Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-853/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə məskunlaşdırma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə məskunlaşdırma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu Bakı şəhəri Hüseynbala Əliyev küçəsi 56 saylı evin 16 saylı mənzilinə icbari məskunlaşması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər tam mülkiyyət hüququ ilə ona məxsus olmuş Bakı şəhəri Hüseynbala Əliyev küçəsi 56 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmuşdur və indi də orda istifadəçi kimi qeydiyyatdadır. 2018-ci ildə qeydiyyatda olduğu mənzili Masallı rayonu Bədəlan kənd sakini Cavabdeh satmış, lakin mənzildə qeydiyyatda qalmaqda davam etmişdir. Yaxın günlərdə mənzilini Cavabdeh satın almaq istəyən tanımadığı şəxs ona zəng edərək qeydiyyatda olduğu həmin mənzildən qeydiyyatdan çıxarılmasına razı olub-olmayacağını ondan soruşmuşdur. O, yalnız bu zaman xəbər tutmuşdur ki, Cavabdeh mənzilini ondan xəbərsiz satlığa qoyub. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan baxılaraq mahiyyəti üzrə hüquqi qiymət verilməsini tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 56 ünvanda yerləşən 16 saylı mənzili və həmin mənzilin altında olan qeyri-yaşayış zirzəmisini X3 xx.xx.2014-cü il tarixdə rəsmi şəkildə notarial qaydada satmışdır və buna əsasən Valera Məmmədbağırov adı çəkilən ünvan üzrə çıxarış əldə etmişdir. xx.xx.2016-cı il tarixdə o, Valera Məmmədbağırovdan həmin mənzili satın almışdır. Hal-hazırki dövrədək mənzilə fasiləsiz və etirazsız sahiblik edir. İddiaçının Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 56 ünvanda yerləşən 16 saylı mənzili 2014-cü ildə X3 satmasını nəzərə aldıqda bəlli olur ki, iddiaçı mənzili artıq 14 ilə yaxındır ki satmışdır. Əgər iddiaçı həqiqətən hesab edirdisə ki, onun mənzili satdıqdan sonra hər hansı hüququ pozulubsa və mübahisəli mənzildə onun yaşamaq və istifadə hüququ vardır, onda vaxtında öz hüquqlarının bərpa edilməsi barədə iddia qaldırmış olmalı idi. İddiaçı uzun illər ərzində mənzillə bağlı hər hansı iddia irəli sürməyibsə, onda onun hər hansı hüququ pozulmayıb və o, sadəcə hüquqdan sui-istifadə edərək məhkəməyə müraciət edir. Bu səbəbdən, İddiaçı ona qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun bərpa edilməsi və mənzilə məskunlaşdırma» iddia tələbinə iddia müddəti tətbiq edilməsini və hazırki iddia üzrə iddia müddətinin ötürülmüş hesab edilməklə iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətnin tətbiq edilməsi barədə ərizəni müdafiə etdi və izahatında bildirdi ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının məskunlaşmasını istədiyi mənzil 2014-cü il tarixdə X3 rəsmi qaydada Notariat Kontorunda satılmışdır. Həmin müqavilənin 13-cü bəndində qeyd edilir ki, şəxs mənzili satıb və bir il ərzində də qeydiyyatdan da çıxmışdır. Hesab edir ki, iddiaçı 10 illik ümumi iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçının həmin mənzilə hüququ qalmamışdır. İddia ərizəsini əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilini İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil (ümumi sahəsi 41,27 m2 olan), xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 10,6 m2 olan qeyri-yaşayış sahəsi (zirzəmi) İddiaçı mülkiyyətində olmuşdur. Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilini X1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil (ümumi sahəsi 41,27 m2 olan), xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 10,6 m2 olan qeyri-yaşayış sahəsi (zirzəmi) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilini Cavabdeh satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil (ümumi sahəsi 41,27 m2 olan) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 968 saylı reyestr kitabının 86822 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 43 saylı Notariat Kontorunda olan notariat işindəki sənədlər toplusundan görünür ki, daşınmaz əmlak iddiaçı tərəfindən özgəninkiləşdirilərkən bütün zəruri notariat hərəkətləri aparılmış, əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunmuş, müvafiq razılıq ərizələri alınmışdır. Eləcə də, İddiaçı X4 ilə bağladığı alğı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən satıcı kimi müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, yuxarıda qeyd olunan mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı mənzilini digər şəxsə, həmin şəxs isə alğı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdehə satmışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olsa da, mənzil satılan vaxtdan həmin mənzildən köçüb başqa yaşayış yerinə getmişdir, faktiki olaraq iddia predmeti olan mənzildə yaşamır. İddiaçının mənzilə istifadə hüququnu yaradan əsas (mülkiyyət hüququ) aradan qalxmış, mənzil özgəninkiləşdirilmiş və daşınmaz əmlak dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Mahiyyət etibarı ilə iddiaçı cavabdehə məxsus mənzildən istifadə hüququnu itirmişdir və mənzildə qeydiyyatda qalması iddiaçının mənzildən istifadə hüququnun mövcud olması anlamına gəlmir. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb onun əsassız olması qənaətinə gəlməklə yanaşı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırki işdə iddia tələbinin irəli sürülməsi üçün iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia müddətinin tətbiqi məsələləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəsli ilə tənzimlənir. Məcəllənin 367.1-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi özlüyündə əsassız olduğundan iddia müddətinə dair ərizəyə münasibət bildirilmədən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə məskunlaşdırma» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə məskunlaşdırma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-853/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-853/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver