Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-908/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Mirəbdülrəhimbəy qızının iştirakları ilə İddiaçı Cavabdeh Mirəbdülrəhimbəy qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirəbdülrəhimbəy qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Mirəbdülrəhimbəy qızı arasında xx.xx.2019-cu il tarixdə AKX-01042xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh Mirəbdülrəhimbəy qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01760 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə xx.xx.2019-cu il tarixdə X5 markalı, G-4 T tipli, **********0 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə olunduğu aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktla bağlı Biriliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON G-4 markalı, 1302AQ**********5 zavod nömrəli qaz sayğacının plastmas çıxış borusu deşilib. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında qaz sayğacı ilə əvəzlənmiş və qaz xətti üzərindən çıxarılmış əvvəlki qaz sayğacı yoxlanması məqsədilə laboratoriya göndərilmişdir. xx.xx.2017-ci il tarixli 29/1710-02071 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış 1302AQ**********5 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu «sayğacın arxiv yaddaşının oxunması zamanı xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə sayğacın ALARM 1 rejimində düşdüyü» müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 464,40 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 464,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin hazırda qalıq borcla birlikdə ümumilikdə borcu 464,40 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 464,40 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün İddiaçı İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh Mirəbdülrəhimbəy qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 464,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 494,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X,İddiaçı İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Mirəbdülrəhimbəy qızı iddia tələbini qəbul etməyərək sayğaca müdaxilə olunmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh Mirəbdülrəhimbəy qızı arasında xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-01042xx/xx- 2019 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Azadlıq prospektində yerləşən 70 saylı evin 176 saylı mənzildə qaz sayğacına baxış keçirilən zaman sayğacın klapanı açılmadığı üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Aktın doğruluğunu İddiaçı İB-nin əməkdaşları və sifarişçi (istehlakçı) imazalarla təsdiq etmişlər. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmamış, sayğacın yaddaş arxivi oxunmuş, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019 Alarm 1 rejimi aşkar olunmuşdur. İş üzrə İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019cu il tarixli 29/1710-02071 №-li aktına əsasən G-4 markalı 1302AQ**********5 №-li sayğacın açılmır, ALARM-1 rejimi aşkar olunmuş, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4644 kub metr əlavə sərfiyyat, yəni 464,40 manat məbləğində ödəniş hesablanmışdır. İş materiallarındakı Cavabdeh Mirəbdülrəhimbəy qızının adına olan **********01760 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 464,40 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nin abonenti olmaqla aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdeh barəsində qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçı tərəfindən qəbul edilmiş qərarla itirilmiş qazın bərpası üçün əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh Mirəbdülrəhimbəy qızı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib edilmiş və bununla əlaqədar 464,40 manat məbləğində dəymiş ziyanın hesablanmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh barəsində qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib edilsə də, məhkəmə tərəfindən cavabdehin qazdan hansı vaxtdan qeyri-qanuni istifadə edilməsi, həmin pozuntunun həqiqətəndə cavabdeh tərəfindən edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-ci il tarixli aktda götürülən sayğacın klapanı açılmaması, sınaq qurğusunda yoxlanılması mümkün olmamış, sayğacın yaddaş arxivi oxunmuş,xx.xx.2017,xx.xx.2018,xx.xx.2018 və xx.xx.2019 Alarm 1 rejimi aşkar olunması göstərilsə də, qaz sayğacına məhz cavabdeh tərəfindən müdaxilə edilməsini iddiaçı tərəf sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək qaz sayğacına hər hansı müdaxilənin edilməməsini və tərtib edilmiş aktın qanunsuz olmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat cavabdehin qaz sayğacına qanunsuz olaraq müdaxilə edilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları tədim edə bilməmiş, qanunsuz qoşulma halı olsa da belə bu halın nə vaxtdan olduğunu müəyyən edə bilmədiyindən və bu halın riskini iddiaçı tərəf daşıdığında iddia rədd edilməlidir. X4 Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X4 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə edilməsi ilə bağlı tərtib edilmiş aktın həqiqiliyi öz təsdiqini tapmadığından, onun sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mirəbdülrəhimbəy qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-908/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-908/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver