Məhkəmə qərarları › İş №2(006)-903/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-903/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-903/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "X10 Azərbaycan" X2rşı «artıq ödənilmiş pulun qaytarılması tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı "X10 Azərbaycan" X3rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borcun tutulması tələbi»nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X10 Azərbaycan" X2rşı "artıq ödənilmiş pulun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixdə İddiaçıla "X10 Azərbaycan" QSC arasında "Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə" imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə və s. dair şərtlər bank hesabı, debet kartı və zaminliyə aid müqavilənin müvafiq hissələrindəki maddələr/müddəalarla tənzimlənir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli sözügedən qarışıq müqavilədə tərəflər arasında ödəniş pul vahidi kimi məhz Azərbaycan manatı nəzərdə tutulmuşdur (müqavilənin 3.2.2., 3.2.3., 4.1.1., 4.1.4., 5.1,-ci bəndləri). Bununla əlaqədar olaraq, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli qarışıq müqaviləsinin müddəalarını tam və şərhsiz icra edərək, cavabdehə manatla ödənişlər etmiş və hətta bunun nəticəsində 40 000 manat məbləğində artıq ödəniş də etmişdir. Lakin cavabdeh bunları inkar edərək 40 000 manat məbləğində pulu iddiaçı tərəfindən edilmiş ödənişləri qaytarmaqdan imtina edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh "X10 Azərbaycan" QSC-dən İddiaçı xeyrinə 40 000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi, İddiaçı adına Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmiş günlər və borc məlumatının ləğv edilməsi xahiş edilmişdir. Öz növbəsində, "X10 Azərbaycan" X8 İddiaçı qarşı «borcun tutulması tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il ildə «X10 Azərbaycan» QSC və İddiaçı arasında Bank hesabı, Debet kartı, Kredit Kartı və zaminlik haqqında “Qarışıq Müqavilə” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı (kart sahibi/borcalan), istehlak yönümlü 20.000 manat məbləğində kredit kart limiti ayrılmışdır, o, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək Banka qaytarmağı öhdəsinə götürmüşdür. «X10 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan İddiaçı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X10 Azərbaycan» QSC-yə olan borcu: əsas məbləğ üzrə borc 10.825,67 manat, hesablanmış və ödənilməmiş faiz borcu 1.068,01 manat, cərimə borcu 7.616,58 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 7,57 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,30 manat, cəmi borc 19.519,13 manat Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan və zaminlə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalan və zamindən kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən İddiaçı əsas məbləğ üzrə borc 10.825,67 manat, hesablanmış və ödənilməmiş faiz borcu 1.068,01 manat, cərimə borcu 7.616,58 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 7,57manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,30 manat, cəmi borc 19.519,13manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X10 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X10 Azərbaycan" X4 nümayəndəsi X7 ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi (qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan “X10 Azərbaycan" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 5 (beş) il müddətinə, 20.000 manat məbləğində kredit kartı limiti açılmışdır. İş materiallarında olan “X10 Azərbaycan" QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı kredit kart müqaviləsi üzrə istifadə edilmiş olduğu əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir və onun Banka olan borcu xx.xx.2019-cu il tarixə əsas məbləğ üzrə 10825,67 manat, faiz məbləği üzrə 1068,01 manat, cərimə məbləği üzrə 7616,58 manat, digər xərclər 7,57 manat, poçt xərci 1,30 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31702 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı və tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı müqavilə müddəti bitən xx xxxxxxx 2017-ci il tarixə və həmin tarixdən sonraki xx.xx.2017-ci il tarixdə edilən ödənişlər nəzərə alınmaqla, cavabdeh “X10 Azərbaycan” QSC-yə ümumilikdə borcun tam ödənildiyi və 17792,52 manat məbləğində artıq ödənişlərin olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. İlkin iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensassiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə artıq ödənişlər edilmişdir. Hazırda iddiaçı artıq ödənilmiş pulun qaytarılmasını tələb edir. Məhkəmə iddia tələbinin “cavabdeh "X10 Azərbaycan" QSC-dən İddiaçı xeyrinə 40 000 manat əsas borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə ekspert rəyi nəzərə alınmaqla, qismən təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq ödənilmiş 40.000 manat pulun qaytarılmasını tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı müqavilə müddəti bitən xx xxxxxxx 2017-ci il tarixə və həmin tarixdən sonraki xx.xx.2017ci il tarixdə edilən ödənişlər nəzərə alınmaqla, cavabdeh “X10 Azərbaycan” QSC-yə ümumilikdə borcun tam ödənildiyi və 17792,52 manat məbləğində artıq ödənişlərin olduğu müəyyən edilir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdeh banka cəmi 17792,52 manat artıq ödəniş edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, ilkin iddia üzrə iddiaçının artıq ödənilmiş ödənişə görə 40.000 manat məbləğində pul tələb etməsi əsassızdır. Həmçinin, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı adına Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmiş günlər və borc məlumatı ləğv edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, iş materiallarından göründüyü kimi İddiaçı “X10 Azərbaycan” QSC qarşısında xx xxxxxxx 2014-cü il tarixli, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Belə olan halda «borcun tutulması tələbi»nə dair qarşılıqlı iddia tələbinəqiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X10 Azərbaycan” QSC-dən 17792,52 (on yeddi min yeddi yüz doxsan iki manat, əlli iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17822,52 (on yeddi min səkkiz yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməli, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adına Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrində (İddiaçı ilə “X10 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə) gecikmiş günlər və borc məlumatı ləğv edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X10 Azərbaycan” QSC dən tutulubAz.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X10 Azərbaycan” QSC-dən 17792,52 (on yeddi min yeddi yüz doxsan iki manat, əlli iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17822,52 (on yeddi min səkkiz yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adına Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrində (İddiaçı ilə “X10 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə) gecikmiş günlər və borc məlumatı ləğv edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X10 Azərbaycan” QSC-dən tutulubAz.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar