Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-915/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 241, mənzil 52-ə 30000 (otuz min) manat, Hundai Accent minik markalı, ** TS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə 4000 (dörd min) manat və Yasamal rayonu, 422-ci məhəllə M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində ümumi sahəsi 61,1 kv.m olan bir otaqlı, 63 saylı mənzilə görə 30000 (otuz min) manat kompensasiya verilməklə Cavabdeh bu əmlaklara olan 1/3 hissədə mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07 iyul 2020-ci ildə vəfat etmiş həyat yoldaşı X1 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 241 mənzil 52,HUNDAYİ ACCENT minik markalı ** TS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu 422-ci məhəllə M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində ümumi sahəsi 61.1 kv.m olan bir otaqlı 63 saylı mənzil paylı mülkiyyət hüququ ilə ona, azyaşlı oğluna və mərhumun anası Cavabdeh paylı mülkiyyət hüququ ilə miras qalmışdır. Övladı azyaşlıdır və onun himayəsindədir. Ona özü baxır və qanuni nümayəndəsidir. Maddi çətinlikləri vardır. Balaca övladının gələcəyi üçün çalışır. Cavabdehlə mənzilin real bölgüsünü aparmaq mümkün deyil. Bununla əlaqədar ekspertiza belə keçirilmiş və bunun mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmələrə müraciət etmiş olsa da, onun razı olmaması səbəbindən mənzillərin bölünməsi mümkün olmamışdır. Cavabdeh də miras qalan əmlakı zəbt edərək orada yaşayır və onların orda qalmağına maneçilik edir. Bu səbəbdən də iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Sonuncu Yasamal rayon məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qətnaməsində də onun cavabdehə kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsinin mümkünlüyü qeyd olunmuşdur. Cavabdehə onun Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 241 mənzil 52-yə 30000 (otuz min) manat, HUNDAYi ACCENT minik markalı ** TS *** dövlət nömrə nişanlı nəliyyat vasitəsinə görə 4000 (dörd min) manat və Yasamal rayonu, 422-ci məhəllə M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində ümumi sahəsi 61,1 kv.m olan bir otaqlı 63 saylı mənzilə görə 30000 (otuz min)manat kompensasiya təklifi ilə müraciət etmişdir. Lakin onun tərəfindən həç bir təklif daxil olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, 07 iyul 2020-ci ildə vəfat etmiş həyat yoldaşı X1 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 241 mənzil 52, HYUNDAİ ACCENT minik markalı ** TS *** dövlət nömrə nişanlı nəliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində ümumi sahəsi 61,1 kv.m olan bir otaqlı 63 saylı mənzil paylı mülkiyyət hüququ ilə ona, azyaşlı oğluna və mərhumun anası Cavabdeh paylı mülkiyyət hüququ ilə miras qalmışdır. ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Accent markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində"Saray” MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzilin açıq hərracda satılmalı, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Cavabdeh xx.xx.2024-ci il tarixdə aşağıdakı mətndə Pretenziya Məktubu göndərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən Bina 24, mənzil 52 saylı, Yasamal mənzilin 3/1 pay hüququnu onlara, payının dəyəri kimi X4 66 min 636 və ona düşən 66,636 min, həmçinin Yasamal rayonu X8 küçəsi 150-B 63 saylı mənzilin 3/l, X2 56,660 və onun 56,660 manat və 2006-cı il buraxılışı olan Hyundai - Accent markalı ** TS *** nömrəli avtomobilin, X4 və 4000 manat və ona (İddiaçı) 4000 manat dəyəri kimi onların paylarını satın almağını onlara təklif edir. Əks təqdirdə, pay hüquqlarını satın almadıqda və mümkün olmadıqda, açıq hərracda satılaraq, payların dəyərinin pay hüquqlarını mütənasib şəkildə ödənməsi barədə məhkəməyə müraciət edəcək. Əmlakdakı paylarının razılıqla (254,592 manat) onlardan satın alaraq, dəyəri onlara ödəndikdən sonra pay hüquqlarına xitam verilməsinə razı olub-olmadıqları barədə 7 gün ərzində cavab verməkləri xahiş olunmuşdur. Sonda o, Cavabdeh ilə birgə mülkiyyətdə olan – ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Accent markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61,1 kv.m. olan 1 otaqlı 63 saylı mənzilin naturada bölünməsi, onun naturada bölünməsinin mümkün ola bilməyəcəyi təqdirdə birgə mülkiyyətdə olan əmlakların hərracdan satılaraq satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ünvanladığı ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, icraatda İddiaçı Cavabdeh Əzizağa qızına qarşı “birgə mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakların hərracda satılması və satışdan əldə olunan pulun paylara mütənasib şəkildə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi vardır. Bununla bağlı bildirmək istəyir ki, eyni tərəflər arasında eyni mübahisə predmetinə dair bundan əvvəl məhkəmənin icraatında iş olmuşdur. 1. Belə ki, bundan öncə, iddiaçı, Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. 2. Bundan sonra iddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı yenidən iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzil ilə bağlı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilin bazar qiymətinin müəyyələşdirilib hərraca çıxarılaraq satılması, payların bölünməsinin kompensasiya şəklində ödənilməsi və Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1826/2022 saylı qətnaməsinə əsasən, iddiaçının cavabdehə qarşı bu iddia tələbi təmin edilməmişdir. 3. Daha sonra iddiaçı təkrar məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzilin, 2006-cı il buraxılışı olan Hyundai Accent markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 770/2023 saylı qərardadı ilə mülki işin “ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m olan 2 otaqlı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində icraatına xitam verilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-770/2023 saylı qətnaməsi ilə “mənzil və nəqliyyat vasitəsinin açıq hərracdan satılması və paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qeyd olunan bütün məhkəmə aktları qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, bu zaman iddia ərizəsinin yolverilməzliyinə görə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.Odur ki, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfin ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-293/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddianın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1826/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı və eyni zamanda, digər iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1/3, oğlu X3 1/3 və Cavabdeh 1/3 pay hüququ ilə mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi ray., Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin Cavabdeh məxsus 1/3 pay hüququnun kompensasiyasını ödəmək yolu ilə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-770/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzilin, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 770/2023 saylı qərardadı ilə mülki işin “ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m olan 2 otaqlı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində icraatına xitam verilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-770/2023 saylı qətnaməsi ilə “mənzil və nəqliyyat vasitəsinin açıq hərracdan satılması və paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında eyni iddia predmetini təşkil edən məsələlərə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğundan hazırda İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsinin (vəkili) ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 334333280, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********, terminal nömrəsi: ADM115280, tarix: 29.11.23, saat: 13:36) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-915/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-915/2024
27.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver