdi və hadisə barədə məlumat verdi. YPX inspektoru hadisə yerində qarşı tərəfin icbari sığortasının olmamasını müəyyən etdi və hər ikisinin sənədlərini alaraq Yasamal Rayon YPX Şöbəsinə gəlməklərini bildirdilər. Yasamal Rayon YPX Şöbəsində günahkar tərəfin “Nissan Tida” markalı avtomobilin sürücüsü Cavabdeh olduğu müəyyənləşdirildi. Lakin, icbari sığortanın olmaması səbəbindən və qarşı tərəfin avtomobilinə dəymiş ziyanı ödəməkdən boyun qaçırdığı üçün işin məhkəmə qaydasında həll olunmasını bildirdilər. Hadisə nəticəsində avtomobilinə təxminən 560 (beş yüz altmış) manat dəyərində ziyan dəymişdir. Bundan əlavə, avtomobilin vurulması nəticəsində gündür ki, o, icarəyə avtomobil götürərək işlərini idarə edir. Bundan əlavə, avtomobili düzələnədək bir müddət də vaxt tələb olunacaq və bu müddət ərzində o məcburdur ki, icarə avtomobildən istifadə etsin. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə “12” dekabr 2022-ci il tarixdə tərəfindən şifahi olaraq bildirmişdir. Həmin bildiriş bugünkü günə qədər cavabsız qalmışdır və məhkəməyə müraciət etməyini bildirdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 038092№-li Nəqliyyat vasitələrinin zədələnməsi barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi və İddiaçı məxsus **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədə almışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı X3 Protokoldan və TP ******* saylı X4 X2 görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00-da baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 0012№-li Aktdan görünür ki, İddiaçı məxsus olan 2006-cı il buraxılışlı,**-UH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə qəza zamanı dəymiş ziyanın məbləği 360 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 9/1079№-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Hyundai Accent” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 360 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi «Nissan Tida» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus «Hyundai Accent» markalı, **- UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yasamal rayon DYPS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli X4 haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469.1-ci maddələri ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 9/1079 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2006-cı il buraxılışlı “Hyundai Accent” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 360 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. İddianın hüquqi tərəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1096-cı maddəsinin mənasına görə, hazırki cavabdehlər iddiaçı qarşısında yalnız təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) mövcud olduğu təqdirdə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutlar Cavabdeh təsqirli əməlinin və bu əməllə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət edir. Məhkəmə ekspert rəyini əsas götürərək, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin müəyyənləşdirilmiş 360 manat məbləği əsas kimi tutularaq hesab edir ki, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 360 (üç yüz altmış) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb təmin edilməli və iddia qaldırılması üçün ödənilən 31 (otuz bir) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh “Hyundai Accent” markalı, **-UH-*** dövlət qeydiyyat avtomobilə vurulmuş zərərin əvəzi olaraq 360 (üç yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Hyundai Accent” markalı, **-UH-*** dövlət qeydiyyat avtomobilə vurulmuş zərərin əvəzi olaraq 360 (üç yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar