Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-919/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh1 ASC qarşı «borc öhdəliyinin silinməsi və bununla bağlı reyestrdə müvafiq düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2nə qarşı «borc öhdəliyinin silinməsi və bununla bağlı reyestrdə müvafiq düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 300 ay müddətinə 38.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin lisenziyasının ləğvi ilə əlaqədar ipoteka krediti üzrə öhdəlik xx.xx.2016-cı ildə "xxxx" ASC-yə ötürülmüşdür. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, iddia tələbi təmin olunaraq Azərbaycan Kredit Bürosunda iddiaçının adına olan borc öhdəliyi silinməli, həmin borcun silinməsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Kredit Bürosuna həvalə edilməlidir. Belə ki, iddiaçının adına LPO Cavabdeh1 ASC-nin Gənclik filialında ipoteka krediti olmuşdur. Bank məhkəmə qərarına əsasən ləğv olunduqdan sonra həmin kredit BTB Bank ASC-yə ötürülmüş və tərəfindən həmin kredit üzrə borc tam ödənildikdən sonra girov qoyulmuş əmlak ipotekadan azad edilmişdir. Bugünə olan qalıq borcu 0 manatdır. Lakin texniki səhv nəticəsində bankın məsuliyyətsizliyi səbəbindən həmin məlumatlar Cavabdeh2na səhv daxil edilmişdir və həmin büroda 27 iyul 2023-cü il tarixli çıxarışla LPO Cavabdeh1 ASC-də hələ də iddiaçının adına 796.40 qəpik faiz borcu göstərilir. Hesab edilir ki, Bank həmin məbləği iddiaçıdan tələb edə bilməz və adına olan borc məbləği Cavabdeh2ndan silinməlidir. Göstərilənlərə əsasən, Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə üzrə iddiaçının adına olan kredit borcunun silinməsi, Cavabdeh2nda adına olan borc öhdəliyinin silinməsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2nun üzərinə qoyulması və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun LPO Cavabdeh1 ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, onunla LPO Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh2 MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin LPO Cavabdeh1 ASC-yə həvalə edilməsi və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun LPO Cavabdeh1 ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 300 ay müddətinə 38.000 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh1 ASC-nin lisenziyasının ləğvi ilə əlaqədar olaraq ipoteka krediti üzrə öhdəlik xx.xx.2016-cı il tarixdə Bank "xxxx" ASC-yə ötürülmüşdür. Adıçəkilən kredit müqaviləsi üzrə öhdəlik tərəfindən tam olaraq icra olunmuş və borc tam ödənilmişdir. Nəticədə, ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad olunmuşdur. Lakin bankın yol verdiyi məsuliyyətsizlik və ya texniki yanlışlıq nəticəsində Cavabdeh2 MMC-də adına 796.40 manat məbləğində borc qalmaqdadır. Hesab edir ki, bu tam qanunsuzdur, həmin pulun ondan tələb edilməsi yolverilməzdir və həmin borc məbləği reyestrdən silinməlidir. Həmin borcun varlığı onun bir vətəndaş kimi bir çox bank xidmətlərindən istifadə etməyinə maneə yaradır. Ona görə də qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər Cavabdeh2 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
7. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
8. Məhkəmə iddiaçının və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə LPO Cavabdeh1 ASC arasında xx.xx.2011-ci il tarixdə ipoteka kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Bank tərəfindən iddiaçıya 300 ay müddətinə 38.000 manat məbləğində kredit verilmişdir. Sonradan LPO Cavabdeh1 ASC tərəfindən həmin ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. İddiaçı borcu tam şəkildə ödədiyini iddia etsə də, hal-hazırda iddiaçının mərkəzləşdirilmiş kredit reyestrində aktiv borc öhdəliyi mövcuddur. Hazırda iddiaçı xx.xx.2011-ci il tarixli müqavilə üzrə qalıq borcunun silinməsini və cavabdeh qarşısında öhdəliyinin olmaması barədə məlumatın Cavabdeh2 MMC və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, həmçinin ödədiyi dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını məhkəmədən tələb edir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı onun adına LPO Cavabdeh1 ASC-nin Gənclik filialında ipoteka krediti olmuşdur. Bank məhkəmə qərarına əsasən ləğv olunduqdan sonra həmin krediti VTB Bank ASC-yə ötürülmüş və tərəfindən həmin kredit üzrə borc tam ödənildikdən sonra girov qoyulmuş əmlak ipotekadan azad olunmuşdur. Bugünə olan qalır borcu 0 manatdır. Lakin Azərbaycan Kredit Bürosundan 27 iyul 2023-cü il tarixli çıxarışda LPO Cavabdeh1 ASC-də hələ də iddiaçının adına 796.40 manat faiz borcu göstərilir. Yuxarıda göstərilənlərə əsasən xahiş edir ki, borc silinməsi barədə Azərbaycan Kredit Bürosuna reyestrdə müvafiq düzəlişlərin edilməsini təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini aidiyyəti şöbəyə tapşırılmasını, görülmüş tədbirlər barədə ona rəsmi məlumatın verilməsinin təmin edilməsini xahiş etmişdir.
11. Mülki işin materiallarında olan Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış borc öhdəliyinin olubolmaması barədə cavab məktubundan görünür ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə B.Eminə 300 ay müddətinə qaytarılmaq şərtilə 38.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC-nin lisenziyasının ləğvi ilə əlaqədar olaraq ipoteka kredit üzrə öhdəlik xx.xx.2016-cı il tarixində Bank "xxxx" ASC-yə ötürülmüşdür. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə ödənilməmiş 790.40 manat məbləğində faiz borcu qalmışdır. Qeyd olunan borcun ödənilməsinin təmin olunması B.Emindən xahiş olunmuşdur.
12. Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilən İddiaçı kredit məlumatlarına dair çıxarışdan görünür ki, B.Emin Ləğv p.o. Zaminbank ASC-dən xx.xx.2011-ci il tarixdə 38.000 manat məbləğində kredit götürmüş, hal-hazırda onun adına kreditin qalıq faiz məbləği 796.40 manat qeyd edilmişdir.
13. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. Mülki işin materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə LPO Cavabdeh1 ASC-yə 796.40 manat məbləğində qalıq borcu vardır.
15. Mülki işin materiallarında olan Bank "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 16 aprel 2024-cü il tarixli, MXD-2024/1392 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 38.000 (otuz səkkiz min) AZN məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür və qeyd edilən kredit xx.xx.2018-ci il tarixinə tam bağlanmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
17. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
20. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
21. Hazırki iş üzrə iş materialları əsasında İddiaçı tərəfindən Banka olan borcunun tam şəkildə ödənildiyi müəyyən edilmişdir. Yəni hal-hazırda iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
22. Bundan başqa, Cavabdeh2na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
23. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
24. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
25. Məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə və Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilməlidir.
26. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da cavabdeh LPO Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalıdır.
29. Bundan başqa məhkəmə digər cavabdeh Azərbaycan Kredit Bürosuna münasibətdə qeyd edir ki, iddiaçı sonuncu iclas zamanı vermiş olduğu dəqiqləşdirilmə ərizəsində sonuncu cavabdehi iddiadan çıxarmış və ona qarşı tələbi olmamışdır.
30. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu silinməli, həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-nin (ləğvedicisi vasitəsilə) üzərinə qoyulmalı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh1 ASC-dən (ləğvedicisi vasitəsilə) İddiaçı xeyrinə tutulmalıdır.
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu silinsin və iddiaçının cavabdeh LPO Cavabdeh1 ASC qarşısında borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-nin (ləğvedicisi vasitəsilə) üzərinə qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh1 ASC-dən (ləğvedicisi vasitəsilə) İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.